ABŞ bu ilin noyabr ayından Rusiyaya qarşı yeni və daha sərt sanksiyalar tətbiq etməyə hazırlaşır. “Report” “İnterfax”a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Nümayəndələr Palatasında dinləmələr zamanı dövlət katibinin köməkçisi Manişa Sinqh bildirib.
Onun sözlərinə görə, buna səbəb Rusiyanın öz ərazisində kimyəvi və bioloji silah istehsalı ilə bağlı obyektlərdə təftişə yol verməməsidir.
M.Sinqh qeyd edib ki, daha əvvəl birinci mərhələ sanksiyalar nəticəsində Rusiya on milyardlarla dollar həcmində maliyyə itkiləri ilə üzləşib.
IMF: Bu il ABŞ-nin borcu ÜDM-nin 123 %-ni keçəcək
Bu il ABŞ-nin dövlət borcu ölkənin ümum daxili məhsulunun (ÜDM) 123 %-ni keçəcək və növbəti illərdə artmağa davam edəcək. Elchi.az xəbər verir...