Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına Bakı şəhər Yasamal Rayonu A.M.Şərifzadə 12 ünvanında yerləşən AMEA-nın Aspirantlar yataqxanasında daimi qeydiyyatda olmaqla yaşayan bir qrup sakinlər tərəfindən
ŞİKAYƏT Ə R İ Z ƏSİ
Hörmətli cənab İlham Əliyev!
Bildirmək istəyirik ki, iki ildir səsimizi sizə çatdırmağa çalışsaq da heç bir nəticə əldə etməmişik. Artıq bizim sosial problemimiz öz formasını dəyişərək AMEA və “Evro stroy-S” MMC ilə mübarizə aparmaq xarakteri alıb. Bu gün KIV-lərdə də gündəmdən düşməyən, adı hər bir qalmaqlda hallanan, həttda terrorist adlandırılan “Evro stroy-S” MMC şirkətinin rəhbəri Seymur İsayevlə AMEA rəhbərliyi və əlaltılarını sadalanan amillərdən hansı birləşdirir? Onları hansı bacarıqları müştərək işdə birləşdirib. Biz isə” bacarıqları” ilə gündəmdə qırmızı-qara iz buraxan bu özbaşına məmurların əlində oyuncağa çevrilmişik. Sərdar Əliyev və onun havadarları Sizə ünvanladığımız məktublardan da səs çıxmayanda bizi ələ salaraq onsuz da boş işlərlə məşğul olduğumuzu və məktublarımızın sizə çatmayacağını qeyd edərək görəsən kimə güvənirlər. Bu gün bizə qarşı qəti tədbirlər planı hazırlayan AMEA rəhbərliyinin düşüncəsi belə yanlışdır. Dünən AMEA əməkdaşı olmuş, bu gün AMEA – da işləməyən sakinlərə qarşı edilən bu təzyiq və təhdid dolu addımları qurtarmır. Belə görünür ki, kənardan gələn, Aspirantlar yataqxanası ilə heç bir əlaqəsi olmayan 17 AMEA əməkdaşı da ev aldıqdan sonra AMEA-dan işdən çıxarılarsa onda onlara da verilən evlər əllərindən alınacaq? AMEA rəhbərliyi və Mənzil Komissiyası dəfələrlə insanların heysiyyatı ilə oynayaraq ,,Siz sevinin ki, AMEA icazə verir ki, indiyə qədər burda yaşamısınız, indi buranı terk etməlisiniz. Siz AMEA əməkdaşı deyilsiniz cümləsini təkrar-təkrar səsləndirməkdən yorulmurlar. İnsanları zəlil edib yarı yolda qoyan “ elmlə” məşğul olan AMEA-nın məşhur biznesmenlərinin əlindəki bayraq, ancaq və ancaq Dövlət Başçısının verdiyi sərəncama qarşı çıxmaq və yerinə yetirməməkdir. Bu fikir AMEA rəhbərliyinin sakinlərə ev verməmə səbəbidir. Burada aydın olmayan məqamlardan biri də odur ki, niyə AMEA qanunlarla deyil, ara məlumatları ilə “Qaloşların” topladıqları xəbərlərlə qərar qəbul edirlər. AMEA-da bir Mənzil bölgü komissiyası yaradılıb bu komissiyanın işi ancaq bu cur ara məlumatlarına əsasən aparılır.Bu Mənzil komisiyasının üzvlər özlərini artıq məhkəmənin hakimi də elan ediblər. Yığışıb müzakirə edib 2017-ci il 13 may tarixində aparılan püşkatmadakı kimi sakinlərin” nəbzini” yoxlamaqla qərar çıxarırlar.Bütün əmlak toxunulmazlığı hüquqlarını pozaraq kiminin qapısını sındırırlar, kiminə də həttda bugunə- bugun öz əməkdaşları olan sakinlərə də hədə- qorxu gələrək sənə ev verilməyək deye racon kəsirlər.
Cənab Prezident! A.M. Şərifzadə ünvanında yerləşən Aspirantlar yataqxanası, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən bizə verilən məlumatda bu yataqxananın hələ 2012-ci ildə sökülməsi haqqında qərar verildiyi bildirilmişdir. Belə olan halda AMEA rəhbərliyi üçün korrupsiya mənbəyi olan yataqxananın daha heç vaxt sökülməyəcəyini, yataqxana statusunun saxlanılacağını necə iddia edə bilir? AMEA rəhbəri Akif Əlizadə və əlaltıları, nəyə görə yataqxana üçün təsdiq olunan bütün qanunları pozur və onlar bu gücü haradan alırlar? Bu yataqxana əvvəlki statusunda qalıbsa, onda nə üçün 2002-ci ildən (sakinlərə daimi order verildiyi vaxtdan) indiyədək (yəni 2019-cu ilin aprel ayınadək, 17 il ərzində) nə yataqxananın dəhlizləri, nə də otaqları bir dəfə də olsun təmir edilməyib (dəhlizlərdən birinin fotoşəklini əlavə edirik), otaqlara bir dənə də olsun mebel, lazımi avadanlıqlar verilməyib (yataqxanalar üçün qanunun 93-cü maddəsinin 3-cü bəndi)? Sakinlər otaqları öz vəsaitləri hesabına təmir ediblər. Onda AMEA rəhbərliyi və İşlər İdarəsi bu illər ərzində təmir üçün, otaqların mebel və lazımi avadanlıqlarla təchiz edilməsi üçün ayrılmış vəsaitləri neyləyiblər? İndinin özündə də bu binaya yerləşdirilən magistirlərə verilən otaqlar bərbad vəziyyətdədir. Onların təmiri üçün ayrılmış vəsait hardadır ki, otaqları bu binəva magistirlərin özləri təmir edirlər? Bu qanunsuzluqlar hansı qanuna əsasən yerinə yetirilir? Otaqlarda yaşamaq üçün ayrılan vəsait, mebellər hara yox olub ki, AMEA rəhbərliyi institut direktorlarından və bəzi əməkdaşlarından köhnə-kürüş mebellər, avadanlıqlar dilənərək o otaqlara qoydurur? Guya Magistirlərə qayğı göstərilir. Magistirlərdən hər ay alınan kirayə pullarının haraya getdiyi də məlum deyil. Bu bina yataqxana statusunda qalıbsa, nə üçün 2010- cu il-dən elektrik enerjisi sərfiyyatı haqqını (binada qaz olmadığından qaz əvəzinə də elektrikdən istifadə edilir) sakinlər ödəyir? Əgər Yataqxana statusu qalırsa niyə işığın serfiyyatına ayrılmış vəsaiti AMEA ödəmir? Axı yataqxanalar haqqında qanuna görə bu vəsaiti AMEA ödəməlidir. Yoxsa həmin pulları da mənimsənilir?
Qeyd etdiymiz mənimsəmə faktları, AMEA rəhbərliyi və Mənzil komissiyasının yol verdiyi qanun pozuntuları haqqında dəfələrlə aidiyyatı orqanları, Azərbaycan Respublikası Baş Prokrorluq yanında Korrupsiya idarəsini, Korrupsiyaya qarşı Mübarizə Komisiyasını məlumatlandırsaq da, heç bir nəticə yoxdur. Bu barədə 28 mart 2019-cu il tarixdə Yasamal rayon Prokurorluğuna da ərizə ilə müraciət etmişik. Həmin ərizənin bir surətini də Sizə ünvanlamışıq. Bir aydan çox vaxt keçməsinə baxmayaraq, bizim şikayətimizə heç bir reaksiya yoxdur. Bütün bunlardan belə nəticəyə gəlirik ki, AMEA rəhbərliyi öz qanunsuz işlərini Azərbaycan Respublikasının qanunları ilə deyil özünün qəbul etdiyi yazılmamış qanunları ilə həyata keçirir. Bu qanun pozuntusu nəticəsində uzun illər AMEA əməkdaşı olmuş və ya hal hazırda AMEA-nın əməkdaşı olan 50-dən çox yataqxana sakinlərinin mənzil almaq hüququ pozulmuşdur. Akif Əlizadə və əlaltıları bir ömür yataqxanada yaşamış insanların bütün arzularını gözündə qoyaraq bizə ayrılan mənzilləri bu yolla mənimsəmişdilər. Buna isə hər yerdə göz yumulur.
Möhtərəm Prezident! Sizin bu məsələ ilə bağlı həssalıq göstərməyinizi, bu korrupsiya pozuntusu ilə əlaqədar olaraq aidiyyatı orqanlara göstəriş verərək bizim mənzil almaq hüququmuzu müdafiə edib, Yasamal rayon A.M Şərifzadə 12 ünvanında yerləşən, Aspirantlar Yataqxanası sakinləri üçün tikilmiş I və II bloklardan mənzillə təmin olunmağımız barədə göstəriş verməyinizi xahiş edirik.