“Bilməz idim, döngələr var, dönüm var…”

9 Mart 2018 - 08:54
Vaqif Bayramov

Bu yol elə bil ki, məni illərlə ayrı düşdüyüm və həsrətini yaşadığım yurda, el-obaya aparırdı.
Bu yol da Laçın-Sisyan aşırımına bənzəyirdi- dolambac idi. Bəlkə buna görə dolanbac, dolaşıq xatirələrim də qırılmırdı. Bir neçə saatdan sonra “Qaragilə” mahnısındakı kimi, Təbrizin də küçələrini, yollarını dolambadolan gəzəcəyəm, görəcəyəm…
…Yolun sağ-solunda hər nə varsa – dağlar, təpələr, çöllər, kəndlər məndə qəribə bir ovqat-nisgil yaradırdı, bu torpaq haqda kitablardan oxuduğum keşməkeşli tarixdən xəbər verirdi.
…Bu yol məni Təbrizə, həsrət, kədər, ağrı şairi kimi tanıdığım böyük Şəhriyarla görüşə tələsdirirdi.
***
Təbriz deyiləndə Məhəmmədhüseyn Şəhriyarı düşünmüşəm həmişə.
Təbriz deyiləndə bu müdrik şairin “Heydərbabaya salam” poemasını (abidəsini) yada salmışam.
…İndi bir neçə saatdan sonra uzun illər ürəyimdə gəzdirdiyim, amma son dövrlər fürsət yaranmasına baxmayaraq, hansı səbəbdənsə gerçəkləşməyən arzuma- Təbrizə çatacam, bu şəhərdə əbədiyyətə qovuşan Şəhriyarın ruhuna salam verəcəyəm.
***
…Hər dəfə “Heydərbabaya salam”ı oxuyanda, musiqisini dinləyəndə “ildırımlar şaxan, sellər, sular şaqqıldayıb axan, qızlar ona səf bağlayıb baxan”, “kəhliklər uçan, kol dibindən dovşan qalxıb qaçan, baxçaların çiçəklənib açan”, “bayram yeli çardaxları yıxan, novruz gülü, qar çiçəyi çıxan, ağ buludlar köynəklərin sıxan” çağları xatırlayıram.
Hər dəfə “Heydərbabaya salam”ı oxuyanda, musiqisini dinləyəndə bəxtəvər günlərimi xəyalən yaşayıram. “Qarı nənənin gecələr nağıl dediyi, külək qalxıb qap-bacanı döydüyü, qurd keçinin şəngülüsünü yediyi” zamanlar göz önünə gəlir. Qəlbimdə təzədən “qayıdıb bir də uşaq olmaq, bir gül açıb ondan sora solmaq” istəyi göyərir.
Hər dəfə “Heydərbabaya salam”ı oxuyanda, musiqisini dinləyəndə fikirləşirəm ki, görəsən “ağac minib, at gəzdirən günlərim”ə, Zəngəzur, Salvartı dağlarına bir də yolum düşəcəkmi?!. Görəsən o yerlərin “üzü gülən, bulaqları ağlayan” mövsümünü bir daha yaşaya biləcəyəmmi?!. Görəsən “qəzöv-qədər, ölüm-itim” olan, Süleymandan, Nuhdan qalan, oğul doğan, dərdə salan, hər kimsəyə hər nə verib alan, Əflatundan bir quru ad qalan”, “yalan olan” bu dünyada günahım, suçum nəydi ki, o dağlardan “yolum gəc oldu”, “ömrüm keçdi, gələmmədim, gec oldu, heç bilmədim gözəlləri nec oldu?”. Ağlıma gətirməzdim, “bilməz idim döngələr var, dönüm var, itginlik var, ayrılıq var, ölüm var”… Düşünürəm ki, kaş o möcüzəli məkana İlahi bir köç salaydı və o köçün “uşaqları bir dəstə gül bağlayıb yellə bu yana” göndərəydilər. Onda “bəlkə mənim yatmış bəxtim oyanaydı”.
Hər dəfə “Heydərbabaya salam”ı oxuyanda, musiqisini dinləyəndə ustad Şəhriyarın əzablarını dönə-dönə bölüşürəm, dünyasına tamaşa edib doğrudan da dünyanın “qəzöv-qədər, ölüm-itim, oğulsuz, yetim” olması qənaətinə dönə-dönə gəlirəm.
Heydərbaba, göylər bütün dumandı,
Günlərimiz bir-birindən yamandı,
Bir-birizdən ayrılmayın, amandı,
Yaxşılığı əlimizdən alıblar,
Yaxşı bizi yaman günə salıblar!
Bir uçaydım bu çırpınan yelinən,
Bağlaşaydım dağdan aşan selinən,
Ağlaşaydım uzaq düşən elinən,
Bir görəydim ayrılığı kim saldı?
Ölkəmizdə kim qırıldı, kim qaldı?…
***
Evdən çıxanda telefonumun maqnitofonuna Rübabə Muradovanın üç oxusunu- “Qaragilə”, “Heydərbabaya salam” və “Yumul, bənövşəm, yumul”u köçürmüşdüm… Maşının pəncərəsindən ətrafı seyr edə-edə xanım müğənninin yanıqlı səsi məni bayaq dediyim o dolanbac, dolaşıq xatirələrimin fonunda ötənlərə aparırdı. O səs məni ötənlərdən yuxularımda, xəyallarımda qonaq olduğum, gəzdiyim Təbrizə tələsdirirdi. “Təbrizin küçələri dolanbadolan, Qaragilə, dolanbadolan, Sən ki, məni sevmədin, Get ayrı dolan, Qaragilə, get, ayrı dolan”- ah-amanı pak, munis bir sevgi dastanına çevrilən qədim şəhəri- o müqəddəs torpağı görmək istəyimi alovlandırırdı. “Heydər babaya salam”ı- müğənninin kədərli oxusu (səsi, naləsi) ürəyimi parçalayırdı…

…Heydər baba, yolum səndən kəc oldu,
Ömrüm keçdi, gələmmədim, gec oldu.
Heç bilmədim, gözəllərin nec oldu,
Bilməz idim, döngələr var, dönüm var.
İtkinlik var, ayrılıq var, ölüm var.

Bu əzabı az sonra elə bu torpaqdaca dünyasını dəyişən Nüsrət Kəsəmənlinin şeirinə bəstələnən mahnıdan qopan fəryad daha da qatılaşdırırdı. Əfsanəvi səs-söz haqsız, insafsız Allah bəndəsinin dünyanın nizam-tərəzisini pozmasını bənövşə taleyində göz önünə gətirirdi:

…Çəmənlərə iz düşür,
Bir deyil ki, yüz düşür.
Niyə sənin payızın
Hər çiçəkdən tez düşür;
Yumul, bənövşəm, yumul.

…Yum gözünü, çən görmə,
Vaxtsız gələn qəm görmə,
Dünya yaman qarışıb,
Mən görəni sən görmə;
Yumul, bənövşəm, yumul!…
***
… Xoş bir təsadüfdən Şəhriyarın oğlu Hadi Behcət Təbriziylə şairin ev muzeyində görüşürük.Bakıdan gəldiyimizi deyirik. Mehribanlıq göstərir. Birgə şəkil çəkdiririk… Üzdə sakit, həlim görünməsiylə yanaşı, daxilən zəngin, eyni zamanda, təvazökar olması da diqqət çəkir. Danışığından başa düşürəm ki, atasının poeziyasına, zəngin yaradıcılığına dərindən bələddir. Səbrlə, təmkinlə ustad yaradıcılığının ürfani-fəlsəfi qatlarına enir…
Hadi bəyə ilk sualım atasını necə xatırlaması ilə bağlı oldu.
-Atam olduğu üçün demirəm, bütün Şəhriyarsevərlər fikrimi təsdiq edə bilərlər: Ustad qeyri-adi insan olduğu kimi, qeyri-adi də şairiydi. Cəmiyyətdə sevilirdi, hörmət bəslənilirdi. Bu gün də o məhəbbət sönməyib, öləziməyib, daha da güclənib…

-Fotolarında, rəsmlərində simasından yaşadığı kədər, qəm-qüssə açıq-aydın sezilir.

-Sevgisinə-Sürəyyasına qovuşa bilməmişdi, istəkli dostlarını vaxtsız itirmişdi… Bütün bunlar onu tənhalaşdırmışdı, təkləmişdi, dərdini artırmışdı, nisgil burulğanına salmışdı. Bəli, dediyiniz kimi, bu, üz cizgilərinə, gözlərinə, yerişinə, duruşuna, danışığına sirayət etmişdi.

-İlk məhəbbəti haqda da çox danışılıb, yazılıb.

-Sevgisi barədə heç vaxt heç yerdə dilinə söz gətirməzdi. Bir dəfə çox yaxın bir dostuna, tədqiqatçısı Əbülfəz Əli Məhəmmədiyə deyibmiş ki, Sürəyya olmasaydı, bəlkə də elə Seyid Məhəmmədhüseyn Behcət Təbrizi kimi, bir tibb alimi, doktoru kimi tanınacaqdım. Amma Sürəyyanın nakam eşqi, ayrılığı məni Şəhriyar edib.

– Bakıdan bu müqəddəs məkana gəlib-gedən varmı?

Çox, lap çox…

– Bakıya bir sözünüz varmı?

– Sülh, əmin-amanlıq diləyirəm. Yurd-yuva həsrətlilərinə həsrətlərinə qovuşmağı arzulayıram…

Qısa URL: http://www.elchi.az/?p=103410



Sabiq nazir casusluğa görə həbs olundu ...

  İsrail Knessetinin keçmiş deputatı və keçmiş energetika və infrastruktur ...
18 İyn - 19:17 / Sabiq nazir casusluğa görə həbs olundu üçün şərhlər bağlıdır / Davamı »

Sabah Bakıda hava yağmursuz olacaq ...

Azərbaycanda iyunun 19-na olan hava proqnozu açıqlanıb. Ekologiya və Təbii ...
18 İyn - 18:29 / Sabah Bakıda hava yağmursuz olacaq üçün şərhlər bağlıdır / Davamı »

Bakıda ombudsmanların konfransı keçiriləcək ...

Oxşar ...
18 İyn - 18:24 / Bakıda ombudsmanların konfransı keçiriləcək üçün şərhlər bağlıdır / Davamı »

Azərbaycanda yeni ödəniş sistemi işə salınır ...

Azərbaycanda yeni ödəniş sistemi – Paymanat (paymanat.az) işə salınır. Bu ...
18 İyn - 18:19 / Azərbaycanda yeni ödəniş sistemi işə salınır üçün şərhlər bağlıdır / Davamı »

Dənizdə boğularaq ölən 51 yaşlı kişinin meyiti tapılıb ...

Xəzər dənizində boğularaq ölən şəxsin meyiti ailəsinə təhvil verilib. Elchi.az ...
18 İyn - 11:43 / Dənizdə boğularaq ölən 51 yaşlı kişinin meyiti tapılıb üçün şərhlər bağlıdır / Davamı »

Bərdədə 1 tondan çox çətənə kolu aşkar edilib ...

 Bərdə rayonunda narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs ...
18 İyn - 11:39 / Bərdədə 1 tondan çox çətənə kolu aşkar edilib üçün şərhlər bağlıdır / Davamı »

“…nicatımız, arzumuz var- Böyük və Qüdrətli Türkiyə” – Zey ...

Azərbaycanın milli azadlıq hərəkatının aparıcı fiqurlarında olan, Dəmir Yolları tətillərinin ...
17 İyn - 07:55 / “…nicatımız, arzumuz var- Böyük və Qüdrətli Türkiyə” – Zeynal Məmmədov MÖVQE üçün şərhlər bağlıdır / Davamı »

Qızılgülün tikanı və ya Əbülfəz Elçibəyə məktub ...

  *** Salam Əbülfəz bəy. Mənəm, o “tikanlı qız”. Zamanında Sizə hüsn-rəğbətimi, ...
16 İyn - 13:40 / Qızılgülün tikanı və ya Əbülfəz Elçibəyə məktub üçün şərhlər bağlıdır / Davamı »

İş yoldaşından silah oğurladı, küçənin ortasında arvadını güll ...

Rusiyanın Novokuznesk şəhərində dəhşətli hadisə baş verib. Milli.Az xəbər verir ...
15 İyn - 18:55 / İş yoldaşından silah oğurladı, küçənin ortasında arvadını güllələdi – FOTO üçün şərhlər bağlıdır / Davamı »

Tütün məmulatları tullantılarının ətraf mühitə atılması qadağa ...

Nazirlər Kabineti “Tütün məmulatları tullantılarının utilizasiyası Qaydası” təsdiqləyib. Elchi.az-ın məlumatına ...
15 İyn - 18:25 / Tütün məmulatları tullantılarının ətraf mühitə atılması qadağan olundu üçün şərhlər bağlıdır / Davamı »

Qubada bir neçə gün öncə bıçaqlanan şəxs xəstəxanada öldü ...

Quba rayonunda bir neçə gün öncə bıçaqlanan şəxs xəstəxanada ölüb. ...
15 İyn - 18:00 / Qubada bir neçə gün öncə bıçaqlanan şəxs xəstəxanada öldü üçün şərhlər bağlıdır / Davamı »

Vulkan püskürdü, bəxtəvər oldular – Havaya qiymətli daşlar da ...

Havay adalarında Kilauea vulkanının püskürməsi nəticəsində qiymətli daşlar göyə sovrulub. ...
15 İyn - 17:45 / Vulkan püskürdü, bəxtəvər oldular – Havaya qiymətli daşlar dağlıb üçün şərhlər bağlıdır / Davamı »

Dərin qatlardakı neft-qaz yataqlarının aşkarlanması üçün tədqiqat ...

Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutu Yerin dərin ...
15 İyn - 17:23 / Dərin qatlardakı neft-qaz yataqlarının aşkarlanması üçün tədqiqatlar aparılır üçün şərhlər bağlıdır / Davamı »

“Ölkə iqtisadiyyatına 250 mlrd. dollardan çox sərmayə qoyulub” ...

“2004-2017-ci illərdə Azərbaycan iqtisadiyyatı 3,2 dəfə, qeyri-neft iqtisadiyyatı 2,8 dəfə, ...
15 İyn - 16:45 / “Ölkə iqtisadiyyatına 250 mlrd. dollardan çox sərmayə qoyulub” – Nazir üçün şərhlər bağlıdır / Davamı »

Notariuslara dair yeni tələblər qoyulub ...

Azərbaycanda notariat hərəkətlərə və notariuslara dair tələblər dəyişib. APA-nın məlumatına ...
15 İyn - 16:15 / Notariuslara dair yeni tələblər qoyulub üçün şərhlər bağlıdır / Davamı »

“Fitch”: Neftin qiymətləri yüksək qalacaq ...

Neftin qiymətləri geosiyasi münaqişələr və böyük tələbat səbəbindən yüksək qalacaq. ...
15 İyn - 15:45 / “Fitch”: Neftin qiymətləri yüksək qalacaq üçün şərhlər bağlıdır / Davamı »

Həbs olunan İH başçısı: “Heç zaman qanunu pozmamışam” ...

“Mən qanuna tabe insanam və heç zaman qanunu pozmamışam”. Elchi.az ...
15 İyn - 15:20 / Həbs olunan İH başçısı: “Heç zaman qanunu pozmamışam” üçün şərhlər bağlıdır / Davamı »

Bu gün DÇ-də növbəti matçlar keçiriləcək ...

Bu gün dünya çempionatında növbəti oyunlar keçiriləcək. Elchi.az apasport.az-a istinadən ...
15 İyn - 14:50 / Bu gün DÇ-də növbəti matçlar keçiriləcək üçün şərhlər bağlıdır / Davamı »

Brent markalı neft ucuzlaşıb ...

Brent markalı neft ucuzlaşıb. “APA-Economics” xəbər verir ki, Nyu-Yorkun NYMEX ...
15 İyn - 14:25 / Brent markalı neft ucuzlaşıb üçün şərhlər bağlıdır / Davamı »

Ermənilər atəşkəs rejimini 94 dəfə pozdu ...

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da ...
15 İyn - 13:57 / Ermənilər atəşkəs rejimini 94 dəfə pozdu üçün şərhlər bağlıdır / Davamı »

Türkiyədə üçüncü nüvə elektrik stansiyası tikiləcək ...

Türkiyədə üçüncü nüvə elektrik stansiyası böyük ehtimalla Trakiyada tikiləcək. Elchi.az ...
15 İyn - 13:27 / Türkiyədə üçüncü nüvə elektrik stansiyası tikiləcək üçün şərhlər bağlıdır / Davamı »

İsmayıllıda avtomobil mal-qara sürüsünə çırpılıb – 3 nəfər ...

Bakı-Şamaxı-Yevlax avtomobil yolunda 3 nəfərin ölümü, 3 nəfərin ağır xəsarət ...
15 İyn - 12:55 / İsmayıllıda avtomobil mal-qara sürüsünə çırpılıb – 3 nəfər ölüb, 3 nəfər xəsarət alıb üçün şərhlər bağlıdır / Davamı »

Hərbi təyyarə və helikopterlər Bakı səmasında – Parada hazır ...

Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri hərbi paradın məşqləri ilə ...
15 İyn - 12:30 / Hərbi təyyarə və helikopterlər Bakı səmasında – Parada hazırlıq davam etdirilir üçün şərhlər bağlıdır / Davamı »

Gürcüstanda polis rəisi qətlə yetirilib ...

Gürcüstanın Acarıstan bölgəsində polis əməkdaşı qətlə yetirilib. Elchi.az APA-ya istinadən ...
15 İyn - 11:57 / Gürcüstanda polis rəisi qətlə yetirilib üçün şərhlər bağlıdır / Davamı »

Əbülfəz Elçibəy dəryasından bir neçə damla ...

Fərəc Quliyev Fərəc İbrahim oğlu Quliyev- Milli Dirçəliş Hərəkatı Partiyasının ...
15 İyn - 11:56 / Əbülfəz Elçibəy dəryasından bir neçə damla üçün şərhlər bağlıdır / Davamı »

Tramp Krımı Rusiya ərazisi adlandırdı ...

ABŞ prezidenti Donald Tramp ötən həftə Kanadada keçirilən G7 sammitinin ...
15 İyn - 11:25 / Tramp Krımı Rusiya ərazisi adlandırdı üçün şərhlər bağlıdır / Davamı »

“Bu gün Azərbaycanda heç bir məzhəb ayrı-seçkiliyi yoxdur̶ ...

“Bu gün Azərbaycanda heç bir məzhəb ayrı-seçkiliyi yoxdur”. ELchi.az  Trend-ə istinadən ...
15 İyn - 11:00 / “Bu gün Azərbaycanda heç bir məzhəb ayrı-seçkiliyi yoxdur” Allahşükür Paşazadə üçün şərhlər bağlıdır / Davamı »

Azərbaycanın məscidlərində bayram namazı qılınıb ...

Ramazan bayramı ilə əlaqədar Azərbaycanın bütün məscidlərində bayram namazı qılınıb. ...
15 İyn - 10:30 / Azərbaycanın məscidlərində bayram namazı qılınıb üçün şərhlər bağlıdır / Davamı »

Azərbaycanda 5 günlük bayram tətili başlayıb ...

Bu gündən etibarən Azərbaycanda 5 günlük bayram tətili başlayıb. “Report”un ...
15 İyn - 09:55 / Azərbaycanda 5 günlük bayram tətili başlayıb üçün şərhlər bağlıdır / Davamı »

Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur ...

Bu gün Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur. “Report” xatırladır ...
15 İyn - 09:31 / Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur üçün şərhlər bağlıdır / Davamı »

Azərbaycanda Ramazan bayramı qeyd olunur ...

Azərbaycanda Ramazan bayramı qeyd olunur. “Report” xəbər verir ki, bayram ...
15 İyn - 09:00 / Azərbaycanda Ramazan bayramı qeyd olunur üçün şərhlər bağlıdır / Davamı »

Həsən Ruhani Azərbaycan prezidentinə məktub göndərdi ...

İran prezidenti Həsən Ruhani Ramazan bayramı münasibəti ilə Azərbaycan prezidenti ...
14 İyn - 18:58 / Həsən Ruhani Azərbaycan prezidentinə məktub göndərdi üçün şərhlər bağlıdır / Davamı »

Həmsədrlər Ermənistana səfərlə bağlı bəyanat yayıblar ...

ATƏT-in Minsk qrupu həmsədrləri Ermənistana səfərləri ilə bağlı bəyanat yayıblar. ...
14 İyn - 18:38 / Həmsədrlər Ermənistana səfərlə bağlı bəyanat yayıblar üçün şərhlər bağlıdır / Davamı »

Tanınmış müğənninin videosuna görə polis zabitlərinə AĞIR CƏZA ...

Tanınmış müğənni Kərim Abbasovun polis bölməsində onun barəsində nalayiq fikir ...
14 İyn - 18:18 / Tanınmış müğənninin videosuna görə polis zabitlərinə AĞIR CƏZA üçün şərhlər bağlıdır / Davamı »

DANA özüyeriyən artilleriya qurğularından atışlar keçirilib – FOT ...

Müdafiə nazirinin təsdiq etdiyi döyüş hazırlığı planına uyğun olaraq artilleriya ...
14 İyn - 17:52 / DANA özüyeriyən artilleriya qurğularından atışlar keçirilib – FOTOLAR üçün şərhlər bağlıdır / Davamı »

Bayram günlərində banklar gücləndirilmiş rejimdə çalışacaq ...

Ramazan bayramı və Milli Qurtuluş Günü ilə əlaqədar olaraq cari ...
14 İyn - 17:32 / Bayram günlərində banklar gücləndirilmiş rejimdə çalışacaq üçün şərhlər bağlıdır / Davamı »

Temperatur 3-5 dərəcə aşağı enəcək, yağış yağacaq – XƏB ...

 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Azərbaycanda hava ...
14 İyn - 17:12 / Temperatur 3-5 dərəcə aşağı enəcək, yağış yağacaq – XƏBƏRDARLIQ üçün şərhlər bağlıdır / Davamı »

Körpələrə qoyulmasına icazə verilən daha bir qisim maraqlı adlar &# ...

Azərbaycanda yeni doğulan körpələrə qoyulmasına icazə verilən daha bir qisim ...
14 İyn - 16:42 / Körpələrə qoyulmasına icazə verilən daha bir qisim maraqlı adlar – SİYAHI üçün şərhlər bağlıdır / Davamı »

Daha bir marşrut da kart sisteminə keçir ...

Yaxın zamanlarda 199 saylı marşrutla hərəkət edən avtobuslar kart sistemi ...
14 İyn - 16:22 / Daha bir marşrut da kart sisteminə keçir üçün şərhlər bağlıdır / Davamı »

Yol polisi səfərə çıxan sürücülərə müraciət edib ...

Yol polisi səfərə çıxan sürücülərə müraciət edib.   Baş Dövlət ...
14 İyn - 15:55 / Yol polisi səfərə çıxan sürücülərə müraciət edib üçün şərhlər bağlıdır / Davamı »

Azərbaycanda QƏRİBƏ OLAY: Çaydan 57 pasport tapıldı ...

“İyunun 12-də İmişli rayonunun Sarıxanlı kəndindən keçən su kanalında çimən ...
14 İyn - 15:31 / Azərbaycanda QƏRİBƏ OLAY: Çaydan 57 pasport tapıldı üçün şərhlər bağlıdır / Davamı »

Bu ilin dörd ayında nikah və boşanmaların sayı açıqlanıb ...

Bu ilin ilk dörd ayı ərzində qeydiyyat şöbələri tərəfindən 17 ...
14 İyn - 15:11 / Bu ilin dörd ayında nikah və boşanmaların sayı açıqlanıb üçün şərhlər bağlıdır / Davamı »

Bakıda “Range Rover”lə iki nəfəri öldürən polis əməkdaşı hə ...

İyunun 12-də Binəqədi qəsəbəsi ərazisində ölümlə nəticələnən qəza törədərək hadisə ...
14 İyn - 14:50 / Bakıda “Range Rover”lə iki nəfəri öldürən polis əməkdaşı həbs edildi üçün şərhlər bağlıdır / Davamı »

“Devalvasiya üçün heç bir fundamental səbəb yoxdur” – Elman Rü ...

“Azərbaycanda devalvasiya üçün heç bir fundamental səbəb yoxdur”. “APA-Economics”in məlumatına ...
14 İyn - 14:30 / “Devalvasiya üçün heç bir fundamental səbəb yoxdur” – Elman Rüstəmov üçün şərhlər bağlıdır / Davamı »

Azərbaycan əhalisinin sayı açıqlandı ...

Azərbaycanda əhalinin sayı 25018 nəfər artaraq 2018-ci ilin may ayının ...
14 İyn - 14:10 / Azərbaycan əhalisinin sayı açıqlandı üçün şərhlər bağlıdır / Davamı »

Bu il Azərbaycanda işsiz statusu verilən şəxslərin sayı açıqlanıb ...

Bu ilin iyunun 1-nə olan məlumata əsasən Azərbaycanda iqtisadi fəal ...
14 İyn - 13:49 / Bu il Azərbaycanda işsiz statusu verilən şəxslərin sayı açıqlanıb üçün şərhlər bağlıdır / Davamı »

Kənd təsərrüfatı nazirinə hollandiyalı məsləhətçi təyin olundu ...

Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat olub. “APA-Economics” xəbər verir ki, ...
14 İyn - 13:29 / Kənd təsərrüfatı nazirinə hollandiyalı məsləhətçi təyin olundu üçün şərhlər bağlıdır / Davamı »

Şagirdlər arasında dava – Bıçaqlanan var ...

Qobustanda məktəb yoldaşını bıçaqlamaqda şübhəli bilinən 11-ci sinif şagirdi saxlanılıb.  ...
14 İyn - 13:09 / Şagirdlər arasında dava – Bıçaqlanan var üçün şərhlər bağlıdır / Davamı »

Bakı Metropoliteninə yeni mətbuat katibi təyin edildi – FOTO ...

“Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinə yeni ...
14 İyn - 12:48 / Bakı Metropoliteninə yeni mətbuat katibi təyin edildi – FOTO üçün şərhlər bağlıdır / Davamı »

Ceyhun Bayramov məzunları təbrik etdi ...

Azərbaycan təhsil naziri Ceyhun Bayramov məzunları orta məktəbi başa vurmaları ...
14 İyn - 12:28 / Ceyhun Bayramov məzunları təbrik etdi üçün şərhlər bağlıdır / Davamı »
“Google Analytics” Göstəriciləri
generated by GADWP 

Redaktor: ƏLİ HƏZİQULİYEV


Telefon: (012) 510 8 317
Mobil: 050 205 10 99  
055-205 10 99  

Email: elchi.68@mail.ru
Giriş | Hazırladı "Qurdqanlı Design"