ABŞ ordusu İrana görə İraq və Suriyada həyəcan səviyyəsini artırıb

9

Birləşmiş Ştatlar ordusu İran tərəfindən gözlənilən potensial təhlükə səbəbindən İraq və Suriyada həyəcan səviyyəsini artırıb.

“Report” xəbər verir ki, bu barədə Amerika Silahlı Qüvvələri Mərkəzi Komandanlığı məlumat yayıb.

“Mərkəzi komandanlıq “Sarsılmaz qətiyyət” əməliyyatı ilə koordinasiya şəklində İraq və Suriyadakı əməliyyatlarda iştirak edən bütün qüvvələr üçün güc mövqeyi səviyyəsini artırıb. Əməliyyat yüksək həyəcan səviyyəsindədir və biz ehtimal ki, bilavasitə İraqdakı ABŞ qüvvələrinə qarşı gözlənilən təhlükələri yaxından izləyirik”, — deyə idarənin məlumatında bildirilir.