ABŞ prezidenti Barak Obama və ailəsi Ağ Evdə Şükran bayramı günü münasibəti ilə təşkil edilən tədbirə qatılıb.
Teleqraf.com “Hürriyet”ə istinadən xəbər verir ki, mərasim zamanı ağ geyimli bir şəxs Ağ Evə daxil olmağa çalışıb. Xüsusi xidmət orqanları həmin şəxsi zərərsizləşdiriblər. Hadisə zamanı Barak Obama və ailəsi də Ağ Evdə olduğu üçün giriş-çıxış bağlanılıb.
Xüsusi xidmət orqanlarının əməkdaşları sarayın ətrafında olan insanları ərazidən uzaqlaşdırıblar.
Hadisə ilə bağlı açıqlama verilməyib.