Argentinadan biabırçı məğlubiyyət – Yenilənib

290

Argentinadan biabırçı məğlubiyyət - Yenilənib

Rusiyanın ev sahibliyi etdiyi futbol üzrə XXI dünya çempionatının səkkizinci gününün sonuncu oyunu keçirilib.
“D” qrupunda mübarizə aparan Argentina və Xorvatiya milli komandaları “Nijni Novqorod Arena”da qarşılaşıblar.

Argentina yığmasının start heyətində Vilfredo Kaballero, Qabriel Merkado, Nikolas Talyafiko, Markos Akunya, Lionel Messi, Xavyer Maskerano, Enso Peres, Nikolas Otamendi, Eduardo Salvio və Serxio Aquero yer alıblar.

Xorvatiya millisinin heyətində meydançaya Daniel Subaşiç, Şime Vrsalko, İvan Striniç, İvan Perişiç, Deyan Lovren, İvan Rakitiç, Luka Modriç, Marselo Brozoviç, Mario Mancukiç, Ante Rebiç və Domaqoy Vida çıxıblar.

***

Xorvatiya-Argentina oyunu başa çatıb. Lionel Messinin komandası biabırçı məğlubiyyətlə üzləşib. Qarşılıqlı hücumlar şəraitində keçən matç xorvaların 3:0 hesablı qələbəsi ilə tarixə düşüb. Nəticədə Xorvatiya millisi növbəti tura vəsiqə qazanıb. Messi isə oyunda heç nə ilə yadda qalmayıb.