Aşıq Ələsgər 105 deyil, 74 il yaşayıb – Mövqe

9 Mart 2018 - 10:35
Tarixi hadisələri təzadlı tərəfləri ilə birgə araşdırmağın vacibliyi danılmazdır. 
 
Nəticə çıxarmazdan əvvəl deyiləni eşitmək, yazılanı oxumaq və bildiklərini kimsənin qənaətinə qulp qoymadan, sivil yollarla anlatmaq gərəkdir. Unutmaq lazım deyil ki, bütün mübahisələrin ən doğru çözümü dəyirmimasa ətrafında mümkündür. Ağıllı adamların yolu hamıya bəlli, qərəzsiz yoldur. Elə isə nə baş verir?
Hamıya aydın olsun deyə, söhbətə lap əvvəldən,”Yeni Musavat” qəzetinin 1-2 iyul 2017-ci il tarixli №137 (6751) sayında E.Məmmədəliyevin imzası ilə “Atatürk Mərkəzinin əməkdaşı Göyçə haqqında kitabı sərt etiraz doğurdu-qalmaqal” -məqaləsindən sitat gətirməklə başlayaq. Qalmaqal yaratmaq məqsədilə yazılmış məqalə mətbuatımızın bugünkü “kasad” durumundan, kütləyə ucuz şou sırımaq cəhdindən xəbər verirdi: “Bu günlərdə çapdan çıxmış “Haqq-nahaqq seçilər Haqq divanında” kitabı Qərbi Azərbaycanlıların böyük bir kəsiminin ciddi etirazına səbəb oldu. 100-ə yaxın Qərbi azərbaycanlı ziyalı toplantı keçirərək kitabda tanınmış aşıqlar haqqında yanlışlıqlara və Qərbi Azərbaycanda qədim türk adlarının erməniləşdirilməsinə etiraz ediblər. Məsələnin biabırçı tərəfi odur ki, məqalə “kitabın müəllifi Atatürk Mərkəzində çalışan Nazır Əhmədli, elmi redaktoru Atatürk mərkəzinin sədri, deputat, akademik Nizami Cəfərov, rəyçisi isə AMEA-nin Folklor İnstitunun xarici əlaqələr departamentinin rəhbəri Əli Şamildir…” – deyə heç bir məntiqə sığmayan, həqiqətə uyğun olmayan ittihamla çıxış edir.
Hələ qəzetin əvvəlki sayı öz oxucusuna yetişməmiş, bir gün sonrakı №138(6752) 3 iyul 2017 sayında yenidən “Erməni arxivinə istinadla yazılan kitabla bağlı qalmaqal böyüyür”- başlığı ilə yazı təkrar nəşrə gedir və bu dəfə Xalidə Gəray imzası ilə möhürlənir. Ancaq burda da eyniylə təkrarlanan söhbət və həmin narazı ruh danışır: “Ümumiyyətlə, kitab təhriflər və saxtakarlıqlarla zəngindir. Müəllif kitaba elə kəndlərin adlarını daxil edir ki, həmin kəndlərin əksəriyyətində ya kürdlər yaşamayıb, ya da həmin kəndlər Göyçədə mövcud olmayıb.” -kimi milli münasibətləri qızışdıracaq ifadələrlə yanaşı, tarixçi Dilavər Əzimlinin bəlkə də özünün vaxt tapıb oxumadığı kitab haqqında “… bu cür kitablar yazanda mütləq şəkildə məsləhətləşmək lazımdır!…” nəsihəti yer alır. “Bu cür kitablar tariximizə ziyan vura bilər…” kimi “tarixi” açıqlaması da diqqət çəkir. Beləcə, arzuolunmaz təqdimatla Atatürk Mərkəzinin şöbə müdiri, tədqiqatçı N.Əhmədlinin “Haqq-nahaqq seçilər Haqq divanında” (Bakı, 2017) kitabı özünəməxsus səs-sədası ilə gündəmə gətirilir. Oxucunu ” çaşqın” vəziyyətə gətirməklə, növbəti bir fədakar ziyalımızın təhqir və təhrif olunmasına şərait yaradılır. Ara qarışıb, məzhəb itir. Kimi onu tarixi faktları saxtalaşdırmaqda, kimi də Dədə Ələsgərə xəyanətdə günahlandırır. Ən maraqlısı da odur ki, etiraz edənlərin qəzəb və kininin səbəbi bəlli deyil. O cümlədən qəzetdə:”Hətta müəllif iddia edir ki, onda Göyçə ilə bərabər Qərbi Azərbaycanın 15 mahalının da kameral siyahısını əks etdirən sənədlər var. Vaxtaşırı bunlar çap olunacaq. Bu isə tədbir iştirakçılarında belə bir sual yaradır ki, N.Əhmədli Ermənistan Milli Arxivinə hansı yolla daxil olub, onun istinad etdiyi və etibarlı sənəd hesab etdiyi məlumatı necə əldə edib? Nazir Əhmədli bu sənədləri çap etdirəcək maliyyə qaynaqlarını haradan tapır?”-deyə qaraguruh maraqlarından çıxış edənlərin büruzə verdiyi qorxu var. Bu siyahıların üzə çıxması ilə bağlı yaranmış sualın əslində hansı mənbədən sızdığını anlamaq üçün əvvəlcə kitabla, sonra da müəlliflə yaxından tanış oldum. Görüş zamanı təəssüratımı və qənaətimi açıqladım. Onu gözləyən sürprizlərə hazır olmasını diqqətinə çatdırdım. O isə ürək ağrısı ilə artıq arzuolunmaz sürprizlərlə baş-başa qaldığından, evlərinə belə zənglər gəldiyindən, necə təhqir olunduğundan bəhs etdi. Sonra da sular durulana qədər səbrli olmasını tövsiyə edərək, marağımı çəkən məqamlara aydınlıq gətirməsini xahiş etdim. Verdiyi cavablar məni heyran etdi. Həqiqi mənada hazırlıqlı, işgüzar, savadına və ağlına güvənən bir insan, fədakar ziyalı olduğu gördüm. Sevdim onu. Ayrılınca da bu sevgi ilə tarixi faktaları araşdırmaqla yanaşı, hadisələri də diqqətlə izləməyə başladım.
Kitabın ilk oxunuşundan gəldiyim qənaətlə düşüncələrimi səhmanladım. Öncə kitabın adının akademik mərkəzlərdə çalışan hazıra nazir “ağalara” müharibə elan edirmiş kimi bir görüntü yaratdığına inandım. Sonra da Göyçə mahalının şanlı tarixi haqqında ilkin məlumatların verilməməsi, siyahının bər-bəzəksiz təqdimatı və müəllifin siyahılara istinadən apardığı hesablamaların doğurduğu gərginlik də fərqli təəssürat yaradaraq, narazılığı növbəti mərhələyə çatdırdı. Hətta Göyçə mahalının ziyalılarından da hissə qapılanlar, “qarayaxma” kampaniyasına qoşulanlar oldu. O cümlədən Dədə Ələsgər ocağının nəvə-nəticələrinin duyğularından yararlanma, haray-həşirə alət etmə cəhdi söz-söhbətin şiddətini artırmış oldu.
Oxucuya bəlli olsun deyə daha çox sual doğuran məqamlardan danışmağı özümə borc bilirəm. Nazır Əhmədlinin bəhs və istinad etdiyi sənədlərin müəllifi məşhur fransız etnoqrafı İvan İvanoviç Şopendir ki, (1798, Fransa – 18.08.1870, Peterburq) XIX əsrin iyirminci illərində Rusiyaya gəlmiş, Qafqaz canişinliyində çalışmışdir. General İ.F.Paskeviçin göstərişi ilə də 1829-1832-ci illərdə Qafqazın, o cümlədən İrəvan və Naxçıvan xanlıqlarının tarixi və coğrafiyasının tədqiqi ilə məşğul olmuşdur. Əsərlərində Qafqaz xalqlarının, həmçinin azərbaycanlıların tarixi, dili və etnik tərkibi, folkloru, ədəbiyyatı, incəsənəti, iqtisadiyyatı və s. barədə geniş məlumat yer alır. Bu həmin İvan Fyodroviç Paskeviçdir (1782-1856) ki, Ukrayna mənşəli rus sərkərdəsi, 1817-1819-cu illərdə I Nikolayın xidmət yoldaşı və onun ən çox etibar etdiyi adamı idi. I Nikolayın hakimiyyəti dövründə Cənubi Qafqazın işğalı və Təbrizin tutulmasına rəhbərlik etmiş, xidmətlərinə görə İrəvan qrafı titulu almışdır. O cümlədən Türkmənçay müqaviləsinə imza atan tərəflərdən biri-Rusiya təmsilçisi də İvan Paskeviç olmuşdur. 1830-cu ildə isə Polşada baş verən üsyanın yatırılmasında xidmətlərinə görə Varşava kinyazı titulunu qazanmışdır. Beləcə, İvan Şopen İvan Paskeviçin göstərişi ilə 3 il ərzində topladığı məlumatlar əsasında “Erməni Vilayətinin Rusiya İmperiyasına birləşdirildiyi dövrdəki vəziyyətinə dair tarixi abidə” adlı fundamental əsər yazmışdır ki, ermənilərin “doğum şəhadətnaməsi” olaraq maraq kəsb edir. Əsərin adından da göründüyü kimi ermənilər bu sənədlərə könülsüz istinad etmişlər və məhz bu əsər ağasına məxsus “gerçəkləri” saxtalaşdırmaq iqtidarında olmadıqları yeganə sənəddir. Bu kitab onların bu torpaqlara gəlmə olduqlarını dönə-dönə hər kəsə xatırladır. Məlumunuz olsun ki, əsər 1852-ci ildə Sankt-Peterburqda çap olunmuşdur.
Bir faktı da diqqətinizə çatdırım ki, İvan Şopen və eləcə də sonrakı gələn rus məmurları belə söz yox ki, kameral siyahıları tərtib edərkən ailə başçılarının, o cümlədən söz-söhbəti daha çox hallandırılan Aşıq Ələsgərin atası, Alməmməd Haxverdi oğlunun verdiyi məlumata əsasən qeydiyyat aparmışlar. Unutmayaq ki, ata övladının nə vaxt, harda və hansı şəraitdə doğulduğunu hamıdan yaxşı bilir və hal şahidi olaraq da uşaqların yaşını söylərkən yalan danışacaq hər hansı səbəbin olduğunu güman etmirəm. Məlumunuz olsun ki, Alməmməd 1824-cü ildə anadan olmuş və indiyə qədər yazıldığı kimi 1868-ci ildə ölməmişdir. ((1873-cü ilə aid arxiv sənədlərində 49 yaşında və sağ olduğu göstərilir) N.Ə səh 30.) Nədənsə bu fakt kimlərinsə maraqlarına uyğun gəlmir. Məhz o səbəbdəndir ki, hadisədən 190 il sonra “Sənin atanı sənnən yaxşı heç kim tanımaz, babanı atandan yaxşı heç kim tanımaz, Aşıq Ələsgərin oğlu Talıb və onu tanıyanlar aşığın 105 il yaşadığını deyirlər, arakellər, şopenlər isə 74” -deyə “deyilənə görə” məntiqindən çıxış edirlər. Ötən əsrin sonuna qədər icra orqanlarında yaş komissiyalarının fəaliyyət göstərdiyi kimsəyə sirr deyil. Ən maraqlısı və daha çox mübahisə doğuran doğum tarixlərinin olmasıdır. Belə düşünürəm ki, ölüm qorxusu adamların ölüm tarixinə müdaxiləsini əngəlləmiş olmalıdır. O dövrdə doğum tarıxləri haqqında bilgi verərkən daha çox əmi, dayı, bibi vəya xalaların dedikləri əsas gətirilir və ya köməkçi dəlillərə müraciət edilirdi. Savadsızlıq üzündən kimi dünyada baş verən hadisələrin zamanına istinad edir, kimisi hansısa cayın daşdığı və xəstəxanaya çatmadıqlari ilin acısını xatırladır, kimi də hansısa “qaragöz” inəyin ikinci balasının doğulduğu ildə doğulduğunu deyirdi…
Seldən, daşqından bəhs edən, qaragöz inəyin balasını belə çoxdan kəsib yemiş adamların yaxın keçmişdən xəbərsiz olduqları halda, uzaq keçmişdəki babalarının doğum tarixləri haqqında əminliklə “bilgi” vermələri adamda təbəssüm doğurur. Burada onu da xüsusi vurğulamağı lazım bilirəm ki, şəxsən mənim üçün Dədə Ələsgərin söz xəsinəsi dönə-dönə ziyarət edə biləcəyim bir məbəddir! Onun nə qədər ömür sürməsi və ya nəvə-nəticəsinin bu barədə nə düşündüyü önəmli deyil. Mübahisələrin çözümü isə peşəkarların öhdəsinə buraxılacaq bir məsələdir. Eləcə də “sən göyçəli deyilsən, nə üçün Dədə Ələsgərdən yazırsan?” -kimi absurd ittihamlar da Nazir Əhmədli ilə müqayisədə opponentlərinin dar düşüncəli olmalarından xəbər verir. Ümumiyyətlə, bu ifadənin dilə gətirilməsi qərəzli olmaqla yanaşı, türk təfəkkürünə, məntiqinə uyğun deyil.
“Deyilənə görə”, məntiqinə uyğun, ixtisaslaşmış alimlər ordusu mövcuddur. Unutmaq olmaz ki, uydurulmuş hər şey yalnız folklor nümunəsi olaraq maraq kəsb edir. Yəni “deyilənə görə…”, “belə rəvayər edirlər…” və ya “biri vardı, biri yoxdu…” -deyə başlanılan söhbət yalnız uşaqları uyutmaq üçün işə yarayar, onlarla tarix yazılmaz. Nə yazıq ki, “deyilənə görə” ifadəsi ilə fərziyyə yürüdüb alim olanlar elə Nizami Cəfərovun “qələti məşhurları” imiş. Onlar “deyilənə görə” ifadəsinin köməyi ilə elmi işlər planlamış, elə “deyilənə görə” də Azərbaycan tarixini Məlikməmməd nağılına cevirmiş “zatlar” fəxri kürsülərə çıxmış, löyün-löyün titullara, mükafatlara layiq görülmüşlər… Unutmuşlar ki, deyilənlər eşidilmədikcə həqiqət olmur. Həqiqət isə birdir: uydurulan nağıl, danışılan söhbət, yazılan tarixdir!
Qeyd etməliyəm ki, Şopenin rəhbərliyi ilə tərtib edilmiş kameral təsvirlərdən əvvəllər də tarixçi və etnoqraflarımız epizodik hallarda istifadə etmişlər. Eyni mənbəyə fərqli zamanlarda istinad edənlər dövlət mükafatlarına layiq görüldüyü halda, nədənsə Nazir Əhmədliyə qədər kimsə məsələnin köklü çözülməsinin vacibliyini xatırladacaq cürətdə bulunmamışdır. Beləcə, kitab gözlənilməz sürpriz olaraq diqqət çəksə də, əvvəlki müəlliflərdən fərqli olaraq gözlədiyi mükafat “gününün göy əsgiyə bükülməsi” ilə başlayan qarayaxmalar oldu.
Müəllifi bu cəsarətinə görə mən də “qınayıram”. Çünki o da ənənəvi, formalaşmış alim ordusunun növbəti bir kapitanı olması üçün daha asan və sağlam taktiki gedişlərdən istifadə edə bilərdi. Belə bir zamanda hadisələrə müdaxilə edərək adamları dəyirmi masaya dəvət etdim. Lakin zaman keçdikcə arada söz oynadanların müxtəlif bəhanələrlə dəyirmi stola oturmaq cəsarətində olmadıqları bəlli oldu. Elə bu məqamlarda mənə “-Siz şair, tənqidçi olaraq bizim baykot etmək istədiyimiz kitabı, xəyanətdə suçlanan müəllifi müdafiə etməyi şəxsiyyətinizə necə sığışdırırsınız?” -kimi ittiham dolu suallar ünvanlanırdı bəndənizə. Təbii ki, suallara qısa və kəskin cavabım var idi: “-Mən ədalətsiz adam deyiləm və ədalətsiz davranışları da alqışlamıram. Onu müdafiə etmək yox, şəxsiyyətinə və düşüncə tərzinə hörmət edərək, şər-böhtandan qorumağa çalışıram. Təbii ki, N. Əhmədli özünü müdafiə edəcək qədər ağıla və cəsarətə sahib insandır. Sizdən fərqli olaraq da qaranlıq məqamlara işıq tutan kitabı və cəsarəti ilə məni heyrətləndirdiyi halda Siz: “-İndi erməni dəyirmanına su tökdüklərinə görə cavab verəcəklər! Bu sərsəm ideyanı dəstəkləyənlər də həmçinin!”-deyə hədə-qorxu və qısqanclığınızla məni məyus etdiniz. Əks halda heyrətamiz faktlarla onun qarşısına çıxacaq, dəyirmi masaya oturacaq cəsarətə sahib olsaydınız, buna hamıdan daha çox mən sevinərdim.
Kitabı incələdikcə, Nazir Əhmədlinin dahi aşıqlarımız haqqında hər-hansı diqqətsizlik və ya hörmətsizlik etdiyini görmədim. Nə də kimisə aşağılayıcı, təhqiredici ifadə işlətməmişdir. Daha doğrusu, siyahıları əldə edərkən ilk olaraq orada “Ustad”- deyə müraciət etdiyi, sözünə və sənətinə vurğun olduğu Aşıq Ələsgəri axtarmasına da təbii baxıram. Onun yaradıcılığını bir-bir incələyərək, “Aşıq Ələsgər ən azı özünün mənsub olduğu aşıqlıq sənətinin mənəvi dəyərlərini, etik normalarını müəyyən etməyə haqqı çatan ustad sənətkar kimi bu sahəyə möhürünü vurmuşdur.”(s.117) və ya “Aşıq Ələsgəri yetirən xalq doğrudan da xoşbəxtdir.”(s.136)-deyə, ədəbiyyatşünas, ekspert kimi dəyərli fikirlər səsləndirmişdir. Bu siyahılardan baş çıxarmaq, onları tərcümə edə-edə həm də araşdırmaq asan başa gələcək iş deyil. Kameral siyahılardan ilk olanı 1831, sonrakılar 1842-ci, 1852-ci, 1859-cu, 1873-cü və nəhayət, sonuncusu 1886-ci ildə tərtib olunub. Söz yox ki, ömrünü-gününü sərf etmək, araşdırmaq həvəsi elə Dədə Ələsgər sevgisindən irəli gəlmişdir. Sənədlərin Ermənistan Milli Arxivində olması faktından doğan qıcıq yalnız savadsız adamların düşündüyü bəhanədir. Unutmaq lazım deyil ki, kameral təsvirləri Rusiya dövlətinin məmuru İ. Şopen tərtib etmişdir və Nazir Əhmədli yalnız bu siyahılardan istifadə etmiş, yeri gəldikcə öz düşündüklərini də qələmə almışdır. Unutmayın ki, nə Naxçıvanı, nə də Göyçəni Rusiya İmperiyasına Nazir Əhmədli təslim etməmişdir ki, bu qədər qınağa tuş gəlsin. O qədər şişirtmə, bu qədər sinsitmə yetər, cənablar. Söyüş söymək, milli-mənəvi dəyərləri gözdən salmaq, qərəzli davranış nümayiş etdirmək cəmiyyətin xəstə halından qaynaqlanan tərbiyəsizlikdir.
Beləcə, Nazir Əhmədlinin “Haqq-nahaqq seçilər Haqq divanında” (Bakı-2017) kitabı həyata vəsiqə alması ilə Azərbaycan ədəbiyyatşünaslığına əlli iki fakt üzrə yenilik gətirmiş oldu. O cümlədən, Azərbaycanın XIX əsrdə yaşamış görkəmli söz ustadları Aşıq Ələsgər, Aşıq Alı, Ağ Aşıq və başqalarının doğum tarixləri yeni arxiv sənədləri əsasında müəyyənləşdirilərək dəqiqləşdi. Müəyyən edildi ki, yuxarıda adları çəkilən sənətkarların yaşları xeyli şişirdilmişdir. Kitabda əksini tapmış bəzi məqamlar mənəvi dayaqlarımıza, kökümüzə, və bugünkü faciələrimizə səbəb olan məqamlara baxış imkanı verir ki, bunu da dəyərləndirmək bizə düşər. İnanıram ki, akademik mərkəzlərdə bu məsələlərə daha həssas yanaşılacaq, vaxtında və yerində səslənən mütəxəssis rəyləri hər şeyi öz yerinə qoyacaqdır.
 
Akəm XAQAN
Şair, tənqidçi 

Qısa URL: http://www.elchi.az/?p=103464



Türkiyə Suriyaya əlavə qoşun göndərəcək ...

Türkiyə regionda hərbsizləşdirilmiş zona yaratmaqla bağlı Rusiya ilə bağlanmış sazişə ...
18 Sen - 18:52 / Türkiyə Suriyaya əlavə qoşun göndərəcək üçün şərhlər bağlıdır / Davamı »

Əgər bir siyasətçi övladını, ailəsini siyasi alver predmetinə çev ...

“Ailəsini siyasi alver predmetinə çevirən Paşinyanın rəhbərlik etdiyi xalqı hansı ...
18 Sen - 18:32 / Əgər bir siyasətçi övladını, ailəsini siyasi alver predmetinə çevirirsə… – Əli Həsənov üçün şərhlər bağlıdır / Davamı »

4 nəfərin ölümünə görə həbs edilən sürücüyə 10 il həbs cəza ...

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 4 nəfərin ölümü ilə ...
18 Sen - 18:12 / 4 nəfərin ölümünə görə həbs edilən sürücüyə 10 il həbs cəzası verildi üçün şərhlər bağlıdır / Davamı »

Ukraynada qazın qiyməti artırılacaq ...

 Ukrayna hökuməti əhaliyə satılan təbii qazın qiymətinin tədricən artırılması ilə bağlı Beynəlxalq ...
18 Sen - 17:44 / Ukraynada qazın qiyməti artırılacaq üçün şərhlər bağlıdır / Davamı »

DSMF məsləhət almaq üçün 500 min manat ödəyəcək ...

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial ...
18 Sen - 17:24 / DSMF məsləhət almaq üçün 500 min manat ödəyəcək üçün şərhlər bağlıdır / Davamı »

Rusiya bu ölkədən donuz əti idxalını məhdudlaşdırdı ...

Rusiya Polşanın Podkarpatye əyalətindən donuz əti idxalını müvəqqəti məhdudlaşdırıb. Elchi.az Trend-ə ...
18 Sen - 16:58 / Rusiya bu ölkədən donuz əti idxalını məhdudlaşdırdı üçün şərhlər bağlıdır / Davamı »

Prezident Cavid Qurbanovu “Şöhrət” ordeni ilə təltif edib ...

 Prezident İlham Əliyev Cavid Qurbanovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam ...
18 Sen - 16:38 / Prezident Cavid Qurbanovu “Şöhrət” ordeni ilə təltif edib üçün şərhlər bağlıdır / Davamı »

Telman İsmayılovun bacıoğlusu ittihamları rədd edir ...

Rusiya İstintaq Komitəsi qiyabi olaraq həbs edilmiş Çerkizov bazarının keçmiş ...
18 Sen - 16:18 / Telman İsmayılovun bacıoğlusu ittihamları rədd edir üçün şərhlər bağlıdır / Davamı »

Havanın temperaturu enəcək: yağış yağacaq ...

Azərbaycan ərazisində sentyabrın 19-na olan hava proqnozu açıqlanıb. Ekologiya və ...
18 Sen - 15:56 / Havanın temperaturu enəcək: yağış yağacaq üçün şərhlər bağlıdır / Davamı »

Anar Nəcəfli yenə aparıcılıq edəcək ...

Anar Nəcəfli 24 sentyabrdan etibarən hər axşam saat 20:00-da ARB ...
18 Sen - 15:36 / Anar Nəcəfli yenə aparıcılıq edəcək üçün şərhlər bağlıdır / Davamı »

Gələn ilin Ay tutulmalarının vaxtı açıqlanıb ...

 Gələn ilin Ay tutulmalarının vaxtı açıqlanıb. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsrəddin ...
18 Sen - 15:16 / Gələn ilin Ay tutulmalarının vaxtı açıqlanıb üçün şərhlər bağlıdır / Davamı »

“Nikoil Bank”ın axtarışda olan sabiq sədri Moskvada saxlanıldı ...

“Nikoil Bank”ın İdarə Heyətinin keçmiş sədri Vasili Xamaza Moskvada saxlanılıb. ...
18 Sen - 14:47 / “Nikoil Bank”ın axtarışda olan sabiq sədri Moskvada saxlanıldı üçün şərhlər bağlıdır / Davamı »

Fikrət Qocanın oğlunu öldürən şəxsin şikayəti rədd edildi ...

Ali Məhkəmədə qəsdən adam öldürməkdə təqsirli bilinən Elnur Nəhmətovun barəsində ...
18 Sen - 14:27 / Fikrət Qocanın oğlunu öldürən şəxsin şikayəti rədd edildi üçün şərhlər bağlıdır / Davamı »

Birinci sinfə şagird qəbulunun vaxtı uzadılıb ...

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərində ...
18 Sen - 14:06 / Birinci sinfə şagird qəbulunun vaxtı uzadılıb üçün şərhlər bağlıdır / Davamı »

ABŞ şirkətləri Rusiyanı tərk edə bilər ...

“Rusiya ABŞ-ın tətbiq etmək istədiyi yeni sanksiyalara cavab tədbirləri görərsə, ...
18 Sen - 13:46 / ABŞ şirkətləri Rusiyanı tərk edə bilər üçün şərhlər bağlıdır / Davamı »

Meksika prezidenti ölkəsinin müflis vəziyyətə düşdüyünü bəyan e ...

Meksikanın yeni prezidenti Andes Manuel Lopes Obrador ölkəsinin müflis vəziyyətə ...
18 Sen - 13:26 / Meksika prezidenti ölkəsinin müflis vəziyyətə düşdüyünü bəyan edib üçün şərhlər bağlıdır / Davamı »

Bu dərman insan həyatı üçün təhlükəlidir ...

Aspirin həblərindən istifadənin təhlükəli olduğu açıqlanıb. Oxu.Az xəbər verir ki, amerikalı ...
18 Sen - 13:04 / Bu dərman insan həyatı üçün təhlükəlidir üçün şərhlər bağlıdır / Davamı »

“Ağdam bandası”nın başçısının məhkəməsi başlayıb ...

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə ittiham edilən Murad Məmmədovun ...
18 Sen - 12:42 / “Ağdam bandası”nın başçısının məhkəməsi başlayıb üçün şərhlər bağlıdır / Davamı »

İranda Xəzər dənizinin adını dəyişdirirlər ...

“Xəzərin adı İranın daxili xəritələrində “Kaspian”la əvəz ediləcək”. “Report” İSNA ...
18 Sen - 12:22 / İranda Xəzər dənizinin adını dəyişdirirlər üçün şərhlər bağlıdır / Davamı »

Prezident İlham Əliyevin Masallı rayonuna səfəri başlayıb ...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 18-də Masallı rayonuna səfərə ...
18 Sen - 12:01 / Prezident İlham Əliyevin Masallı rayonuna səfəri başlayıb üçün şərhlər bağlıdır / Davamı »

“Azərbaycanın beynəlxalq təhlükəsizliyə töhfəsini yüksək q ...

NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə göstərdiyi töhfəni yüksək qiymətləndirir. Elchi.az  ordu.az-a ...
18 Sen - 11:58 / “Azərbaycanın beynəlxalq təhlükəsizliyə töhfəsini yüksək qiymətləndiririk” – NATO rəsmisi üçün şərhlər bağlıdır / Davamı »

Azərbaycandan Gürcüstana pul köçürmələri artıb ...

Ötən ay Azərbaycandan Gürcüstana 1 mln. 983 min dollar köçürülüb. ...
18 Sen - 11:38 / Azərbaycandan Gürcüstana pul köçürmələri artıb üçün şərhlər bağlıdır / Davamı »

Kamran Əliyev vitse-prezident seçildi ...

Sentyabrın 9-dan 13-dək Cənubi Afrika Respublikasının Yohannesburq şəhərində Beynəlxalq Prokurorlar ...
18 Sen - 11:18 / Kamran Əliyev vitse-prezident seçildi üçün şərhlər bağlıdır / Davamı »

Hikmət Hacıyev yüksək vəzifəyə təyin olundu ...

Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Prezident Administrasiyasının xarici ...
18 Sen - 10:57 / Hikmət Hacıyev yüksək vəzifəyə təyin olundu üçün şərhlər bağlıdır / Davamı »

Avstriya kanslerinin müavini Azərbaycanda səfərdədir ...

Avstriya kanslerinin müavini Haynts-Kristian Ştraxe Azərbaycana işgüzar səfərə gəlib. “Report” ...
18 Sen - 10:37 / Avstriya kanslerinin müavini Azərbaycanda səfərdədir üçün şərhlər bağlıdır / Davamı »

Azərbaycanda kəpənəklərin sayı azalıb, səbəbi isə… ...

Azərbaycanda son illər ərzində həşəratlar sinfinin dünyada ən geniş yayılmış ...
18 Sen - 10:15 / Azərbaycanda kəpənəklərin sayı azalıb, səbəbi isə… üçün şərhlər bağlıdır / Davamı »

Ordumuzun mövqeləri atəşə tutuldu ...

 Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da ...
18 Sen - 09:45 / Ordumuzun mövqeləri atəşə tutuldu üçün şərhlər bağlıdır / Davamı »

Şri-Lankanın prezidenti ölkənin Avstriyadakı səfirini işdən qovdu ...

Prezident telefon zənglərinə cavab verməyən səfiri və səfirlik işçilərini işdən ...
18 Sen - 09:25 / Şri-Lankanın prezidenti ölkənin Avstriyadakı səfirini işdən qovdu üçün şərhlər bağlıdır / Davamı »

Bu dərman həyatımız üçün təhlükəlidir ...

Aspirin həblərindən istifadənin təhlükəli olduğu açıqlanıb. Elchi.az Oxu.Az-a istinadən xəbər ...
18 Sen - 09:00 / Bu dərman həyatımız üçün təhlükəlidir üçün şərhlər bağlıdır / Davamı »

Ermənistan Müdafiə Nazirliyi Nikol Paşinyanı ələ salır ...

Ermənistan tərəfi cəbhədəki vəziyyətlə bağlı həqiqəti əks etdirməyən və yalan ...
17 Sen - 19:00 / Ermənistan Müdafiə Nazirliyi Nikol Paşinyanı ələ salır üçün şərhlər bağlıdır / Davamı »

Azərbaycana payız fəslinin daxil olacağı dəqiq vaxt açıqlanıb ...

Bu il Azərbaycanda payız fəslinin başlanacağı dəqiq vaxt açıqlanıb. Azərbaycan Milli ...
17 Sen - 18:45 / Azərbaycana payız fəslinin daxil olacağı dəqiq vaxt açıqlanıb üçün şərhlər bağlıdır / Davamı »

Azərbaycanda ər arvadını və onun məşuqunu güllələdi – TƏF ...

Şamaxı rayonunun Pirbəhli kəndində baş verən hadisənin təfərrüatı məlum olub. ...
17 Sen - 18:25 / Azərbaycanda ər arvadını və onun məşuqunu güllələdi – TƏFƏRRÜAT üçün şərhlər bağlıdır / Davamı »

Müdafiə naziri təlimlər keçirilən bölgəyə gedib ...

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq ...
17 Sen - 18:04 / Müdafiə naziri təlimlər keçirilən bölgəyə gedib üçün şərhlər bağlıdır / Davamı »

Prezidentin Mətbuat katibi Paşinyanın cəfəng bəyanatını şərh edib ...

“Birinci dəfə deyil ki, Ermənistanın baş naziri Azərbaycanın daxili məsələləri ...
17 Sen - 17:42 / Prezidentin Mətbuat katibi Paşinyanın cəfəng bəyanatını şərh edib üçün şərhlər bağlıdır / Davamı »

Gələn il üçün Günəş tutulmalarının vaxtı açıqlanıb ...

AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası (ŞAR) 2019-cu ilin Günəş ...
17 Sen - 17:22 / Gələn il üçün Günəş tutulmalarının vaxtı açıqlanıb üçün şərhlər bağlıdır / Davamı »

XİN: Ermənistanın siyasəti nəticəsində danışıqlar prosesi təhlü ...

“Ermənistanın Baş naziri tərəfindən bu cür yalan informasiya verilməsi kontrproduktivdir ...
17 Sen - 16:58 / XİN: Ermənistanın siyasəti nəticəsində danışıqlar prosesi təhlükə altındadır üçün şərhlər bağlıdır / Davamı »

Yunanıstan nağdlaşdırma limitini ləğv edir ...

 Yunanıstanda pula nəzarətin yumşaldılacağı açıqlanıb. “Report”un verdiyi xəbərə görə, ölkənin maliyyə ...
17 Sen - 16:38 / Yunanıstan nağdlaşdırma limitini ləğv edir üçün şərhlər bağlıdır / Davamı »

Gürcüstandakı Azərbaycandilli məktəblərin rəsmi sayı açıqlanıb ...

Gürcüstanda fəaliyyət göstərən Azərbaycandilli ictimai məktəblərin sayı 80 təşkil edir. ...
17 Sen - 16:18 / Gürcüstandakı Azərbaycandilli məktəblərin rəsmi sayı açıqlanıb üçün şərhlər bağlıdır / Davamı »

Sabahın hava proqnozu açıqlanıb ...

Azərbaycan ərazisində sentyabrın 18-nə olan hava proqnozu açıqlanıb. Ekologiya və ...
17 Sen - 15:57 / Sabahın hava proqnozu açıqlanıb üçün şərhlər bağlıdır / Davamı »

Genişmiqyaslı təlimlərə cəlb edilən qoşunlar cəmləşmə rayonlar ...

Genişmiqyaslı təlimlərin keçirilməsi planına uyğun həyəcan siqnalı ilə qaldırılan qoşunların ...
17 Sen - 15:37 / Genişmiqyaslı təlimlərə cəlb edilən qoşunlar cəmləşmə rayonlarını tutur – FOTO – VİDEO üçün şərhlər bağlıdır / Davamı »

İbrahim Nehrəmlinin şirkəti məhkəməyə verildi ...

“AAC” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) “Avesta Konserni” MMC-ni məhkəməyə verib. ...
17 Sen - 15:17 / İbrahim Nehrəmlinin şirkəti məhkəməyə verildi üçün şərhlər bağlıdır / Davamı »

Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən daşıyıcılara və sürüc ...

 Taxoqraf cihazı ilə təmin olunmayan və taxoqrafla bağlı qaydaları kobud ...
17 Sen - 14:55 / Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən daşıyıcılara və sürücülərə xəbərdarlıq üçün şərhlər bağlıdır / Davamı »

AZAL İsveçrəyə uçuşlara başlayır ...

“Azərbaycan Hava Yolları” QSC (AZAL) İsveçrənin Cenevrə şəhərinə uçuşlara başlayır. ...
17 Sen - 14:35 / AZAL İsveçrəyə uçuşlara başlayır üçün şərhlər bağlıdır / Davamı »

Ermənistanda binada partlayış ...

Ermənistanda beşmərtəbəli yaşayış binasında partlayış baş verib. Elchi.az Trend-ə istinadən xəbər ...
17 Sen - 14:15 / Ermənistanda binada partlayış üçün şərhlər bağlıdır / Davamı »

Azərbaycanda ikili vətəndaşlığa icazə verilə bilər – Deputat ...

Dünyanın bir neçə ölkəsi var ki, orada iki vətəndaşlığa icazə ...
17 Sen - 13:54 / Azərbaycanda ikili vətəndaşlığa icazə verilə bilər – Deputatdan maraqlı TƏKLİF üçün şərhlər bağlıdır / Davamı »

General Elçin Quliyevin də oğlu hərbi xidmətə gedib ...

Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin oğlu ...
17 Sen - 13:34 / General Elçin Quliyevin də oğlu hərbi xidmətə gedib üçün şərhlər bağlıdır / Davamı »

“Dağlıq Qarabağ münaqişəsinin həllinin gecikməsi…” – Ərdo ...

ATƏT-in Minsk qrupu diqqətini Dağlıq Qarabağ münaqişəsinin həllinə cəmləməlidir. Trend-in ...
17 Sen - 13:14 / “Dağlıq Qarabağ münaqişəsinin həllinin gecikməsi…” – Ərdoğan üçün şərhlər bağlıdır / Davamı »

Elmar Məmmədyarov Çində işgüzar səfərdədir ...

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Davos Dünya İqtisadi Forumunun 18-20 sentyabr ...
17 Sen - 12:12 / Elmar Məmmədyarov Çində işgüzar səfərdədir üçün şərhlər bağlıdır / Davamı »

Azərbaycanda qeyri-neft sənayesinə qoyulmuş investisiyalar 37,7 faiz ar ...

2018-ci ilin yanvar-avqust aylarında Azərbaycanın iqtisadi və sosial sahələrinin inkişafı ...
17 Sen - 11:50 / Azərbaycanda qeyri-neft sənayesinə qoyulmuş investisiyalar 37,7 faiz artıb üçün şərhlər bağlıdır / Davamı »

Azərbaycanın din xadimləri Prezidentə müraciət ünvanlayıblar ...

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə, Bakı və Azərbaycanın ...
17 Sen - 11:30 / Azərbaycanın din xadimləri Prezidentə müraciət ünvanlayıblar üçün şərhlər bağlıdır / Davamı »
“Google Analytics” Göstəriciləri
generated by GADWP 

Redaktor: ƏLİ HƏZİQULİYEV


Telefon: (012) 510 8 317
Mobil: 050 205 10 99  
055-205 10 99  

Email: [email protected]
Giriş | Hazırladı "Qurdqanlı Design"