Fazil Məmmədovun deputatı anasını dəlixanaya saldırmaq istəyir – biabırçı əmlak davası

16 Aprel 2018 - 10:15

Milli Məclisin üzvü Sona Əliyeva doğmalarının gününü göy əskiyə büküb; Bəsirə Əliyeva: “Qızım mandatından istifadə edərək, biznesimizi iflic duruma salıb…”

Şəmkir kənd seçki dairəsindən deputat olan Sona Əliyevanın anası Bəsirə Əliyevanın gözü yaşlı qalıb. Yaşlı qadını ağlar qoyan isə özgəsi deyil, elə özünün qızı, deputat Sona Əliyevadır.  Bu ilin fevralında mətbuatda deputatın ailəsində baş verən əmlak davası haqda materiallar dərc olunub. Həmin materialların dərcindən sonra deputat Sona Əliyeva anasına, qardaşlarına qarşı atdığı qanunsuz addımlardan geri çəkilib, yaxınları sakitləşdirə, mətbuatdan gen gəzmələrinə nail ola bilmişdi.

Bunun müqabilində atası Sakit Əliyevin ölümündən 2 gün əvvəl anasından aldatma yolu ilə alınan etibarnamənin məhkəmə qaydasında ləğv edilməsinə mane olmayıb. İndi isə tamamilə əks proses gedir. Deputat yenidən anasına və qardaşlarına qarşı hərəkətə keçib, ailənin yeganə gəlir mənbəyi olan atasından qalma biznesi iflic duruma salıb, əvvəlki iddialarını irəli sürüb. Bu haqda “Yeni Müsavat”a geniş açıqlama verən deputat Sona Əliyevanın anası Bəsirə Əliyeva deyib ki, aylardır şirkətlərinin hesabına köçürülən pulları ala bilmirlər: “Qızım deputat mandatından, əlaqələrindən istifadə edərək bizim işimizi iflic duruma salıb. Hara gediriksə, kimə müraciət ediriksə, deyirlər ki, Sona deməsə, icazə verməsə biz heç bir sənəd işini görən deyilik. Dərdimizi kimə deyək, bilmirik”.

IMG_20180414_113953.jpg (192 KB)

Ananın sözlərinə görə, qızı onu dəlixanaya saldıracağı ilə hədələyir: “Qardaşlarını da işdən çıxartdırmaqla, həbslə hədələyir. İstəyi odur ki, yoldaşımdan qalan əmlaka dair paylarımızdan onun xeyrinə imtina edək. Məni həyat yoldaşımın sağlıq durumu ağır olan gün – 2017-ci il dekabrın 12-də Şəmkirdəki evimizdən aldadıb Gəncədəki ASAN xidmət mərkəzinə apardı. Dedi ki, onsuz da atam öləcək, əmlakını adına keçirirəm. Mən də 10 sinif bitirmiş qadınam, nə bilim ki, yoldaşım dünyasını dəyişəndən sonra onun adına olan əmlak avtomatik adıma keçəcəkdi. Bilməzliyimdən istifadə etdi, mənim də, həyat yoldaşımın da payını öz adına keçirdi”.

Sona Əliyeva ile ilgili görsel sonucu

Deputat Sona Əliyeva

B.Əliyevanın iş üzrə redaksiyamıza təqdim etdiyi sənədlərin arasında Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin qətnaməsi də var. Məhkəmə sənədlərinə nəzər saldıqda, Sona Əliyevanın atası Sakit Əliyev ölüm ayağında olanda onun əmlakını mənimsəmək üçün hərəkətə keçdiyi aydın olur. Hakim Yaşar Həşimovun sədrliyi ilə bu il fevralın 19-da çıxarılan qətnamə üzrə iddiaçı deputatın anası Bəsirə  Əliyeva, cavabdeh isə qızı Sona Əliyeva olub. B.Əliyeva qızına və Gəncə “ASAN xidmət” mərkəzinin notariat kontoruna qarşı qaldırdığı iddiada bağışlama müqaviləsinin etibarsız hesab olunmasını tələb edib. Məhkəmə araşdırmasında məlum olub ki, deputatın atası dünyasını dəyişməzdən 2 gün əvvəl, 2017-ci il 12 dekabrda deputat anasını Gəncə ASAN Xidmət mərkəzinə aparıb. Xidmətin notariat kontorunda atasının 1994-cü ildə qurduğu “Murovdağ” kiçik müəssisəsinin nizamnamə kapitalında olan paylar barəsində bağlışlama müqaviləsi bağlanıb. Həmin müqaviləyə görə şirkətin 75 faizi deputatın adına rəsmiləşib.

IMG_20180414_104635.jpg (1.69 MB)

Məhkəmə qətnaməsində yazılır: “İddiaçı Bəsirə Əliyeva iddiasını onunla əsaslandırmışdır ki, AR Ədliyyə Nazirliyi tərəfindən 20.10.1994-cü il tarixli 17877 dövlət qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmış ”Murovdağ” kiçik müəssisəsinin təsisçiləri o, oğlu Adil Sakit oğlu Əliyev, mərhum əri Sakit Səttar oğlu Əliyev və cavabdeh qızı Sona Sakit qızı Əliyeva olub. Əri Sakit Əliyev 2017-ci ilin sonlarında ağır xəstəliyə tutulub, 10 dekabr 2017-ci ildə komaya düşüb. Həkimlər onun ömrünün sonuna bir neçə gün qaldığını bildirib və 2 gün sonra əri vəfat edib. Ərinə diaqnoz qoyulduğu gündən o, demək olar ki, ağır psixoloji durumda olub. Ərinin ömrünün son günlərində bütün qohum-əqrəbaları onların evinə əri ilə vidalaşmağa gəliblər. 12.12.2017-ci il tarixdə axşamüstü, yəni saat 16:30 radələrində qızı Sona Əliyeva onu evdə bir kənara çəkərək “nə durmusan, ərin bu gün – sabah öləcək, onun bütün əmlakını isə oğlanların adlarına keçirəcək, gəl tez gedək notariat kontoruna onun bütün əmlakını sənin adına keçirək” deyib.

O, etiraz etmək istəsə də, Sona Əliyeva onun sözlərinə məhəl qoymayıb, ona “sonra gec olacaq, ərinin bütün əmlakı əlindən çıxacaq, oğlanların hamısına yiyələnəcək” və bu kimi sözlər deyərək onu evdən çıxarmağa nail olub…

Məhkəmə qətnaməsindən aydın olur ki, Bəsirə Əliyeva həyat yoldaşı vəfat edəndən sonra notariat kontorunda ona hansı sənədin imzalatdırılması ilə maraqlanıb. Öyrənib ki, əmlak onun adına deyil, qızı S.Əliyevanın adına keçirilib. Üstəlik özünün payı da əldən gedib.

Qətnamədən sitat:  “Sonradan notariat kontoruna müraciət edib notariat işi ilə tanış olarkən ona məlum olub ki, qızı Sona Əliyeva öz adına verilmiş etibarnamə ilə səlahiyyətləri ona verməyib, öz payını və ərinin payını ona bağışlayıb. Həqiqətdə isə ona yalnız adına verilmiş etibarnamə göstərilmiş və o, əmlakın ona verilməsini zənn edərək sənədlərə imza atmışdır. Ona izah olunmamışdır ki,  əslində o, öz payını və ərinin payını qızı Sona Əliyevaya bağışlayır. Əslində onun və mərhum ərinin heç vaxt belə bir fikirləri olmayıb. Əgər ərinin sağlığında belə bir fikri olsaydı qızı Sona Əliyevaya etibarnamə ilə elə birbaşa öz adından bağışlama müqaviləsi bağlayardı. Göründüyü kimi cavabdeh Sona Əliyeva onun düşdüyü durumdan və ərinin ölməsindən istifadə edib onu aldadaraq notariat kontoruna aparmış və nizamnamədəki paylarını öz adına keçirib. Odur ki, göstərilənləri nəzərə alaraq, Gəncə ASAN Xidmət mərkəzinin notariat kontorunda ”Murovdağ” kiçik müəssisəsindəki  nizamnamə kapitalında olan paylar barəsində bağlanmış 12 dekabr 2017-ci bağışlanma müqaviləsinin etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş edib”.

IMG_20180414_114151.jpg (169 KB)

Deputat S.Əliyeva məhkəmədə iştirak etməyib. O, məhkəməyə notarial qaydada təsdiqlənmiş ərizə ünvanlayıb. Deputat xanım anasının ona qarşı qaldırdığı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiasını etiraf edib.

Məhkəmə qətnaməsindən sitat: “Cavabdeh Sona Əliyevanın notarial qaydada təsdiqlənmiş ərizəsindən görünür ki, o, iddiaçı Bəsirə Əliyevanın ona qarşı qaldırdığı bağışlama müqaviləsinin etibarsız hesab olunması tələbinə dair iddiasını etiraf edir. Gəncə ASAN xidmət mərkəzinin notariat kontorunda 12.12.2017-ci il tarixdə bağlanmış nizamnamə kapitalının bağışlama müqaviləsinin ləğv olunmasına heç bir etirazı yoxdur və bu payların ilkin vəziyyətə qaytarılmasını xahiş edib. Bəsirə Əliyeva ilə Sona Əliyeva arasında Gəncə ASAN Xidmət mərkəzinin notariat kontorunda bağlanmış ”Murovdağ” kiçik müəssisəsinin nizamnamə kapitalındakı payların bağışlanması haqda 12.12.2017-ci il tarixli müqavilə etibarsız hesab olunub və nizamnamə kapitalındakı paylar əvvəlki vəziyyətinə qaytarılıb”.

Deputat S.Əliyeva qətnamədən şikayət verməyib. Amma hazırda da ailə müəssisələrinin işləməsinə imkan vermir. Anası bildirir ki, qızının hərəkətləri onun sağlıq durumuna çox ağır təsir edir.

Qısa URL: http://www.elchi.az/?p=105987



Mariya Zaxarova: “Ermənistan, Rusiya həmişə səninlədir” ...

“Ermənistan, Rusiya həmişə səninlədir”. “Report” Ermənistan KİV-inə istinadən xbər verir ...
23 Apr - 18:55 / Mariya Zaxarova: “Ermənistan, Rusiya həmişə səninlədir” üçün şərhlər bağlıdır / Davamı »

Ermənistanda baş verənlər bu ölkənin daxili işidir – Kreml ...

Kreml Ermənistanda baş verən hadisələrə münasibət bildirib. Elchi.az APA-ya istinadən ...
23 Apr - 18:35 / Ermənistanda baş verənlər bu ölkənin daxili işidir – Kreml üçün şərhlər bağlıdır / Davamı »

Azərbaycan-Rusiya sərhədində aksiz gömrük postu yaradılacaq ...

Yaxın vaxtlarda Azərbaycan-Rusiya sərhədində aksiz gömrük postu yaradılacaq. Elchi.az Trend-ə istinadən ...
23 Apr - 18:15 / Azərbaycan-Rusiya sərhədində aksiz gömrük postu yaradılacaq üçün şərhlər bağlıdır / Davamı »

“Cəmiyyətimiz daha çox bu günlə yaşayır” ...

Qüdrət Həsənquliyev: “İnsanlar yuxarıdan aparılacaq islahatlara ümid edirlər və çox ...
23 Apr - 18:08 / “Cəmiyyətimiz daha çox bu günlə yaşayır” üçün şərhlər bağlıdır / Davamı »

Yeni Baş nazir vəzifəsinin icrasına başlayıb ...

Azərbaycanın yeni Baş naziri Novruz Məmmədov vəzifəsinin icrasına başlayıb. “Report”un xəbərinə görə, ...
23 Apr - 17:54 / Yeni Baş nazir vəzifəsinin icrasına başlayıb üçün şərhlər bağlıdır / Davamı »

Vəzifələrini müvəqqəti icra edənlər – Siyahı ...

Nazirlər Kabinetinin yeni tərkibində yer almayan nazirlik və komitələrə rəhbərliyi ...
23 Apr - 17:34 / Vəzifələrini müvəqqəti icra edənlər – Siyahı üçün şərhlər bağlıdır / Davamı »

Ermənistan prezidenti etirazçıları dialoqa çağırdı ...

Ermənistan prezidenti Armen Sarkisyan ölkədə baş verən situasiya ilə bağlı ...
23 Apr - 17:14 / Ermənistan prezidenti etirazçıları dialoqa çağırdı üçün şərhlər bağlıdır / Davamı »

İlham Əliyev bu şəxslərə fəxri adlar verdi – SİYAHI ...

Prezident İlham Əliyev mədəni irsin qorunması və bərpası sahəsində çalışan ...
23 Apr - 16:53 / İlham Əliyev bu şəxslərə fəxri adlar verdi – SİYAHI üçün şərhlər bağlıdır / Davamı »

Yeni nazir kollektivə təqdim olundu ...

Bu gün Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev yeni ...
23 Apr - 16:33 / Yeni nazir kollektivə təqdim olundu üçün şərhlər bağlıdır / Davamı »

Sarkisyan istefa verdi ...

Ermənistanın baş naziri Serj Sarqsyan istefa verib. Elchi.az xəbər verir ...
23 Apr - 16:27 / Sarkisyan istefa verdi üçün şərhlər bağlıdır / Davamı »

Azərbaycanda “QAZ” markalı avtomobillər yığılacaq ...

Rusiyanın “Qorki Avtomobil Zavodu” (QAZ) ASC ilə “Azərmaş” ASC arasında ...
23 Apr - 16:13 / Azərbaycanda “QAZ” markalı avtomobillər yığılacaq üçün şərhlər bağlıdır / Davamı »

Azərbaycan efirində BƏDBƏXT HADİSƏ – Qaynar su aparıcını yan ...

Xəzər TV-də Ağakərim Şamidzadənin aparıcılığını etdiyi “Nuş olsun” verilişində bədbəxt ...
23 Apr - 15:52 / Azərbaycan efirində BƏDBƏXT HADİSƏ – Qaynar su aparıcını yandırdı – VİDEO üçün şərhlər bağlıdır / Davamı »

Yeni qatarlar istifadəyə verildi ...

Bakıya gətirilən metro qatarları sərnişlərin ixtiyarına verilib. Unikal.org xəbər verir ...
23 Apr - 15:32 / Yeni qatarlar istifadəyə verildi üçün şərhlər bağlıdır / Davamı »

Əli Həsənov: “Qərəzli iddiaları qəbul etmirik” ...

Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov ABŞ Dövlət Departamentinin 2017-ci ...
23 Apr - 15:15 / Əli Həsənov: “Qərəzli iddiaları qəbul etmirik” üçün şərhlər bağlıdır / Davamı »

Nazirlik Bayıldakı sürüşmənin qarşısının alınması üçün TƏKL ...

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) bu ilin iyul-avqust aylarında ...
23 Apr - 15:12 / Nazirlik Bayıldakı sürüşmənin qarşısının alınması üçün TƏKLİFLƏR hazırlayacaq üçün şərhlər bağlıdır / Davamı »

MİDA-ya rəhbərlik Sadiq Sadıqova tapşırılıb ...

Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) direktorunun ...
23 Apr - 14:55 / MİDA-ya rəhbərlik Sadiq Sadıqova tapşırılıb üçün şərhlər bağlıdır / Davamı »

Sabaha gözlənilən hava şəraiti açıqlandı ...

Sabah Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər ...
23 Apr - 14:30 / Sabaha gözlənilən hava şəraiti açıqlandı üçün şərhlər bağlıdır / Davamı »

Ermənistanda tələbələr də etiraz aksiyalarına qoşuldu ...

Ermənistanın ali təhsil müəssisələrinin tələbləri aprelin 23-dən tətil elan edərək ...
23 Apr - 14:10 / Ermənistanda tələbələr də etiraz aksiyalarına qoşuldu üçün şərhlər bağlıdır / Davamı »

Kürdə biogen maddələrin miqdarı normadan dəfələrlə artıqdır ...

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühit üzrə Milli ...
23 Apr - 13:49 / Kürdə biogen maddələrin miqdarı normadan dəfələrlə artıqdır üçün şərhlər bağlıdır / Davamı »

Damla “AA” seriyalı avtomobilindən danışdı ...

Müğənni Damla bir müddət öncə ona hədiyyə edildiyi deyilən avtomobili ...
23 Apr - 13:29 / Damla “AA” seriyalı avtomobilindən danışdı üçün şərhlər bağlıdır / Davamı »

Nazir özünə yeni köməkçi təyin etdi ...

Energetika naziri Pərviz Şahbazov Rauf Zeynalovu özünə yeni köməkçi təyin ...
23 Apr - 13:09 / Nazir özünə yeni köməkçi təyin etdi üçün şərhlər bağlıdır / Davamı »

“Onların yaydığı video növbəti təxribatdır” ...

Azərbaycan Müdafiə Nazirliyi Ermənistan mətbuatında qoşunların təmas xəttinə yaxın ərazilərdə ...
23 Apr - 12:48 / “Onların yaydığı video növbəti təxribatdır” üçün şərhlər bağlıdır / Davamı »

“ASAN Xidmət”ə rəhbərlik ona tapşırıldı – FOTO ...

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə ...
23 Apr - 12:27 / “ASAN Xidmət”ə rəhbərlik ona tapşırıldı – FOTO üçün şərhlər bağlıdır / Davamı »

“Hazırda sədr vəzifəsini Kərəm Həsənov icra edir” – ƏMDK ...

Hazırda Azərbaycanın Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) sədri  vəzifəsini Kərəm ...
23 Apr - 12:08 / “Hazırda sədr vəzifəsini Kərəm Həsənov icra edir” – ƏMDK üçün şərhlər bağlıdır / Davamı »

Bu gündən 17 marşrutun hərəkət sxemi dəyişdirilib ...

 gündən etibarən Bakıda keçirilən “Formula-1 Azərbaycan Qran Pri” yarışları ilə ...
23 Apr - 09:42 / Bu gündən 17 marşrutun hərəkət sxemi dəyişdirilib üçün şərhlər bağlıdır / Davamı »

10-cu sinif şagirdləri üçün sınaq imtahanı keçiriləcək ...

2018-ci il mayın 6-da yeni təhsil proqramları (kurikulumlar) əsasında 10-cu ...
23 Apr - 09:22 / 10-cu sinif şagirdləri üçün sınaq imtahanı keçiriləcək üçün şərhlər bağlıdır / Davamı »

Bu gün keçmiş MTN generallarına hökm oxunacaq ...

Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında ləğv olunmuş Milli ...
23 Apr - 09:00 / Bu gün keçmiş MTN generallarına hökm oxunacaq üçün şərhlər bağlıdır / Davamı »

Azərbaycanda sağlamlıq turizminin inkişafı üçün YENİ ADDIM ...

Yaxın zamanlarda Azərbaycanda 2018-2020-ci illər üçün “Sağlamlıq turizminin inkişafı üzrə ...
20 Apr - 18:55 / Azərbaycanda sağlamlıq turizminin inkişafı üçün YENİ ADDIM üçün şərhlər bağlıdır / Davamı »

Ombudsman vəzifəli şəxslərə və məmurlara irad bildirdi ...

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili bəzi vəzifəli şəxslərə və məmurlara ...
20 Apr - 18:31 / Ombudsman vəzifəli şəxslərə və məmurlara irad bildirdi üçün şərhlər bağlıdır / Davamı »

Bakıda “Formula-1″lə bağlı iki xəstəxana ayrılıb ...

Səhiyyə naziri Oqtay Şirəliyev 27 – 29 apreldə “Formula-1 Azərbaycan ...
20 Apr - 18:11 / Bakıda “Formula-1″lə bağlı iki xəstəxana ayrılıb üçün şərhlər bağlıdır / Davamı »

Azərbaycanda bu şəxslər sponsor ola bilməyəcəklər ...

Bu gün Milli Məclisin (MM) İnsan hüquqları komitəsinin iclası keçirilib. ...
20 Apr - 17:50 / Azərbaycanda bu şəxslər sponsor ola bilməyəcəklər üçün şərhlər bağlıdır / Davamı »

Bələdiyyə sədri cərimələndi ...

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə Şamaxı rayon sakini ...
20 Apr - 17:30 / Bələdiyyə sədri cərimələndi üçün şərhlər bağlıdır / Davamı »

“Azərbaycana silah satışına əsassız məhdudiyyət qoyulub” – M ...

“Bəzi ölkələr tərəfindən Azərbaycana silah satışına əsassız məhdudiyyət qoyulub”. APA-nın ...
20 Apr - 17:10 / “Azərbaycana silah satışına əsassız məhdudiyyət qoyulub” – Müdafiə naziri üçün şərhlər bağlıdır / Davamı »

Eldar Mahmudov məhkəməyə verildi ...

Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov və ləğv edilmiş Milli ...
20 Apr - 17:04 / Eldar Mahmudov məhkəməyə verildi üçün şərhlər bağlıdır / Davamı »

Respublika Narkoloji Mərkəzinin iki əməkdaşı işdən çıxarıldı ...

Respublika Narkoloji Mərkəzinin iki əməkdaşı işdən çıxarılıb. “Report”un əldə etdiyi ...
20 Apr - 16:49 / Respublika Narkoloji Mərkəzinin iki əməkdaşı işdən çıxarıldı üçün şərhlər bağlıdır / Davamı »

Ağsuçayın beton layları uçdu – Rayonda evlər TƏHLÜKƏ ALTINDA ...

Ağsuçayın Ağsu rayonu ərazisindən keçən hissəsində daha bir təhlükə yaranıb. ...
20 Apr - 16:29 / Ağsuçayın beton layları uçdu – Rayonda evlər TƏHLÜKƏ ALTINDA üçün şərhlər bağlıdır / Davamı »

Prezident Əli Həsənovu təltif etdi ...

Prezident İlham Əliyev Əli Həsənovun 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə ...
20 Apr - 16:27 / Prezident Əli Həsənovu təltif etdi üçün şərhlər bağlıdır / Davamı »

Sabah yağış yağacaq, külək əsəcək ...

Şənbə günü Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər ...
20 Apr - 16:09 / Sabah yağış yağacaq, külək əsəcək üçün şərhlər bağlıdır / Davamı »

Erməni lobbisi xarici ölkələrdə Serj Sarqsyana qarşı aksiyalara baş ...

ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində yaşayan erməni icması Serj Sarqsyanın ...
20 Apr - 15:48 / Erməni lobbisi xarici ölkələrdə Serj Sarqsyana qarşı aksiyalara başlayıb üçün şərhlər bağlıdır / Davamı »

Onuncu sinif şagirdinə hökm oxundu ...

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini, 2002-ci il təvəllüdlü ...
20 Apr - 15:28 / Onuncu sinif şagirdinə hökm oxundu üçün şərhlər bağlıdır / Davamı »

TOVUZDA APREL DÖYÜŞLƏRİNİN QAZİSİ ÖZÜNÜ ASDI – İcra Hakimiyy ...

2016-cı ilin aprelində Qarabağda gedən döyüşlərin iştirakçısı, bu döyüşlərdə ağır ...
20 Apr - 15:20 / TOVUZDA APREL DÖYÜŞLƏRİNİN QAZİSİ ÖZÜNÜ ASDI – İcra Hakimiyyətindən açıqlama + FOTOLAR üçün şərhlər bağlıdır / Davamı »

Bir mənzilin bir neçə nəfərə satılması məsələsi parlamentdə mü ...

“Bakıda bəzi tikinti şirkətləri tərəfindən istifadəyə verilən və ya tikilməkdə ...
20 Apr - 15:08 / Bir mənzilin bir neçə nəfərə satılması məsələsi parlamentdə müzakirə olunacaq üçün şərhlər bağlıdır / Davamı »

Bakıda 6 yaşlı uşaq tapıldı: “Bədənində zorakılıq əlamətlər ...

Bakıda bədənində zorakılıq əlamətləri olan uşaq tapılıb. Bu barədə AzNews.az-a Azərbaycan ...
20 Apr - 14:47 / Bakıda 6 yaşlı uşaq tapıldı: “Bədənində zorakılıq əlamətləri var” üçün şərhlər bağlıdır / Davamı »

Məktəbli qızın intiharının təfərrüatı – Əmisi oğlu ilə&# ...

Dünən Cəlilabad rayonun Bayxanlı kəndində 16 yaşlı məktəbli qızın intihar ...
20 Apr - 14:27 / Məktəbli qızın intiharının təfərrüatı – Əmisi oğlu ilə… üçün şərhlər bağlıdır / Davamı »

“Məhkəməyə verəcəm” – Amaliya Pənahova qalmaqallı ...

Xalq artisti Amaliya Pənahova ötən gün müzakirələrə səbəb olan qalmaqallı ...
20 Apr - 14:07 / “Məhkəməyə verəcəm” – Amaliya Pənahova qalmaqallı fotosundan danışdı üçün şərhlər bağlıdır / Davamı »

Azərbaycanlı iş adamının hesabına səhvən 128 milyon köçürdülər ...

Almaniyada yaşayan azərbaycanlı iş adamının bank hesabına yanlışlıqla 128 milyon ...
20 Apr - 13:46 / Azərbaycanlı iş adamının hesabına səhvən 128 milyon köçürdülər – O isə… üçün şərhlər bağlıdır / Davamı »

Həcc ziyarətinə getmək üçün 800 nəfər sənəd verdi ...

Bu il Azərbaycandan Həcc ziyarətinə getmək istəyən 800 nəfər Qafqaz Müsəlmanları ...
20 Apr - 13:26 / Həcc ziyarətinə getmək üçün 800 nəfər sənəd verdi üçün şərhlər bağlıdır / Davamı »

Dolları bahalaşdıran ehtimal ...

Bugünkü ticarət sessiyasında dolların məzənnəsi digər əsas dünya valyutalarına qarşı ...
20 Apr - 13:06 / Dolları bahalaşdıran ehtimal üçün şərhlər bağlıdır / Davamı »

DİM bakalavrlara müraciət etdi ...

Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanının birinci mərhələsində 50 ...
20 Apr - 12:45 / DİM bakalavrlara müraciət etdi üçün şərhlər bağlıdır / Davamı »

Yerevanda yolların bir hissəsi bağlandı daha 16 etirazçı tutuldu ...

Ermənistan polisi aprelin 20-də səhər saatlarında paytaxt Yerevanda etiraz aksiyasında ...
20 Apr - 12:25 / Yerevanda yolların bir hissəsi bağlandı daha 16 etirazçı tutuldu üçün şərhlər bağlıdır / Davamı »
“Google Analytics” Göstəriciləri
generated by GADWP 

Redaktor: ƏLİ HƏZİQULİYEV


Telefon: (012) 510 8 317
Mobil: 050 205 10 99  
055-205 10 99  

Email: [email protected]
Giriş | Hazırladı "Qurdqanlı Design"