ABŞ-da qanlı atışma: 3 ölü, 9 yaralı

20

ABŞ-ın Kolorado-Sprinqs şəhərində baş verən silahlı insident zamanı 3 nəfər ölüb, 9 nəfər yaralanıb.

 

Bu barədə  Elchi.az “Reuters”-ə istinadən xəbər verir.

Məlumata əsasən naməlum şəxs “Planned Parenthood” qeyri-kommersiya təşkilatına məxsus Ailə Planlaşdırma Mərkəzinə daxil olaraq ətrafdakılara atəş açıb.

Hadisə yerinə gələn polislərlə ciddi atışma baş verib. Beş saat davam edən danışdıqdan sonra cinayətkar təslim olub.

Hadisə yerində 150 polis əməkdaşının cəlb olundu bildirilib.