“Səməndin göz yaşları”

16 Aprel 2018 - 09:50

…Bir atın xatirəsi.

…İlk baxışdan güclü görünən bu heyvanın sümükləri çox kövrək olur. Əgər bir dəfə sınarsa heç vaxt bitişməz, sağalmaz. Çox abırlı heyvandır, doğuş sancıları tutduğu an ətrafında insan görərsə əsla doğmaz, yavrusunu bətnində boğar. İntuitiv qeyrətə malikdir, anası ilə heç bir halda cütləşməz!

Mən uşaq olanda ən böyük arzum atımın olması idi. Qarğı atlardan doymuşdum, arzularım böyümüşdü. Canlı at istəyirdim. Pulumuz olmadığı üçün atam mənə at ala bilmirdi. Hər gecə atın xəyalı ilə yatırdım. Bir çarə tapmağa çalışırdım. Kənddə atının balası olan adamlardan xahiş edirdim ki, atının balasını mənə versin. Amma heç kim razılaşmırdı.

Sonralar bildim ki, at on bir aya doğur. Özümə təsəlli tapdım ki, insanlar atın hisslərinə qıymadığı üçün yavrunu anadan ayırmaq istəmirlər. Düşünürdüm ki, on bir ay yavrusunu bətnində gəzdirən ana atı baladan ayırmaq günahdır. Sən demə bu insanlar da atın yavrusu bir az böyüyən kimi “kolbasa kombinatı” na satırlarmış… Mən bunu biləndə nə hisslər keçirdiyimi bir Allah bildi. Özümə söz verdim ki, mənim öz atım olanda heç vaxt yavrularını satmayacağam. Böyük bir at ferması yaradacağam!

Bilirsiz babam mənə nə deyirdi? Deyirdi ki, “Atdı, İtdi, Arvatdı etibar yoxdu”. Arvad bir yana elə bilirdim ki, babam atın haqqına girir. Babamdan küsürdüm…
Axır ki, arzuma çatdım atam mənə at aldı. Qəmər bir madyan. Atam mənə deyirdi ki, bax haa at hamilədir. Ehtiyatlı ol. Qıyıb atı minmirdim. Əzizləyirdim qarnını tumarlayırdım. Bütün günüm çöllərdə atla keçirdi. Evə gələndə yedəyimdə gətirirdim. Qorxurdum minərəm Qəmərimə ziyan olar. Tərəkəmələr yaz ayına “Yabı qızan ay” deyirlər. Həmin ilin yazında xəyal qırıqlığına uğradım. Nə görsəm yaxşıdı? Bıııy, mənim Qəmərim, göy-çəmənlikdə eyş-işrətdədir. Bu lənətə gəlmiş Qəmər Zahir kişinin Göy yabısına qoşulub mənə xəyanət edir! Başa düşürsünüz? Xəyanət! Sən demə hamilə deyilmiş… Bu mənim həyatımda baş vermiş ilk xəyanət hadisəsi idi. Hisslərim ağrıyırdı. Qəməri Göy yabı ilə baş-başa buraxıb qaça-qaça gəldim evə. Ata insanlıq dərsi vermək istəyirdim. Açığı heç Qəmərin gözünə də görünməmişdim, bu dəhşətli xəyanət zamanı özümü göstərmədim ki, birdən məni görüb vicdan əzabı çəkər Qəmər. Hadisəni atama anlatmağa çalışırdım, heç cür alınmırdı, utanırdım. Atam məndən niyə atsız gəldiyimi soruşdu. Heç nə deyə bilmədim…
Axşam üstü hava qaralanda Qəmər gəldi. Qapımızın ağzında durub kişnəyirdi. Arpa istəyirdi. Başımı pəncərədən çıxardıb hirslə dedim ki – Boğazında qalar, get sənə arpanı Zahir kişi versin – bir neçə gün bu hal davam etdi. Qəməri görməyə gözüm yox idi. Ara – sıra ya qardaşım ya da atam ona baxırdı, yemləyirdi.

On ay sonra…

Qəmərin qarnı böyümüşdü, əmcəyinə süd gəlmişdi. Mən yenə də onu bağışlamırdım. Elə bilirdim onun qarnındakı dayça nə qədər əclaf adam varsa onlara oxşayacaq. Artıq inəklərlə, qoyunlarla, itlərlə uğraşırdım. Amma mən yenə də öz insanlığımdan geri qalmırdım. Qəmər hamilə olduğu üçün itlərlə onun gözü önündə oynamırdım ki, stress keçirməsin. Hər halda hamilədir.
Martın 20 – si anam hay gətirdi ki, at doğub. Səhər çağı idi. Evdə kim var idisə hamısı gedib atın yavrusuna tamaşa edirdi. Məndən savayı. Hamı dağılışandan sonra özümdə güc tapıb çəpərin arasından boylanmağa başladım. Bay, görüdüm ki, Qəmərin yanında şip-şirin səmənd bir dayça var. Dayçanı görən kimi bütün kinim yox oldu, qoyunlar, inəklər hətta itlər də yadımdan çıxdı. Təbiətə göz aydınlığı verdim. Mən artıq Səməndin anası Qəməri bağışladım. Amma bir müəamma vardı ata Göy, ana Qəmər, yavru Səmənd. Nə isə. Çox dərinə getmədim. Özümü inandırdım ki, Göy yabıdan başqa yabılarla simfoniya çıxarmayıb. Düşündüm yəqin təbiətin hoqqasıdır…

Orta məktəbi bitirib sənədlərimi ali məktəbə verdim. Hisslərim böyümüşdür. Guya dünyaya başqa bucaqdan baxırdım. Rejissor olmaq istəyirdim. Hər iki imtahandan uğurla keçdim. Zəng edib dedim ki – Ata, mən universitetə qəbul olmuşam – atam da qayıdasan ki – a bala, boş-boş danışma, səndə istedad nə gəzir? Gəl qoyununu otar – hələ üstəlik dayılarım mənimlə küsülü qaldı, küsülü qalma səbəbləri isə bu idi ki, mən incə – sənət seçmişəm…

Birinci kursu bitirib kəndə qayıtdım. Səmənd böyümüşdür. Qəmər gözümə dəymədi, qardaşımdan soruşdum ki, bəs Qəmər hanı? Qardaşım dedi ölüb… Bu mənim həyatımda ilk ölüm itkisi idi… Sarsıldım. Of, uf etdim, bir neçə gündən sonra da tətilim bitdi, Bakıya getdim. Yeni sevdalarla yaşayırdım. Amma adamın üstündə Allah var hərdən Qəmər yadıma düşürdü. Düşürdü, amma hərdən…
Teatrlar, tamaşalar, əyləncələr ehtiraslı həyat yaşayırdım. Gözümə yumru eynək taxıb özümü ustadıma oxşadırdım. Gödəkcəmi çiynimə atanda elə bilirdim məndən aşağı kurslar mənə heyrətlə baxır!
İkinci, üçüncü kursu bitirmişdim. Kəndə zəng edib hal-əhval tutmaq istədim. Qardaşım telefonu açanda əvvəl sükut sonra isə dəhşətli ağlaşma səsi eşitdim. Babam ölmüşdü. Duyğularım gecənin zülmətinə dolaşmışdı taksiyə oturub kəndə getmək əvəzinə əmim Qəşəm gilə gedib çıxmışdım. Kəramət ağlayırdı. Əmim isə xəbəri eşitdiyi masanın arxasında donub qalmışdı. Bir anlıq mənə elə gəldi ki, Kəramətlə mən əmimdən daha çox yanırıq onun atasına… Doğrudur, bu düşüncə sərsəmlik idi, biz də əmim qədər yansaydıq ağlamazdıq…

Getdik… Dəfn etdik… Qayıtmadıq… Özümüzü əmimin atasına verib gəldik…

Dördüncü kursu bitirib kəndə getmişdim. Bir az istirahət edib əsgər gedəcəkdim. Səməndin altı aylıq yavrusu vardı. Düzü Səməndin nə hamiləliyindən, nə də altı aylıq yavrusundan xəbərim yox idi. Hər gün Səməndi minib babamın keçdiyi cığırlarda çapırdım, kölgəsində oturduğu ağacların yarpaqları ilə danışırdım. Ucsuz – bucaqsız Tərəkəmə çöllərində babamı axtarırdım. Bakıda korşalmış hisslərimi küləklərə verirdim. Mən babamı axtara – axtara daha bir faciə buldum. Sən demə canavarlar səməndin yavrusunu yeməsin deyə qardaşım Səməndi hər gecə həyətə gətirirmiş. Mən bunu bilmirdim. Gecə evə gələndə Səməndi yavrusu ilə amansız Tərəkəmə çölündə qoyub evə gəldim…
Səhər açılanda anam məni yuxudan oyatdı. Qapının ağzında Səmənd fəryad edirdi, nə atam nə də qardaşım ona yaxın düşə bilmirdi. O, məni axtarırdı. Məni görən kimi düz yanıma gəldi. Gözlərimə elə baxırdı ki… Nəsə anlatmağa çalışırdı, nə baş verdiyini anlamırdım. Yeganə gördüyüm şey yavrusunun yanında olmaması idi. Səməndin yalmanından tutub atıldım belinə. Yola düzəldik. İlk dəfə idi ki, mindiyim at iradəmə tabe olmurdu. Öz ritmi ilə gedirdi, ast – asta, elə bil məni duyğu burulğanına atmaq istəyirdi. Axır ki, gəlib çıxdıq məni gətirmək istədiyi yerə. Canavarlar onun yavrusunu parçalamışdı. Sadəcə təəssüf hissi keçirtdim ta ki o, ana qədər, mən geri dönüb qayıtmaq istəyəndə gözlərim Səməndin gözlərinə sataşdı, o, başını aşağı salıb ağlayırdı… Bu mənzərə dəhşət idi. Belə bir faciə yaşamamışdım.
Ordan uzaqlaşıb babamı axtarmağa davam etdim.
Bu hadisədən illər ötsə də hələ də babamı axtarıram, tapsam ona deyəcəyəm ki:

– Baba, at məndən etibarlı imiş, daha duyğusal, daha romantik, daha sentimental…

 

Qısa URL: http://www.elchi.az/?p=105953



Mariya Zaxarova: “Ermənistan, Rusiya həmişə səninlədir” ...

“Ermənistan, Rusiya həmişə səninlədir”. “Report” Ermənistan KİV-inə istinadən xbər verir ...
23 Apr - 18:55 / Mariya Zaxarova: “Ermənistan, Rusiya həmişə səninlədir” üçün şərhlər bağlıdır / Davamı »

Ermənistanda baş verənlər bu ölkənin daxili işidir – Kreml ...

Kreml Ermənistanda baş verən hadisələrə münasibət bildirib. Elchi.az APA-ya istinadən ...
23 Apr - 18:35 / Ermənistanda baş verənlər bu ölkənin daxili işidir – Kreml üçün şərhlər bağlıdır / Davamı »

Azərbaycan-Rusiya sərhədində aksiz gömrük postu yaradılacaq ...

Yaxın vaxtlarda Azərbaycan-Rusiya sərhədində aksiz gömrük postu yaradılacaq. Elchi.az Trend-ə istinadən ...
23 Apr - 18:15 / Azərbaycan-Rusiya sərhədində aksiz gömrük postu yaradılacaq üçün şərhlər bağlıdır / Davamı »

“Cəmiyyətimiz daha çox bu günlə yaşayır” ...

Qüdrət Həsənquliyev: “İnsanlar yuxarıdan aparılacaq islahatlara ümid edirlər və çox ...
23 Apr - 18:08 / “Cəmiyyətimiz daha çox bu günlə yaşayır” üçün şərhlər bağlıdır / Davamı »

Yeni Baş nazir vəzifəsinin icrasına başlayıb ...

Azərbaycanın yeni Baş naziri Novruz Məmmədov vəzifəsinin icrasına başlayıb. “Report”un xəbərinə görə, ...
23 Apr - 17:54 / Yeni Baş nazir vəzifəsinin icrasına başlayıb üçün şərhlər bağlıdır / Davamı »

Vəzifələrini müvəqqəti icra edənlər – Siyahı ...

Nazirlər Kabinetinin yeni tərkibində yer almayan nazirlik və komitələrə rəhbərliyi ...
23 Apr - 17:34 / Vəzifələrini müvəqqəti icra edənlər – Siyahı üçün şərhlər bağlıdır / Davamı »

Ermənistan prezidenti etirazçıları dialoqa çağırdı ...

Ermənistan prezidenti Armen Sarkisyan ölkədə baş verən situasiya ilə bağlı ...
23 Apr - 17:14 / Ermənistan prezidenti etirazçıları dialoqa çağırdı üçün şərhlər bağlıdır / Davamı »

İlham Əliyev bu şəxslərə fəxri adlar verdi – SİYAHI ...

Prezident İlham Əliyev mədəni irsin qorunması və bərpası sahəsində çalışan ...
23 Apr - 16:53 / İlham Əliyev bu şəxslərə fəxri adlar verdi – SİYAHI üçün şərhlər bağlıdır / Davamı »

Yeni nazir kollektivə təqdim olundu ...

Bu gün Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev yeni ...
23 Apr - 16:33 / Yeni nazir kollektivə təqdim olundu üçün şərhlər bağlıdır / Davamı »

Sarkisyan istefa verdi ...

Ermənistanın baş naziri Serj Sarqsyan istefa verib. Elchi.az xəbər verir ...
23 Apr - 16:27 / Sarkisyan istefa verdi üçün şərhlər bağlıdır / Davamı »

Azərbaycanda “QAZ” markalı avtomobillər yığılacaq ...

Rusiyanın “Qorki Avtomobil Zavodu” (QAZ) ASC ilə “Azərmaş” ASC arasında ...
23 Apr - 16:13 / Azərbaycanda “QAZ” markalı avtomobillər yığılacaq üçün şərhlər bağlıdır / Davamı »

Azərbaycan efirində BƏDBƏXT HADİSƏ – Qaynar su aparıcını yan ...

Xəzər TV-də Ağakərim Şamidzadənin aparıcılığını etdiyi “Nuş olsun” verilişində bədbəxt ...
23 Apr - 15:52 / Azərbaycan efirində BƏDBƏXT HADİSƏ – Qaynar su aparıcını yandırdı – VİDEO üçün şərhlər bağlıdır / Davamı »

Yeni qatarlar istifadəyə verildi ...

Bakıya gətirilən metro qatarları sərnişlərin ixtiyarına verilib. Unikal.org xəbər verir ...
23 Apr - 15:32 / Yeni qatarlar istifadəyə verildi üçün şərhlər bağlıdır / Davamı »

Əli Həsənov: “Qərəzli iddiaları qəbul etmirik” ...

Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov ABŞ Dövlət Departamentinin 2017-ci ...
23 Apr - 15:15 / Əli Həsənov: “Qərəzli iddiaları qəbul etmirik” üçün şərhlər bağlıdır / Davamı »

Nazirlik Bayıldakı sürüşmənin qarşısının alınması üçün TƏKL ...

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) bu ilin iyul-avqust aylarında ...
23 Apr - 15:12 / Nazirlik Bayıldakı sürüşmənin qarşısının alınması üçün TƏKLİFLƏR hazırlayacaq üçün şərhlər bağlıdır / Davamı »

MİDA-ya rəhbərlik Sadiq Sadıqova tapşırılıb ...

Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) direktorunun ...
23 Apr - 14:55 / MİDA-ya rəhbərlik Sadiq Sadıqova tapşırılıb üçün şərhlər bağlıdır / Davamı »

Sabaha gözlənilən hava şəraiti açıqlandı ...

Sabah Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər ...
23 Apr - 14:30 / Sabaha gözlənilən hava şəraiti açıqlandı üçün şərhlər bağlıdır / Davamı »

Ermənistanda tələbələr də etiraz aksiyalarına qoşuldu ...

Ermənistanın ali təhsil müəssisələrinin tələbləri aprelin 23-dən tətil elan edərək ...
23 Apr - 14:10 / Ermənistanda tələbələr də etiraz aksiyalarına qoşuldu üçün şərhlər bağlıdır / Davamı »

Kürdə biogen maddələrin miqdarı normadan dəfələrlə artıqdır ...

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühit üzrə Milli ...
23 Apr - 13:49 / Kürdə biogen maddələrin miqdarı normadan dəfələrlə artıqdır üçün şərhlər bağlıdır / Davamı »

Damla “AA” seriyalı avtomobilindən danışdı ...

Müğənni Damla bir müddət öncə ona hədiyyə edildiyi deyilən avtomobili ...
23 Apr - 13:29 / Damla “AA” seriyalı avtomobilindən danışdı üçün şərhlər bağlıdır / Davamı »

Nazir özünə yeni köməkçi təyin etdi ...

Energetika naziri Pərviz Şahbazov Rauf Zeynalovu özünə yeni köməkçi təyin ...
23 Apr - 13:09 / Nazir özünə yeni köməkçi təyin etdi üçün şərhlər bağlıdır / Davamı »

“Onların yaydığı video növbəti təxribatdır” ...

Azərbaycan Müdafiə Nazirliyi Ermənistan mətbuatında qoşunların təmas xəttinə yaxın ərazilərdə ...
23 Apr - 12:48 / “Onların yaydığı video növbəti təxribatdır” üçün şərhlər bağlıdır / Davamı »

“ASAN Xidmət”ə rəhbərlik ona tapşırıldı – FOTO ...

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə ...
23 Apr - 12:27 / “ASAN Xidmət”ə rəhbərlik ona tapşırıldı – FOTO üçün şərhlər bağlıdır / Davamı »

“Hazırda sədr vəzifəsini Kərəm Həsənov icra edir” – ƏMDK ...

Hazırda Azərbaycanın Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) sədri  vəzifəsini Kərəm ...
23 Apr - 12:08 / “Hazırda sədr vəzifəsini Kərəm Həsənov icra edir” – ƏMDK üçün şərhlər bağlıdır / Davamı »

Bu gündən 17 marşrutun hərəkət sxemi dəyişdirilib ...

 gündən etibarən Bakıda keçirilən “Formula-1 Azərbaycan Qran Pri” yarışları ilə ...
23 Apr - 09:42 / Bu gündən 17 marşrutun hərəkət sxemi dəyişdirilib üçün şərhlər bağlıdır / Davamı »

10-cu sinif şagirdləri üçün sınaq imtahanı keçiriləcək ...

2018-ci il mayın 6-da yeni təhsil proqramları (kurikulumlar) əsasında 10-cu ...
23 Apr - 09:22 / 10-cu sinif şagirdləri üçün sınaq imtahanı keçiriləcək üçün şərhlər bağlıdır / Davamı »

Bu gün keçmiş MTN generallarına hökm oxunacaq ...

Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında ləğv olunmuş Milli ...
23 Apr - 09:00 / Bu gün keçmiş MTN generallarına hökm oxunacaq üçün şərhlər bağlıdır / Davamı »

Azərbaycanda sağlamlıq turizminin inkişafı üçün YENİ ADDIM ...

Yaxın zamanlarda Azərbaycanda 2018-2020-ci illər üçün “Sağlamlıq turizminin inkişafı üzrə ...
20 Apr - 18:55 / Azərbaycanda sağlamlıq turizminin inkişafı üçün YENİ ADDIM üçün şərhlər bağlıdır / Davamı »

Ombudsman vəzifəli şəxslərə və məmurlara irad bildirdi ...

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili bəzi vəzifəli şəxslərə və məmurlara ...
20 Apr - 18:31 / Ombudsman vəzifəli şəxslərə və məmurlara irad bildirdi üçün şərhlər bağlıdır / Davamı »

Bakıda “Formula-1″lə bağlı iki xəstəxana ayrılıb ...

Səhiyyə naziri Oqtay Şirəliyev 27 – 29 apreldə “Formula-1 Azərbaycan ...
20 Apr - 18:11 / Bakıda “Formula-1″lə bağlı iki xəstəxana ayrılıb üçün şərhlər bağlıdır / Davamı »

Azərbaycanda bu şəxslər sponsor ola bilməyəcəklər ...

Bu gün Milli Məclisin (MM) İnsan hüquqları komitəsinin iclası keçirilib. ...
20 Apr - 17:50 / Azərbaycanda bu şəxslər sponsor ola bilməyəcəklər üçün şərhlər bağlıdır / Davamı »

Bələdiyyə sədri cərimələndi ...

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə Şamaxı rayon sakini ...
20 Apr - 17:30 / Bələdiyyə sədri cərimələndi üçün şərhlər bağlıdır / Davamı »

“Azərbaycana silah satışına əsassız məhdudiyyət qoyulub” – M ...

“Bəzi ölkələr tərəfindən Azərbaycana silah satışına əsassız məhdudiyyət qoyulub”. APA-nın ...
20 Apr - 17:10 / “Azərbaycana silah satışına əsassız məhdudiyyət qoyulub” – Müdafiə naziri üçün şərhlər bağlıdır / Davamı »

Eldar Mahmudov məhkəməyə verildi ...

Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov və ləğv edilmiş Milli ...
20 Apr - 17:04 / Eldar Mahmudov məhkəməyə verildi üçün şərhlər bağlıdır / Davamı »

Respublika Narkoloji Mərkəzinin iki əməkdaşı işdən çıxarıldı ...

Respublika Narkoloji Mərkəzinin iki əməkdaşı işdən çıxarılıb. “Report”un əldə etdiyi ...
20 Apr - 16:49 / Respublika Narkoloji Mərkəzinin iki əməkdaşı işdən çıxarıldı üçün şərhlər bağlıdır / Davamı »

Ağsuçayın beton layları uçdu – Rayonda evlər TƏHLÜKƏ ALTINDA ...

Ağsuçayın Ağsu rayonu ərazisindən keçən hissəsində daha bir təhlükə yaranıb. ...
20 Apr - 16:29 / Ağsuçayın beton layları uçdu – Rayonda evlər TƏHLÜKƏ ALTINDA üçün şərhlər bağlıdır / Davamı »

Prezident Əli Həsənovu təltif etdi ...

Prezident İlham Əliyev Əli Həsənovun 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə ...
20 Apr - 16:27 / Prezident Əli Həsənovu təltif etdi üçün şərhlər bağlıdır / Davamı »

Sabah yağış yağacaq, külək əsəcək ...

Şənbə günü Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər ...
20 Apr - 16:09 / Sabah yağış yağacaq, külək əsəcək üçün şərhlər bağlıdır / Davamı »

Erməni lobbisi xarici ölkələrdə Serj Sarqsyana qarşı aksiyalara baş ...

ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində yaşayan erməni icması Serj Sarqsyanın ...
20 Apr - 15:48 / Erməni lobbisi xarici ölkələrdə Serj Sarqsyana qarşı aksiyalara başlayıb üçün şərhlər bağlıdır / Davamı »

Onuncu sinif şagirdinə hökm oxundu ...

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini, 2002-ci il təvəllüdlü ...
20 Apr - 15:28 / Onuncu sinif şagirdinə hökm oxundu üçün şərhlər bağlıdır / Davamı »

TOVUZDA APREL DÖYÜŞLƏRİNİN QAZİSİ ÖZÜNÜ ASDI – İcra Hakimiyy ...

2016-cı ilin aprelində Qarabağda gedən döyüşlərin iştirakçısı, bu döyüşlərdə ağır ...
20 Apr - 15:20 / TOVUZDA APREL DÖYÜŞLƏRİNİN QAZİSİ ÖZÜNÜ ASDI – İcra Hakimiyyətindən açıqlama + FOTOLAR üçün şərhlər bağlıdır / Davamı »

Bir mənzilin bir neçə nəfərə satılması məsələsi parlamentdə mü ...

“Bakıda bəzi tikinti şirkətləri tərəfindən istifadəyə verilən və ya tikilməkdə ...
20 Apr - 15:08 / Bir mənzilin bir neçə nəfərə satılması məsələsi parlamentdə müzakirə olunacaq üçün şərhlər bağlıdır / Davamı »

Bakıda 6 yaşlı uşaq tapıldı: “Bədənində zorakılıq əlamətlər ...

Bakıda bədənində zorakılıq əlamətləri olan uşaq tapılıb. Bu barədə AzNews.az-a Azərbaycan ...
20 Apr - 14:47 / Bakıda 6 yaşlı uşaq tapıldı: “Bədənində zorakılıq əlamətləri var” üçün şərhlər bağlıdır / Davamı »

Məktəbli qızın intiharının təfərrüatı – Əmisi oğlu ilə&# ...

Dünən Cəlilabad rayonun Bayxanlı kəndində 16 yaşlı məktəbli qızın intihar ...
20 Apr - 14:27 / Məktəbli qızın intiharının təfərrüatı – Əmisi oğlu ilə… üçün şərhlər bağlıdır / Davamı »

“Məhkəməyə verəcəm” – Amaliya Pənahova qalmaqallı ...

Xalq artisti Amaliya Pənahova ötən gün müzakirələrə səbəb olan qalmaqallı ...
20 Apr - 14:07 / “Məhkəməyə verəcəm” – Amaliya Pənahova qalmaqallı fotosundan danışdı üçün şərhlər bağlıdır / Davamı »

Azərbaycanlı iş adamının hesabına səhvən 128 milyon köçürdülər ...

Almaniyada yaşayan azərbaycanlı iş adamının bank hesabına yanlışlıqla 128 milyon ...
20 Apr - 13:46 / Azərbaycanlı iş adamının hesabına səhvən 128 milyon köçürdülər – O isə… üçün şərhlər bağlıdır / Davamı »

Həcc ziyarətinə getmək üçün 800 nəfər sənəd verdi ...

Bu il Azərbaycandan Həcc ziyarətinə getmək istəyən 800 nəfər Qafqaz Müsəlmanları ...
20 Apr - 13:26 / Həcc ziyarətinə getmək üçün 800 nəfər sənəd verdi üçün şərhlər bağlıdır / Davamı »

Dolları bahalaşdıran ehtimal ...

Bugünkü ticarət sessiyasında dolların məzənnəsi digər əsas dünya valyutalarına qarşı ...
20 Apr - 13:06 / Dolları bahalaşdıran ehtimal üçün şərhlər bağlıdır / Davamı »

DİM bakalavrlara müraciət etdi ...

Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanının birinci mərhələsində 50 ...
20 Apr - 12:45 / DİM bakalavrlara müraciət etdi üçün şərhlər bağlıdır / Davamı »

Yerevanda yolların bir hissəsi bağlandı daha 16 etirazçı tutuldu ...

Ermənistan polisi aprelin 20-də səhər saatlarında paytaxt Yerevanda etiraz aksiyasında ...
20 Apr - 12:25 / Yerevanda yolların bir hissəsi bağlandı daha 16 etirazçı tutuldu üçün şərhlər bağlıdır / Davamı »
“Google Analytics” Göstəriciləri
generated by GADWP 

Redaktor: ƏLİ HƏZİQULİYEV


Telefon: (012) 510 8 317
Mobil: 050 205 10 99  
055-205 10 99  

Email: [email protected]
Giriş | Hazırladı "Qurdqanlı Design"