Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət.
Möhtərəm cənab İlham Əliyev! Bütün Azərbaycan xalqı bilir ki, iki ildir biz Yasamal rayonu A.M.Şərifzadə
12 ünvanında yerləşən Aspirantlar yataqxanasının sakinləri Sizin 2012-
ci ildə verdiyiniz göstərişin AMEA prezidenti Akif Əlizadə tərəfindən həyata keçirilmədiyi,128 mənzillik II bloklu bir binanın
AMEA və tikinti şirkəti tərəfindən mənimsənildiyi haqqında
KİV-lərdə car çəkib, haray salmışıq. Eyni zamanda bu iki il ərzində respublikadakı bütün qurumların o cümlədən Azərbaycan
Respublikası Prezident Adminsrtasiyasında dəfələrlə qəbullarda olmuşuq. 7 ildir ki, həyatımızın mərkəzində duran mənzil
problemimizin hələ də həllini tapmadığına məəttəl qalmışıq. Necə ola bilər ki, ətrafımızda bərabər qəbullarda olduğumuz ölkə
vətəndaşlarının problemləri öz həllini tapdığı halda , bizim problemimiz isə dağ kimi dayanır. Görünən odur ki, məmur
özbaşınalığının nümunəsi olan Akif Əlizadə və əlaltılarının cəmiyyətdəki nüfüzları sayəsində bu işi həyata keçirilir, yəni
bizim dağ boyda mənzil məsələmiz görünməz olur. Bu isə Akif Əlizadənin ətrafındakı dələduzluğu özlərinə ixtisas seçmiş bir
qrup sehbazların bacarığıdır. Maraqlısı odur ki, AMEA və şirkət hansı əsasla sakinlər üçün vaxtında tikilib başa çatdırılmış
I ; II bloklardakı mənzilləri satışa çıxararaq V blokun tikilməsi üçün yeni saxta müqavilə imzalayıb 60-
a yaxın sakinin( ailənin) mənzil almaq hüququnu pozur. Yataqxanada qeydiyyatda olub yaşamayanlara (müqavilədə nəzərdə
tutulmayn adamlara) Akif Əlizdə və əlaltılarının bu qədər canı yanırdı ki, onlara 65m2 deyil ən azı 78m2–
dən başlayan və hətta 110m2 sahəsi olan mənzillər bağışlayıblar? Axı 07.11.2012-
ci il tarixdə yataqxana sakinləri ilə şirkət nümayəndəsi Bəxtiyar Təhməzovun keçirdiyi iclasda sahəsi 65
m2 olan mənzillərin verilməsi razılığı əldə edilmişdir. Bununla Akif Əlizadə və əlaltıları yalnız bir məqsəd güdür: bağlanmış
Podrat Müqaviləsində buraxılmış boşluqlardan istifadə etməklə külli miqdarda pul qazansınlar. Buna da
nail olublar. Artıq onlar bizə, mənzilsiz qalan sakinlərə istədikləri donu geyindirirlər.Getdiyimiz qəbullarda da bizi istədikləri
kimi təqdim etməkdən çəkinmirlər. Biz sakinlər bu yataqxanaya özbaşına gəlməmişik. Hər birimiz Gənc mütəxəsis kimi bu
ünvandan mənzil növbəsinə qeydə alınmışıq. Bu ünvanda daimi qeydiyyatla 30 ilə yaxındır yaşayırıq. Ən əsası BİZ bu ÖLKƏNİN
VƏTƏNDAŞIYIQ. Bu gün Heydər Əliyev hakimiyyəti dövründə bizə verilmiş orderlərin saxta olduğunu iddia edən AMEA
rəhbərliyi bilməlidir ki, bu orderin verilməsi AMEA yataqxana və mənzil komisiyasının 2002-
ci ildə tərtib edilmiş protokolları əsasında verilib və hələ o dövrdə AMEA Rəyasət Heyətinin üzvü, indi isə AMEA prezidenti olan
Akif Əlizadə də həmin protokolu imzalayaraq təsdiq etmişdir. Belə çıxır ki,
o vaxt Akif Əlizadə saxta işə imza atıb. Orderləri heçə sayan AMEA prezidenti və Mənzil komisiyası üzvləri bilməlidirlər ki,
saxta hesab etdikləri bu order əsasında aldığımız şəxsiyyət vəsiqəsi ilə üç dəfə Azərbaycan Respublikası Prezident seçkilər
ində, Milli Məclisə deputat seçkilərində, Bələdiyyə seçkilərində iştirak etmişik. Həmin orderlərlə bu kiçik , darısqal yataqx
ana otaqlarında oğullar böyüdüb əsgər yola salmışıq. Onda 118 ailə başçılarına və ailə üzvlərinə (sakinə) şəxsiyyət vəsiqəsi
təqdim edən orqanlar bizə açıqlama versinlər ki, ünvanladığımız müraciətlərin, ərizələrin qarşısını hər vəchlə kəsən, tutduğu
vəzifəsindən sui- istifadə edərək 60 yaxın ailənin mənzil almaq hüququnu pozub evsiz qoyan AMEA rəhbərliyi bununla nə
demək istəyir?
Cənab Prezident! Şərifzadə 12 ünvanında yaradılmış problemi Akif Əlizadə öz problemi hesab etmir. Hər addımda da
əlinin nə qədər güclü olduğunu, bütün dövlət strukturlarını ələ almağı bacardığını çılpaqlıqla qarşımıza qoymaqdan belə
çəkinmir. Niyə bir məmur kimi ona verdiyiniz imtiyazı ancaq öz xeyrinə istifadə edir. Cəmiyyətdəki yüksək mövqeyindən istifadə
edərək,ancaq və ancaq Sizə ünvanldığımız ərizə və müraciətlərin qarşısında sədd yaratmaqla, bizi dövlətdən narazı salıb
gərginlik yaratmaqla məşğuldur.
Möhtərəm Prezident! Son günlərdə baş verən hadisələrin, yaranan problemlərin Sizin diqqətinizdə olduğunun şahidi oluruq. Yaranmış problemlərin
tez bir zamanda həllini tapması da bizi sevindirir.Ümidlə gözləyirik ki, bizim də problemimizin həll olunacağı zaman gələcək,
amma bu zamanın da çox uzanacağı görünür. Ən ağırılısı odur ki, bu gün sadəcə məmur maaşı ilə yataqxananın 18
m2 sahəsində iki övlad böyütmüş bu yazıq ziyalılar heç kim üçün önəmli deyil. Bir qrup dələduz tərəfindən aldadılıb mənzil
almaq hüquqları pozulan bu insanların problemi heç kimə maraqlı deyil və ya heç kimin maraq dairəsində deyil ki, Sizin
müşavirələrinizdə önə çəkilb həllini tapsın. Xahiş edirik bu məsələ ilə bağlı
AMEA rəhbərliyini qəbul etdikdə Aspirantlar yataqxanasının sakinlərindən də heç olmasa 2 nümayəndə qəbul edin ki,
AMEA rəhbərliyinin Sizə yalan danışdıqlarını, Sizi aldatmağa çalışdıqlarını, törətdikləri saxtakarlıqları, qanunsuz əməlləri,
mənimsədikləri əmlakları sənədlərlə sübut edək.
Hörmətli Prezident!
Akif Əlizadə və əlaltıları iki ildir bizi küçələrdə süründürürlər,ancaq bilməlidirlər ki, kağız və qələm almağa bizim maddi
vəsaitimiz var və haqq səsimiz Sizə çatana qədər ünvanladığımız məktubların da ardı- arası kəsilməyəcək. Onlar
bilməlidir və unutmamalıdırlar ki, qanunla idarə olunan ölkəmizin ədalət tərəzisində Dövlət başçısı da haqlı olan
tərəfdə ona güvənən, onu seçən xalqın yanındadır.