AZƏRTAC Ukrayna mətbuatına istinadla xəbər verir ki, milli statistika agentliklərinin məlumatına əsaslanan təşkilatın hesablamalarına görə, 2050-ci ilə qədər 28,5 milyon ukraynalı şəhərlərdə yaşayacaq. Bu da əhalinin 78 faizi deməkdir.

Hazırda Ukraynanın əhalisi 43 milyon 579 min nəfərdir. Proqnozlar özünü doğrultsa, 2050-ci ildə Ukraynanın əhalisi 1950-ci ildəki kimi olacaq. Ukraynada əhalinin ən çox sayı 1990-cu ildə qeydə alınıb – 51,5 milyon nəfər.