Elchi.az AzNews.az-a istinadən xəbər verir ki, Lapşin bu ilin mart ayında öldürülsə də, onun ölümü bu gün məlum olub.

2015-ci ildə boksçu həyat yoldaşı və uşaqları ilə Türkiyəyə dincəlməyə gedib və orada qalıb. Yaxınlarının sözlərinə görə, Lapşin islamı 15 il bundan əvvəl qəbul edib.

Lapşin 1981-ci ildə anadan olub. Peşəkar rinqdə 2005-2009-cu illər ərzində 9 döyüş keçirib. Döyüşlərin 5-də qalib gəlib, bir dəfə döyüşü nokautla başa vurub. O, 58,9 kq çəki dərəcəsində çıxış edirdi.

Lapşin Rusiya çempionu və Olimpiya oyunlarının qalibi olub.