Alimlərdən SƏRDAR ƏLİYEVƏ cavab
Həmişəki kimi, yenə də AMEA-nın İşlər İdarəsinin müdir müavini, sənədlərin saxtalaşdırılması və yalanlar danışmaq üzrə “savadlı” kadırı Sərdar Əliyev (“keçmişi qaranlıq bir insan”) növbəti dəfə cəmiyyətə öz nağıllarını sırıyır. Axı o necə desin ki, hansı saxtakarlıqlarla, hansı mənimsəmələrlə məşğul olublar, hansı sehirli dəyənəkləŞərifzadə12 ünvanındakı yataqxana sakinləri üçün tikilən 1və 2 blokları yoxa çıxardıblar. Deməli, bu qanunsuzluqları da utanıb-qızarmadan qanuni şəkildə göstərib etiraf etmək üçün də alim olmaq lazım imiş.
Sitat: Cənab Sərdar Əliyev “Qafqazinfo”ya açıqlamasında AMEA yataqxanasında yaşayan alimlər üçün nəzərdə tutulmuş mənzillərin bölgüsündə sosial ədalət prinsiplərinə riayət olunduğunu qeyd edib.
Cavab: Bilmək istiyərdik ki, mənzil bölgüsündə sosial ədalət prinsipi dedikdə o hansı ədalətli prinsipdən danışır. Əgər ədalətli bölgü olmuşdursa niyə bu gün yataqxana sakinləri küçələrə tökülüb? Sərdar Əliyev və AMEA-nın ədalət prinsipi sadəcə Akif Əlizadənin Misri qılıncıdır ki, bütün qanunların boynu o qılıncla vurulur. Biz dəfələrlə ( 2 ildir) bu haqda yazmışıq ola bilər ki, Sərdar Əliyev unudub bir daha unutduqlarını nəzərinə çatdırmaq istəyirik.
- Unutmayın: Aspirantlar yataqxanasında yaşayan, vaxtı ilə AMEA-da işləmiş və hal hazırda işləyən sakinlər gənc mütəxəssis kimi AMEA-da işə başlayıblar və mənzil növbəsində olublar. 90-cı illərdə məlum proseslərdən sonra (Birinci Qarabağ müharibəsi dövründə) onların mənzillə təmin edilməsi mümkün olmadığı üçün 2002-ci ildə hər bir yataqxana sakini və ailə üzvləri yataqxanaya daimi qeydiyyata alındı, hər kəsə yaşadığı mənzil üçün qanuni order verilərək bu mənzillərin sakinlərə məxsus olduğu bildirildi.
Yataqxana ailəlilər üçün nəzərdə tutulmadığından, şəraitin çox çətin olması ilə əlaqədar sakinlərin AMEA prezidenti mərhum M.Kərimova və Respublika Prezidenti cənab İ.Əliyevə müraciətlərindən sonra 2011-ci ildə AMEA-nın mərhum Prezidenti M.Kərimov Respublika Prezidentinə müraciət ünvanladı (surəti sənədlər arasında var). Müraciətdə “… sakinlərin mənzillə təmin olunmasına və yaxud həmin yataqxananın özəlləşdirilərək orada yaşayan sakinlərin şəxsi mülkiyyətinə verilməsinə köməklik göstərəsiniz.” ifadələri qeyd edilib. Respublika Prezidenti də humanistlik edərək birinci yolu, yəni sakinlərin mənzillə təmin edilməsini seçib. Əgər ikinci yol seçilsəydi, yəni mənzillər özəlləşdirilsəydi, bu gün nə “AMEA-nın mənzil komissiyasına” ehtiyac qalacaqdı, nə də bu komissiyanın qanunsuz əməllərinə görə yataqxanada yaşayan 60-a yaxın ailə mənzilsiz qalaraq idarələrin, məhkəmələrin qapılarında sürünəcəkdi.
Sitat:Sərdar Əliyev “ EvroStroy-S” MMC, ilə aparılan gərgin söhbətlər və Respublika Prokrorluğuna edilən müraciətlərin nəticəsində mənzillər əldə etdiklərini qeyd edir.
Cavab: Yataqxana sakinlərin mənzillə təmin edilməsi qərarı Dövlət Başçısı tərəfindən verildiyi halda, görəsən bu qədər canfəşanlığa niyə ehtiyac duyulmuşdu? Axı Podrat Müqaviləsində bir bloklu 16 mərtəbəli bina yataqxanada yaşayan sakinlər üçün tikldiyi qeyd olunmuşdur.Yazıq Sərdar Əliyev necə etiraf etsin ki, onlar sakinlərə ev vermək üçün deyil, onlar üçün nəzərdə tutulan mənzilləri mənimsəmək haqda elmi danışıqlar aparıblar. Nəticədə bağlanan institutların əməkdaşlrına və ixtisar adı altında təqiblə işdən azad etdikləri əməkdaşlara, guya adlarına mənzil olan əməkdaşlara ayrılan mənzilləri AMEA rəhbərliyi özününküləşdirirdi.
Sitat: Sərdar Əliyev qeyd edir ki, 107 aildən 71 AMEA əməkdaşı 36 sakin AMEA-da işləməyənlərdir. Bəs bu 36 ailə bu yataqxanaya necə gəlib? SerdarƏliyev yenə də unudur ki həmin sakinlər uzun müddət ( 23il) AMEA-da isləyib sonra da küçəyə atılan əməkdaşlardır.Ortaya çıxardıqları 48 AMEA əməkdaşı isə gənc alim adlandırdıqları yaşı artiq 40-50 keçən əməkdaşlardır ki, yataqxananın süpürgə otağına qeydiyyatda idilər. Həmin 16 a1ləyə isə həmin mənzillər rüşvət alınaraq verilib. Hətta həmin mənzillərdən birinin sahibi Babayi Rəna xanımın həmin mənzilə ehtiyacı olmadığından mənzili nəvəsinə hədiyyə etmişdir. Axı AMEA-nın uzun araşdırmalarından sonra yataqxana sakinləri üçün ayrılan mənzillərə Mənzil kompaniyası donu geyindirərək mənzil alqı-satqısı ilə məşğul olmağa başladıqlarını Sərdar Əliyev necə etiraf etsin.
Sərdar Əliyev qeyd edir ki, yataqxanada yaşayan 71 AMEA əməkdaşından 45 ailəyə və yataqxanada qeydiyyatı olub yaşamayan elmi dərəcəsi olan 16 əməkdaşa mənzil ayrılmışdır. Bəs 1 blokun digər mənzilləri hara getdi, kimə satıldı? Həmin blokda 61 mənzildən cox mənzil var axı. Binanın zirzəmisini insanlara yaşayıç massivi kimi sırıyıb,onların payına düşən məzilləri kimə satdıblar? Sərdar Əliyev düzgün araşdırma aparsa idi bilərdi ki,20 ildən çox yataqxananın 18 m2 otağında yaşayan, bir ömür AMEA-da işləyən əməkdaşların mənzil almaq hüquqları pozulmazdı. Bu sakinlərin bu gün mənzilsiz qalmalarına səbəb AMEA-da kı Mənzil bölgü komisiyasının apardığı dırnaqarası araşdırmalarıdır,ona görə də onlar bu işdə birbaşa məsuliyət daşıyırlar. AMEA sözçüsü açıqlamasında qeyd edir ki, elmi dərəcəsi olmayanlar Şəhərdən kənarda əldə olunan mənzillərlə təmin olunublar. Əgər AMEA meyar olaraq elmi dərəcələri götürmüşdürsə niyə Fəlsəfə elmləri doktorları Xanbabayeva Mehri (35a), Məmmədova Zülfiyə(26a), elmlər doktoru Afət(51A) bu sakinləri buzovna qəsəbəsinə yola salıblar? Niyə 16 mərtəbəli binanın 17- ci mərtəbəsinə Fəlsəfə elmləri doktorları Musayeva Mətanət(36b) ,Ağayeva Elmira (32b),Əmikişiyev Vaqif (73 a), Cəsarət (93)yerləşdirirdilər.bəs onlara ayrılan mənzillər hara yoxa çıxıb.AMEA bu qədər araşdırmalara niyə ehtiyac duymuşdu artıq gün kimi aydındır.
2.Sərdar Əliyev yenə də həmişəki kimi müqavilədə özlərinə sərf edən hissələri saxlayıb, sərf etməyənləri gizlədir, bu da sənədlərin saxtalaşdırılmasıdır (artıq vərdiş halını alıb). Siz müqavilənin 1.3 bəndini heç yada salmırsınız. 2.1.1 bəndini və digər bəndləri isə təhrif edərək, sitat: “… 2.1.1. bəndində qeyd edilmişdir ki, “Binanın yaşayış və qeyri-yaşayış sahələrinin mülkiyyəti və onların satış hüququ (Azərbaycan Milli Elmlər Akademiyasına məxsus yuxarıda qeyd olunan ünvanda yerləşən yataqxanada yaşayan Akademiya əməkdaşları üçün ödənişsiz əsaslarla ayrılmış bir blokun mənzillərindən başqa) “Podratçı”ya məxsusdur”.” Kimi vermisiniz. Halbuki, 2.1.1 bəndində “…. (…ünvanda yerləşən yataqxanada yaşayan Akademiya əməkdaşları və sakinlər üçün…)…” yazılıb. Dürüst adamsınızsa, niyə “və sakinləri” ifadəsini gizlədərək sənədi saxtalaşdırırsınız? Bu ifadəni hər yerdə “yemisiniz”. Və s.
3.Yataqxana sakinləri üçün mənzillərin tikilməsi və verilməsi jurnalistlərə mənzillərin verilməsi kimi deyil, burada məsələ yaşadığı mənzilə görə əlində orderi olan və binaların tikilməsi üçün imzaları ilə razılıqlarını vermiş sakinlərin mənzillə təmin olunmasından ibarət idi. Belə olmasaydı, mənzillərin verilməsi tədbirinə Respublika Prezidenti də dəvət olunardı.
Bunlar haqqında çox deyilib. Bir yazıda bu sənədlərin hamısını vermək, onlar haqqında fikir söyləmək mümkün deyil.
Sərdar Əliyev sən hələlik sadəcə bir neçə suala cavab verə bilsən,çox şey aydınlaşar. Çünki elə danışıb, elə yzırsan ki sanki bizə ayrılan mənzillər sənin şəxsi əmlakındır verməyə qıymırsan.
- Yataqxana sakinlərinin bir hissəsinə və yataqxanada yaşamayan, müqaviləyə heç bir aidiyyatı olmayan əməkdaşlara verdiyiniz mənzillər hansı binadandır? O binanın layihə sənədini göstərin görək, hansı məqsədlə tikilib və kimlərə verilməli idi?
- Tikintinin layihə sənədlərinə görə yataqxana sakinləri üçün tikilən bina hansıdır və o binaya yataqxana sakinlərindən neçəsi köçürülüb?
- Yataqxana sakinlərinin yerləşdirilməsi üçün şirkətin öhdəliyi olaraq neçə kv.m mənzil sahəsi verilməli idi və o rəqəm haradan alınmışdı?
- Tikinti layihəsinə görə yataqxana sakinləri üçün tikilmiş və bir mənzili də yataqxana sakinlərinə verilməmiş 128 mənzildən ibarət (onlardan 118-i yataqxana sakinləri üçün nəzərdə tutulub) 1 və 2 blokları AMEA tərəfindən kimlərə və hansı əsaslarla satılıb?
- Bu satışdan dövlət rüsumu odənilibmi, ödənilibsə sənədlər haradadır?
- Yataqxananın sökülməsi və ərazidə binaların tikilməsi haqqında Bakı şəhər İcra Hakimiyyəti başçısının 19.12.2012-ci il tarixli, 564 saylı sərəncamı yerinə yetirilibmi? Yəni sizlərin bu gün də iddia etdiyiniz kimi, yataqxananın sökülməmiş olduğu haqqında Fövqəladə Hallar nazirliyindən sənəd təqdim edə bilərsinizmi (saxta yox, həqiqi sənəd)?
- AMEA prezidentinin və digər məmurların “güzəştli şərtlərlə” aldıqları mənzillər nə vaxt və kimlərə qaytarılıb? Adlarını açıqlaya bilərsinizmi?
Hələlik bunları cavablandırın, qalan sualları sonra verərik. Yoxsa başlamısınız köhnə nağılları söyləməyə. Əgər bu suallara sənədlərlə (saxta yox, həqiqi sənədlərlə) cavab verməsəniz, deməli hər şey aydındır.
Bir də xatırladırıq, mənzil bölgüsündən kənarda qoyduğunuz sakinlərin AMEA yataqxana və mənzil komissiyasının 2002-ci ildə tərtib etdiyi və o vaxt AMEA-nın Rəyasət Heyətinin üzvü, indi AMEA-nın prezidenti olan Akif Əlizadənin də təsdiq edilməsinə razılıq verdiyi protokol əsasında verilmiş orderləri var və sakinlər onlar üçün tikilmiş mənzillərini tələb edirlər.
Məlumat üçün deyək ki, bütün olanları və sənədləri internet saytlarında bütövlükdə vermək mümkün olmadığına görə yaxın zamanlarda bu məsələlər haqqında sənədlər və sübutlarla birlikdə bütöv bir kitabça buraxılması nəzərdə tutulur.