Ağcabədi sakinindən 6 kq narkotik götürülüb

4

Ağcabədi sakinindən külli miqdarda narkotik vasitə aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, Ağcabədi Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilən məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş İ.Həsənov saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkar edilib.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə polis əməkdaşları onun yaşadığı evdən əlavə olaraq çəkisi 6 kiloqram 100 qram marixuana aşkar edərək götürüblər.

Faktla bağlı cinayət işi başlanılıb.