Almaniyanın “Wintershall” neft-qaz şirkəti sanksiyalara görə İranda fəaliyyətini dayandırıb.
Elchi.az report-a istinadən bildirir ki, bunu şirkətin Direktorlar Şurasının üzvü Martin Baxman bildirib.
Qeyd edək ki, 1894-cü ildə yaradılan “Wintershall Holding GmbH” Almaniyanın iri neft-qaz şirkətidir. Onun mərkəzi ofisi ölkənin Hessen torpağının Kassel şəhərində yerləşir. “Wintershall Holding GmbH” 100 faiz Almaniyanın “BASF” neft-qaz kəşfiyatı və hasilatı şirkətinin törəmə müəssisəsidir.
Xatırladaq ki, ABŞ noyabrın 5-dən İrana qarşı sanksiyanın ikinici mərhələsini tətbiq etməyə başlayıb.