Bunu bizdən düşmən tapdağında olan tarixi yurdumuzda uyuyan ulularımızın ruhları tələb edir! Bunu bizdən Xocalı qurbanlarının nalələri tələb edir!
Millət vəkli Fəzail Ağamalı növbəti dəfə öz “facebook” səhifəsində Ermənistan təmsilçisinə uduzan Avropa və dünya çempionumuz Həsən Əliyevdən yazıb. AİM.az həmin mətni oxucularına təqdim edir: “Həsən Əliyevin idman arenasında uduzması cəmiyyətimizdə birmənalı qarşılanmadı. Mətbuatın mənə ünvanladığı suala münasibət bildirərkən təbii ki, idmançımıza toxunacaq fikir söyləməkdən uzaq, uduzmağımızla barışmadığımı dilə gətirmişəm. Əlbəttə, mən buna faciə kimi də yanaşmıram və çalışıram ki, bunu yaddaşımın arxivinə köçürüm”.
Biz təkcə Qarabağ deyil, Zəngəzur, İrəvan, Göyçə uğrunda döyüşə hazır olmalıyıq
Parlamentari qeyd edib ki, Həsən Əliyev də daxil bütün idmançılarımız bizə hər zaman ermənilər üzərində qələbə sevinci bəxş ediblər:
“Mətbuata verdiyim açıqlamada bunu alqışlamışam. Hələlik idman arenalarında qazandığımız uğurları, haqlı olaraq, gələcək qələbələrimizin başlanğıcı kimi dəyərləndirmişəm. Əziz soydaşlar, istəkli idmançılarımız! Bizim bir millət olaraq qanımıza susamış, tarixi torpaqlarımızı zəbt etmiş, türkü, ləzgini, talışı, kürdü, tatı özünə əbədi düşmən elan edən ermənilərə uduzmağımız yetər, güzəştimiz bitər! Biz təkcə Qarabağ deyil, Zəngəzur, İrəvan, Göyçə uğrunda döyüşə hazır olmalıyıq. Bunu bizdən düşmən tapdağında olan tarixi yurdumuzda uyuyan ulularımızın ruhları tələb edir! Bunu bizdən Xocalı qurbanlarının nalələri tələb edir! Allah Amanında!”.