Prezident İlham Əliyev “Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 564 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Fərmana əsasən,ali məktəblərə qəbul imtahanlarında ən yüksək nəticə göstərmiş tələbələr üçün 210 manat məbləğində Prezident təqaüdü təsis edilir.
Fərman 2019-cu il martın 1-dən qüvvəyə minir.