APA-nın məlumatına görə, bu barədə CNN açıqlama yayıb.

Hadisə zamanı o, “Bilinməyən yerlər” verilişinin növbəti bölümünə hazırlıq üçün Fransada səfərdə olub. Yaxın dostları bu gün səhər onun otel otağından cavab gəlmədiyini bildiriblər. Otaqda 61 yaşlı jurnalistin meyiti tapılıb.

Qeyd edək ki, A. Burden Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfəri və oradan kulinariya haqqında veriliş hazırlaması ilə əlaqədar 2017-ci ilin oktyabrından Azərbaycan Xarici İşlər Nazirliyinin “arzuolunmaz şəxslər” siyahısında idi.