ABŞ Venesuela hakimiyyətini ölkəni tərk etməyə çağırıb

2

ABŞ-ın Venesuela üzrə xüsusi nümayəndəsi Elliott Abrams bildirib ki, Vaşinqton Venesuela hakimiyyətində təmsil olunan bəzi şəxslərin respublikanı tərk etməsini istəyir.

“Report” TASS-a istinadən xəbər verir ki, onun sözlərinə görə, Venesuela hakimiyyətinin bəzi nümayəndələri siyasi keçidin şərtlərindən biri kimi ölkədən getməlidirlər.

O həmçinin əlavə edib ki, ABŞ digər ölkələrlə Venesuela hakimiyyətinin üzvlərinə sığınacaq vermək imkanlarını müzakirə edir.

Abrams qeyd edib ki, Venesuela siyasətçilərindən heç kim ölkəni tərk etməyə hələ razılıq verməyib.