Alimlər xalqdan kömək istəyir
Müraciəti Sizə ünvanlayan vaxtı ilə böyük arzularla AMEA-ya gənc mütəxəsis kimi gələn, 20 ildən artıqdır ki, 18 kv.m sahədən ibatrət yataqxana otaqlarında yaşayan, yaşı 50-ni keçmiş AMEA rəhbərliyinin qərarı ilə işsiz və evsiz qalan və hüquqları AMEA rəhbərliyi tərəfindən pozulan Aspirantlar yataqxanasının əlacsız sakinləridir.
Bakı şəhəri Yasamal rayonu Şərifzadə küçəsi 12 ünvanında yaşayan yataqxana sakinlərinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə 5 (beş) ədəd 1(bir) bloklu 16 mərtəbəli bina tikilmişdir. Yataqxanada yaşayan 118 sakinin imzası ilə baş tutan layihə başa çatdıqdan sonra AMEA rəhbərliyinin başçılığı ilə aparılan ədalətsiz ev bölgüsü zamanı 50-dən çox ailə evsiz qalmaq təhlükəsi ilə üzləşmişdir. Mənzillərin bölünməsi ilə bağlı Akif Əlizadənin rəhbərlik etdiyi qrumda yaradılmış Mənzil bölgü komisiyyası heç bir qanuni əsas olmadan və ədalətsiz bölgü apararaq 50-dən artıq ailəyə mənzil verməməklə həmin ailələrin haqlı narazılığına səbəb olmuşdur. Bununla bağlı olaraq biz dövlətin əsas qrumlarında dəfələrlə qəbullarda olsaq da heç bir nəticə əldə etməmişik, əksinə qəbullara getdikcə AMEA rəhbərliyi, yəni Akif Əlizadə və onun ətarfında cəmlənmiş şəxslər bizə olan qərəzli mövqeyini daha da möhkəmlədərək KİV-də həyasızcasına yalanlardan ibarət açıqlama verməklə güya bizim sui-istifadəçi olmağımızı, bəzi sakinlərin AMEA-da işləməməsini əsas gətirib hər vəchlə özlərini haqlı çıxartmağa çalışırlar. Qeyd etmək yerinə düşər ki, mənzil almamış ailələrin bir qismi 2014-cü ildə ixtisar adı altında işdən çıxardılmış və həmin şəxslərin məhkəmələrə və yuxarı dövlət orqanlarına şikayət etmələrinin qarşısını almaq üçün onlara sakit dayanmaları və ixtisar olunaraq işdən çıxarılmalarının tikiləcək binalarda mənzilllərin verilməsi ilə heç bir əlaqəsinin olmayacağı bildirilmişdir. Bu səbəbdən ixtisar adı altında işdən kənarlaşdırılmış şəxslər AMEA rəhbərliyinə inanaraq vaxtında heç yerə bununla bağlı müaciət etməmişlər. Görünən odur ki, AMEA rəhbəri Akif Əlizadə və onun əlaltıları bundan məharətlər istifadə edib, guya yataqxanada yaşayan və mənzil verilməmiş sakinlərin AMEA-da işləmədikləri üçün mənzilsiz qaldıqlarını hər addım başı gözə soxmaqla artıq qalan mənzillərin özləri tərəfindən mənimsənilməsinə şərait yaratmaq üçün utanmadan əllərindən gələni edirlər. Lakin, başa düşmürlər və ya başa düşmək istəmirlər ki, xeyli sayda insanların hüquqlrını pozub onlara qanunsuz olaraq mənzil verməməklə həmin insanları dövlətdən narazı salmaqla məşğul olurlar. Dəfələrlə biz AMEA-nın inzibati binasının qarşısında toplaşaraq rəhbərlik tərəfindən qəbul eidlməyimizi tələb etsəkdə Akif Əlizadə vəzifəsinə güvənərək bizi qəbul etməkdən qəti şəkildə imtina etmişdir. Onun ətrafında olan şəxslər isə Akif Əlizadəni ilahi qüvvə kimi təqdim etməklə yanaşı “kimə istəyirsiniz şikayət edin, onsuzda sonunda hər şey Akif müəllimin istədiyi kimi olacaqdır”, “sizə düəşən mənzillər şikayət etdiyiniz orqanlardadır, gedin mənzilinizi şikayət etdiyiniz orqanlardan tələb edin” və s. deməklə bizlərdən yataqxana otaqlarını boşaltmağı tələb etmişlər. Hətta bununla kifayətlənməyərək binada olan mənzillərin qapılarını sahiblərinin xəbəri olmadan sındırıb qıfılını dəyişərək həmin sakinləri təhdid altında saxlamaqdan belə çəkinməmişdirlər. Akif Əlizadə başda olmaqla onun onun ətrafındakı AMEA rəhbəriliyində təmisil olunan şəxslər Şərifadə 12 ünvanında yaşayan sakinlərin narazılıq və etriazlarına əhəmiyyət verməyərək Azərbaycan vətəndaşı olaraq bizim bütün hüquqlarımızı tapdalamaqla bizə qarşı insani münasibət göstərməmişlər. Öz məsuliyyətini başa düşməyən və bizləri təhqir etməkdən belə çəkinməyən AMEA rəhbərliyinin nümayəndəsi Sərdar Əliyev isə bizə “xoşunuz gəlmir hara istəyirsiniz gedə bilərsiniz” deməkdən belə çəkinmir. Akif Əlizadə özünü sadə vətəndaşlardan üstün tutaraq bizim qanunla tənzimlənən elementar hüquqlarımızı pozur və öz maraqları naminə bizə haqqımız olan mənzilləri verməkdən imtina edir. Yuxarıda qeyd etdiyimiz binada yaşayan və hüquqları pozulmuş 50-dən çox ailə hesab edir ki, Akif Əlizadə özünü yekəxana aparmaqla Azərbaycan Respublikası vətəndaşlarını insan yerinə qoymur.
Akif Əlizadənin gözünü o qədər qan örtüb ki, A.Qarayev adına Fizologiya institunun qarşısında quraşdırılmış Akademik Zərifə Əliyevanın barelyefini “analoqu olmayan” təmtəraqla həbsdə saxlayır. Sanki Balaxanı zibilxanasına atılacaq bir əşyadır həmin baralyef. Akif Əlizadə yediyi qaba tüpürmür, Akif Əlizadə ona çörək verən şəxsin anasına qoyduğu hörmətlə öz mahiyyətini bir daha ortaya çıxardır.
Akif Əlizadə 85 yaşını qeyd etməsinə baxmayaraq tamah onun gözünü o qədər örtüb ki, bizə çatası evləri öz əlaltıları ilə birlikdə mənimsəmişlər. Akif Əlizadə elə bir enerji ilə talançılıq aparır ki, sanki, əsgərlikdən qısa müddət ərzində tərxis olunacaq və onu kənddə valideynləri sevdiyi qızla evləndirəcək. Bax belədir bu günkü gün Akif Əlizadənin bizim əmlakımıza saldığı tamahın müqayisəsi. Bütün bunlar ərizəyə əlavə olunmuş sənədlərlə bir daha təsdiq olunur.
Belə ki, AMEA-nın vəzifəli şəxsləri tərəfindən Əlizadə Akif Ağamehdi oğlunun adına( Müqavilə:72;73)Yasamal rayonu A.M.Şərifzadə 12 ünvanında inşa olunan 5 girişli 16 mərtəbəli yaşayış evinin 4-cü girişnin 5-ci mərtəbəsində 241saylı 4 otaqlı (178,3m2) və 242 saylı 2 otaqlı (63,4m2) mənzillər;
– Əlizadə Akif Ağamehdi oğlunun gəlini Əlizadə Tamilla Aşum qızının adına (Müqavilə:74;75)Yasamal rayonu A.M. Şərifzadə 12 ünvanında inşa olunan 5 girişli 16 mərtəbəli yaşayış evinin 4-cü girişinin 6-cı mərtəbəsində 247 saylı 4 otaqlı (178,3m2) və 248 saylı 2 otaqlı(63,4m2) mənzillər;
AMEA-nın Vitse-prezident Quliyev İbrahim Səid oğlunun adına( Müqavilə: 76) Yasamal rayonu A.M.Şərifzadə 12 ünvanında inşa olunan 5 girişli 16 mərtəbəli yaşayış evinin 4-cü girişinin 7-ci mərtəbəsində 253 saylı 4 otaqlı (178,3m2) mənzil;
AMEA-nın İşlər müdiri Fətəli Abdullayevin sürücüsünün həyat yoldaşı Bayramova Ülviyyə Rafiq qızının adına (Müqavilə:77) Yasamal rayonu A.M.Şərifzadə 12 ünvanında inşa olunan 5 girişli 16 mərtəbəli yaşayış evinin 4-cü girişinin 8-ci mərtəbəsində 259 saylı 4 otaqlı(178,3m2) mənzil;
Əziz həmvətənlər bu sadalananlar korrupsiya faktı deyilsə bəs nədir? Bütün bunlar bəs edir ki, AMEA-nın rəhbər vəzifəli şəxsləri barəsində CM-nin 179, 308, 309, 311, 313 və digər maddələri ilə cinayət məsuliyyətinə cəlb olunsunlar.
Həmin evləri əldə etmiş şəxslər xalqımıza öz maliyyə vəsaitləri barədə hesabat versinlər və sübut etsinlər ki, həmin mənzilləri halal yolla əldə ediblər, o zaman biz sakinlər öz mənzil tələbimizdən imtina edər və yataqxana otaqlarınıda onlara bağışlayarıq. Məhşur atalar sözümüzdə deyildiyi kimi : “Bu meydan, bu da şeytan”
PS; Əziz xalqımız sizə müraciət etməyimizin səbəbi ölkədə heç bir vəzifəli şəxs tərəfindən səsimizin eşidilməməsi, ərizələrimizin baxılmaması, ötür-ötür oyununun qurbanı olmasıdır. Əziz xalqımız onsuzda sizdə bizim problemimizi həll edəsi deyilsiniz. Bunu bizdə bilirik. Sadəcə dərdimizi eşidən olmadığına görə istədik ki, dərdimizi sizinlə bölüşək.