Doğrudanmı, hələ də novruzəlilərik?..

10 Oktyabr 2017 - 08:40

İki mövzudan hissiyyatsız yaza bilmirəm. Biri Qarabağdır. Analitik jurnalistikanın meyarlarını əzbərdən bilsəm də, yenə də düşünürəm ki, mənim bu mövzudakı yazılarım başqa millətlərin yazdıqlarından fərqlənməlidir, çünki onlar üçün məsələ ən yaxşı halda maraqlı ola bilər, mənimçünsə o, dərddir, ağrıdır, bütün azərbaycanlı kişilər kimi başımı aşağı edən biabırçılıqdır – ona görə ki, heç də hamı dünya reallıqlarının incəliklərinə varmır və “Bir dəstə erməni nədir ki, otuz ildir onlarla da bacarmırsınız!” deyənlər də tapılır!

Digər məsələ isə bizim jurnalistika, onun indiki durumu və problemləridir. Səbəbi də aydındır. Mən də jurnalistəm, otuz ildir, hər gün yazıram və gün olur, hətta dörd-beş yazı yazıram. Qısası, bu, mənim də peşəmdir və onun problemlərinə hissiyyatsız yanaşmağı bacarmıram.

Nə başınızı ağrıdım, məmurlarımızın jurnalistlərə necə işləməyi  “öyrətməsi” artıq adiləşsə də, hər dəfə bu cür mövzulardakı müzakirələri izləyəndə bəndənizdə xeyli sual yaranır.

Bəlkə də yanılıram və kaş belə də olsun, di gəl, mənə elə gəlir ki, müzakirələrin əslində bir motivi var: hamısı olmasa da, məmurlarımızın bəzisi sadəcə, demək istəyir ki, yalnız bizim buyurduğumuz kimi yazın, danışın və göstərin.

Bəli, kimsə müəllimə müəllimlik, mühəndisə mühəndislik, həkimə həkimlik öyrətməyə çalışmır, amma gəl ki, bu ölkədə hamı jurnalistləri “öyrədir”, onlara necə yazmağı və xüsusən də nədən yazmağı buyurur…

Halbuki sadaladığım peşələr kimi, jurnalistika da sənətdir və jurnalistə necə yazmağı yox, uzağı, mübahisəli və problemli məqamlarda etikanın və qanunun çərçivələrini göstərmək, çox “dəcəllik” edəndəsə onu hüquq müstəvisinə dəvət etmək olar və bu, hətta lazımdır da.

Həm də nəzərə alaq ki, “öyrətməyə” artıq elə böyük kontingent də yoxdur. O səbəbdən də bir-iki detalı vurğulamaq, ələlxüsus da tamaşaçı kimi televiziyalarımızın problemlərinə toxunmaq istərdim, çünki yazılı mətbuatımız min təəssüf, artıq ənənəvi formada qalmayıbdır – “nadir görüntülər” seriyasına əlində qəzet tutanları da əlavə etməyin vaxtıdır…

Ötən əsrin 90-cı illərinin ortalarında ölkədə regional televiziyaların yaradılması nəzərdə tutulurdu və beynəlxalq təşkilatlar hətta bunun üçün qrantlar da ayırırdı. Prosesi axıra qədər izləmədim, bilmədim, o region televiziyaları yarandı, ya yox?

Amma bir də gördüm, “mənəm-mənəm” deyən mərkəzi, milli televiziyalarımız özləri dönüb region-əyalət televiziyaları olublar. Əsl siyasətdən, iqtisadiyyatdan və ya mədəniyyətdən danışmaq və göstərmək əvəzinə bunlar daha nələr etmirlər, İlahi!..

Artıq rayonlara elçiliyə də gedir, kənd toylarından bir saatlıq “reportaj”lar verir, əllərində mikrofon o ev-bu ev gəzərək “verilişlər” hazırlayırlar!

İnanın, mərkəzi televiziyalarımızda əyalət mövzularının olmasının qətiyyən əleyhinə deyiləm, əksinə, çox vacibdir bu. Mən əyalətçiliyə və onun mədəniyyətdə, eləcə də jurnalistikada təntənəsinə qarşıyam…

Gedirlər əyalətə, amma oradakı insanlardan heç soruşmurlar da ki, probleminiz nədir! Əvəzində gözümüzü dağlamış bir-iki “müğənni”ni də yanlarına salıb kiçik yemək-içmək məclisləri qurur və cəmi ölkəni də belə zövqsüz “ziyafət”lərə baxmağa məcbur edirlər!

“Siyasi” mövzulardan və yaxud da “iqtisadiyyat”dan danışanda və göstərəndə isə bunu elə formada edirlər ki, bir də xəbər tutursan ki, əlin artıq ürəyinin üstündədir!..

Bir dəfə hətta televiziyalarımızın sevimli “iqtisadçı”larının, “politoloq”larının və “sənət adamları”nın siyahısını tutmuşdum! İnanın, adamı ağlamaq tuturdu!

Bir “iqtisadçı”ları var, yumurtanın qiymətindən tutmuş dolların uçot dərəcəsinə qədər bütün məsələlər üzrə “mütəxəssisdir”, bütün sualları ancaq o, “cavablandırır”…

A kişilər, qəzetlərin əllərdən düşmədiyi vaxtlarda belə kimsənin hətta adını da eşitmədiyi “qəzət”in redaktoru, keçmişin cırtdan partiyalarından birinin “ora-bura qovulan kiçicik funksioneri” indi durub ölkənin böyük “politoloq”ları olublar!

Bunu da bir tərəfə qoyuram. Parlamentdə “Hörmətli millət vəkilləri, vallah, avropalılar bizə paxıllıq edir!” deyilirsə və jurnalist də bunu efirə verirsə… Bunu nöqsan saymıram, çünki jurnalist deyilənləri, baş verənləri göstərməlidir.

Suçları, məsələn, nədədir? Həmin “reportaj”ın ardınca o “fikri” təsdiqləyən “şərh”lər – “təhlil”lər verilir və məlum olur ki, həqiqətən də cəmi dünya bizə baxıb paxıllıqdan lap çərləyir, çünki onların bizimkilər kimi siyasətçiləri, məmurları və biznesmenləri yoxdur!

Baxın, insanlar nəyəsə açıq münasibət bildirməkdən çəkinirsə, bu, onların heç nəyi görməməsi və yaxud başa düşməməsi anlamına gəlmir, –  onlar sadəcə, ehtiyat edir. Ona görə də insanları axmaq yerinə qoymağa gərək yox…

Biz jurnalistlər isə düşünürük ki, cəmiyyət susursa, deməli, heç nə qanmır! Amma inanın, insanlarımız avam deyillər – sadəcə, azca əvvəldə ərz etdiyim səbəbdən susmağa üstünlük verirlər.

Mənə inanmırsınızsa, sevimli “politoloq”larınızdan soruşun – cəmiyyətlərin həyatında bu cür dönəmlər olur. Amma gün gəlir, müəmmalı sükut müəmmalı şəkildə də pozulur. Allah bizi o gündən qorusun…

Qısa URL: http://www.elchi.az/?p=91669



Ramzan Kadırov Azərbaycanda tapılan çeçen qadına ev bağışlayıb ...

Çeçenistan rəhbəri Ramzan Kadırov Azərbaycanda tapılan 104 yaşlı çeçen qadın ...
16 Yan - 14:00 / Ramzan Kadırov Azərbaycanda tapılan çeçen qadına ev bağışlayıb üçün şərhlər bağlıdır / Davamı »

Müəllimlərdən rüşvət istəyən direktor işdən çıxarıldı ...

  Müəllimlərdən rüşvət istədiyinə dair səs yazısı yayılan Cəlilabad rayonu ...
16 Yan - 13:42 / Müəllimlərdən rüşvət istəyən direktor işdən çıxarıldı üçün şərhlər bağlıdır / Davamı »

Bu zabitlərin hərbi biletlərinin forması dəyişdirildi ...

Azərbaycanda “Ehtiyatda olan zabitin hərbi biletinin forması” dəyişdirilib. Trend-in məlumatına ...
16 Yan - 13:20 / Bu zabitlərin hərbi biletlərinin forması dəyişdirildi üçün şərhlər bağlıdır / Davamı »

Ötən günün kriminal statistikası – 117 cinayət ...

DİN-in mətbuat xidməti 2018-ci il yanvar ayının 15-dən 16-dək daxili ...
16 Yan - 13:00 / Ötən günün kriminal statistikası – 117 cinayət üçün şərhlər bağlıdır / Davamı »

Dövlət uşaq bağçaları belə maliyyələşəcək – Qaydalar ...

Nazirlər Kabineti “Dövlət məktəbəqədər təhsil müəssisəsini maliyyələşdirmə normativləri”ni təsdiq edib ...
16 Yan - 12:40 / Dövlət uşaq bağçaları belə maliyyələşəcək – Qaydalar üçün şərhlər bağlıdır / Davamı »

Ərəblər Bakıda otel biznesinə girişir ...

Ərəb investorlar Bakıda daşınmaz əmlak obyektləri almağa başlayıb: onlar başlıca ...
16 Yan - 12:25 / Ərəblər Bakıda otel biznesinə girişir üçün şərhlər bağlıdır / Davamı »

Robert Pattinson müsəlman oldu – İDDİA ...

Dünya  şöhrətli gənc aktyor Robert Pattinsonun müsəlman olması ilə bağlı ...
16 Yan - 11:57 / Robert Pattinson müsəlman oldu – İDDİA üçün şərhlər bağlıdır / Davamı »

Bu günə olan məzənnələr – RƏSMİ ...

Azərbaycan Mərkəzi Bankı 16yanvar tarixinə valyuta məzənnələrini açıqlayıb. Mərkəzi Bankdan ...
16 Yan - 11:35 / Bu günə olan məzənnələr – RƏSMİ üçün şərhlər bağlıdır / Davamı »

Azərbaycan nefti bahalaşdı ...

Azərbaycan nefti bahalaşıb. Elchi.az xəbər verir ki, “AzeriLight” markalı neftin ...
16 Yan - 11:17 / Azərbaycan nefti bahalaşdı üçün şərhlər bağlıdır / Davamı »

Bakıdan Sofiyaya birbaşa təyyarə reysləri açıldı ...

Bu gündən Bakı-Sofiya marşrutu ilə ilk aviareys yerinə yetirilib. “APA-Economics” ...
16 Yan - 11:00 / Bakıdan Sofiyaya birbaşa təyyarə reysləri açıldı üçün şərhlər bağlıdır / Davamı »

Fələstin İsraili dövlət kimi tanımaqdan imtina etdi ...

Bu barədə Fələstin Azadlıq Təşkilatının (FAT) toplantısında qərar verilib. Elchi.az  xəbər ...
16 Yan - 10:43 / Fələstin İsraili dövlət kimi tanımaqdan imtina etdi üçün şərhlər bağlıdır / Davamı »

Mikayıl Cabbarov özünə yeni müşavirlər təyin etdi ...

Vergilər naziri Mikayıl Cabbarov bir sıra təyinatlar edib.  Elchi.az xəbər verir ...
16 Yan - 10:25 / Mikayıl Cabbarov özünə yeni müşavirlər təyin etdi üçün şərhlər bağlıdır / Davamı »

Düşmən silahları yenə susmadı – Atəşkəs pozuldu ...

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs ...
16 Yan - 10:00 / Düşmən silahları yenə susmadı – Atəşkəs pozuldu üçün şərhlər bağlıdır / Davamı »

Nazarbayev ABŞ-a rəsmi səfərə gəlib ...

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev ABŞ-a rəsmi səfərə gəlib. Elchi.az Trend-ə istinadən ...
16 Yan - 09:45 / Nazarbayev ABŞ-a rəsmi səfərə gəlib üçün şərhlər bağlıdır / Davamı »

Lənkəranda ağır yol qəzası – 5 nəfər yaralandı ...

Lənkəran rayonunda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası ...
16 Yan - 09:20 / Lənkəranda ağır yol qəzası – 5 nəfər yaralandı üçün şərhlər bağlıdır / Davamı »

Rumıniyanın baş naziri istefa verib ...

Rumıniyanın baş naziri Mixay Tudose istefa verib. APA-nın TASS agentliyinə ...
16 Yan - 09:00 / Rumıniyanın baş naziri istefa verib üçün şərhlər bağlıdır / Davamı »

Hərbçilərin əlilliyi belə müəyyən ediləcək – TƏLİMAT ...

Hərbi xidmətdən xəstəliyə görə buraxılmış hərbi qulluqçulara, hərbi xidmətdən digər ...
15 Yan - 18:57 / Hərbçilərin əlilliyi belə müəyyən ediləcək – TƏLİMAT üçün şərhlər bağlıdır / Davamı »

Prezidentin Baş nazirlə geniş tərkibdə görüşü ...

“Azərbaycan və Bolqarıstan arasında çox sıx, dostluq münasibətləri qurulub və ...
15 Yan - 18:37 / Prezidentin Baş nazirlə geniş tərkibdə görüşü üçün şərhlər bağlıdır / Davamı »

Uşaqlar arasında virusun yayılmasının səbəbi açıqlandı ...

“Qış mövsümü ilə əlaqədar Azərbaycanda uşaqlar arasında soyuqdəymə xəstəlikləri geniş ...
15 Yan - 18:25 / Uşaqlar arasında virusun yayılmasının səbəbi açıqlandı üçün şərhlər bağlıdır / Davamı »

Fədayə Laçının həbs müddəti uzadıldı – Daha 3 ay ...

Bakıda 2 məhbusun qaçmasında təqsirləndirilərək həbs edilən müğənni Fədayə Laçının ...
15 Yan - 18:07 / Fədayə Laçının həbs müddəti uzadıldı – Daha 3 ay üçün şərhlər bağlıdır / Davamı »

Yol polisi ilə dalaşdı, üstünə benzin töküb özünə od vurdu ...

Bu gün günorta saatlarında Ağdaş rayonunda intihara cəhd olub. Lent.az ...
15 Yan - 17:51 / Yol polisi ilə dalaşdı, üstünə benzin töküb özünə od vurdu üçün şərhlər bağlıdır / Davamı »

Pensiyaçılar artımı fevralda alacaqlar ...

Fevral ayının təqaüdlərinin ödənişi zamanı pensiyaların yanvar və fevral aylarındakı ...
15 Yan - 17:45 / Pensiyaçılar artımı fevralda alacaqlar üçün şərhlər bağlıdır / Davamı »

İlham Əliyev Boyko Borisovu qəbul etdi ...

Yanvarın 15-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin ölkəmizdə işgüzar səfərdə ...
15 Yan - 17:26 / İlham Əliyev Boyko Borisovu qəbul etdi üçün şərhlər bağlıdır / Davamı »

Ərdoğan: “Bəzi ayağı palçıqlılar Suriyadan bizi təhdid edirl ...

“Biz dünyaya millət və milliyyətin mənasını öyrədən bir millətik”. “Report” ...
15 Yan - 17:25 / Ərdoğan: “Bəzi ayağı palçıqlılar Suriyadan bizi təhdid edirlər” üçün şərhlər bağlıdır / Davamı »

Xəlil Rzanın təhqir olunmasına etiraz: “Ola bilsin ki, bu status ...

“Tarixi şəxsiyyətlərimizin təhqir olunmamasına qarşı Cinayət Məcəlləsinə maddə əlavə olunsun” ...
15 Yan - 17:18 / Xəlil Rzanın təhqir olunmasına etiraz: “Ola bilsin ki, bu statusu yazanda sərxoş olub…” üçün şərhlər bağlıdır / Davamı »

Ermənistanda prezident seçkilərinin vaxtı açıqlanıb ...

Ermənistanda prezident seçkiləri martın 2-də keçiriləcək. APA-nın “news.am”a istinadən verdiyi ...
15 Yan - 17:05 / Ermənistanda prezident seçkilərinin vaxtı açıqlanıb üçün şərhlər bağlıdır / Davamı »

Yasamalda törədilən qətlin üstü açıldı ...

  Yasamal rayonu ərazisində törədilən qətlin üstü polis və prokurorluq ...
15 Yan - 16:50 / Yasamalda törədilən qətlin üstü açıldı üçün şərhlər bağlıdır / Davamı »

Azərbaycanda qızılca xəstəliyi yoxdur ...

“Azərbaycan 2015-ci ildən qızılca və məxmərəyin eliminasiyasına nail olub. O ...
15 Yan - 16:25 / Azərbaycanda qızılca xəstəliyi yoxdur üçün şərhlər bağlıdır / Davamı »

Bakıda 2 bacı dəm qazından zəhərləndi ...

Zəhərlənmə faktı Lökbatan qəsəbəsi, 1-ci massiv küçəsində qeydə alınıb. Elchi.az “Ölkə.Az”a ...
15 Yan - 15:58 / Bakıda 2 bacı dəm qazından zəhərləndi üçün şərhlər bağlıdır / Davamı »

 Azercell-dən General Mobile 6 – yeni ilin ilk sərfəli kampaniy ...

Yeni ilin ilk günlərində Azercell Telekom abunəçilərini yeni kampaniyaları ilə ...
15 Yan - 15:55 /  Azercell-dən General Mobile 6 – yeni ilin ilk sərfəli kampaniyası üçün şərhlər bağlıdır / Davamı »

Sonsuzluğa, depressiyaya səbəb olan dərmanla bağlı RƏSMİ AÇIQLAMA ...

Azərbaycan Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi Fransa və Danimarka alimləri ...
15 Yan - 15:45 / Sonsuzluğa, depressiyaya səbəb olan dərmanla bağlı RƏSMİ AÇIQLAMA üçün şərhlər bağlıdır / Davamı »

Nəcməddin Sadıkov NATO toplantısında iştirak edəcək ...

Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi, ...
15 Yan - 15:35 / Nəcməddin Sadıkov NATO toplantısında iştirak edəcək üçün şərhlər bağlıdır / Davamı »

Neft ölkəsində dolların məzənnəsi 178 minə yüksəldi ...

Venesuelada ABŞ dollarının nağd valyuta bazarında məzənnəsi ötən gün 178 ...
15 Yan - 15:20 / Neft ölkəsində dolların məzənnəsi 178 minə yüksəldi üçün şərhlər bağlıdır / Davamı »

“Ötən il 1028 cinayətkar qrup zərərsizləşdirilib” – Ramil Usub ...

2017-ci ildə əməliyyat-axtarış və istintaq fəaliyyətini həyata keçirən bütün dövlət ...
15 Yan - 15:17 / “Ötən il 1028 cinayətkar qrup zərərsizləşdirilib” – Ramil Usubov üçün şərhlər bağlıdır / Davamı »

...

“Rusiya ATƏT-in Minsk qrupunun həmsədri kimi, ABŞ və Fransa ilə birlikdə Dağlıq ...
15 Yan - 15:00 / üçün şərhlər bağlıdır / Davamı »

Lənkəranda MÜƏMMALI HADİSƏ: Evlərə basqın edərək insanları döy ...

Lənkəran rayonunun Liman şəhərində müəmmalı hadisələr baş verir. Lent.az xəbər ...
15 Yan - 14:55 / Lənkəranda MÜƏMMALI HADİSƏ: Evlərə basqın edərək insanları döyürlər üçün şərhlər bağlıdır / Davamı »

Fuad Ələsgərov: “Hüquqi-demokratik islahatlar uğurla həyata keçir ...

Azərbaycan prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda hüquqi-demokratik islahatlar, ...
15 Yan - 14:49 / Fuad Ələsgərov: “Hüquqi-demokratik islahatlar uğurla həyata keçirilir” üçün şərhlər bağlıdır / Davamı »

Mövcud hava şəraiti nə vaxtadək davam edəcək? ...

“Yanvar ayının 17-də hava şəraiti sabitləşəcək”. Bunu “Report”a açıqlamasında Ekologiya və ...
15 Yan - 14:35 / Mövcud hava şəraiti nə vaxtadək davam edəcək? üçün şərhlər bağlıdır / Davamı »

Pensiyalar nə qədər artacaq? – MƏBLƏĞ ...

Cari ildə pensiyaların nə qədər artacağı sual olaraq qalır. Qeyd ...
15 Yan - 14:15 / Pensiyalar nə qədər artacaq? – MƏBLƏĞ üçün şərhlər bağlıdır / Davamı »

Prokuror Fikrət Qocanın oğlunun qətli ilə bağlı apellyasiya protesti ...

Xalq şairi Fikrət Qocanın oğlunun qətlində təqsirləndirilən Elnur Nəhmədov, onun ...
15 Yan - 14:00 / Prokuror Fikrət Qocanın oğlunun qətli ilə bağlı apellyasiya protesti verdi üçün şərhlər bağlıdır / Davamı »

“Körpə və uşaq ölümü üç dəfəyə qədər azalıb” – Na ...

  Gəncə şəhər Səhiyyə İdarəsində “Azərbaycan Respublikasında uşaq ölümünün azaldılmasına ...
15 Yan - 13:35 / “Körpə və uşaq ölümü üç dəfəyə qədər azalıb” – Nazirlik üçün şərhlər bağlıdır / Davamı »

Daha bir azərbaycanlı “O Səs Türkiyə”nin səhnəsini fəth etdi &# ...

  “O Səs Türkiyə”də 4 münsifi səsinə heyran edən azərbaycanlı ...
15 Yan - 13:15 / Daha bir azərbaycanlı “O Səs Türkiyə”nin səhnəsini fəth etdi – Video üçün şərhlər bağlıdır / Davamı »

Azərbaycanda qar, sulu qar yağıb, güclü külək əsib – FAKTİK ...

Yanvarın 14-ü gündüzdən 15-i səhərədək Azərbaycanda müşahidə olunan faktiki hava ...
15 Yan - 12:58 / Azərbaycanda qar, sulu qar yağıb, güclü külək əsib – FAKTİKİ HAVA üçün şərhlər bağlıdır / Davamı »

Pensiyalar hesablara nə zaman köçürüləcək? ...

“Bakı şəhəri üzrə əmək pensiyaları sabah hesablara köçürüləcək”. Elchi.az xəbər ...
15 Yan - 12:35 / Pensiyalar hesablara nə zaman köçürüləcək? üçün şərhlər bağlıdır / Davamı »

İlham Əliyev Ruhaniyə məktub göndərdi ...

Prezident İlham Əliyev İran İslam Respublikasının Prezidenti Həsən Ruhaniyə başsağlığı ...
15 Yan - 12:16 / İlham Əliyev Ruhaniyə məktub göndərdi üçün şərhlər bağlıdır / Davamı »

Qonşusunu qətlə yetirən şəxs tutuldu ...

Bakıda qətl törədilib. APA-nın məlumatına görə, hadisə Yasamal rayonu, Xıdır ...
15 Yan - 12:15 / Qonşusunu qətlə yetirən şəxs tutuldu üçün şərhlər bağlıdır / Davamı »

Həftə sonu 10 qəza – 6 ölü, 7 yaralı ...

Yanvar ayının 13-dən 15-dək respublikanın avtomobil yollarında 10 yol-nəqliyyat hadisəsi ...
15 Yan - 11:50 / Həftə sonu 10 qəza – 6 ölü, 7 yaralı üçün şərhlər bağlıdır / Davamı »

Dünya çempionunu öldürən azərbaycanlı məhkəmə qarşısında ...

Xabarovsk diyar məhkəməsində pauerliftinq (ağırlıq qaldırma) üzrə  dünya və Avropa çempionu  ...
15 Yan - 11:25 / Dünya çempionunu öldürən azərbaycanlı məhkəmə qarşısında üçün şərhlər bağlıdır / Davamı »

Deputat Nəriman Əliyevin vəziyyəti ağır olaraq qalır ...

70 saylı Masallı şəhər seçki dairəsinin deputat Nəriman Əliyevin müalicəsi ...
15 Yan - 11:06 / Deputat Nəriman Əliyevin vəziyyəti ağır olaraq qalır üçün şərhlər bağlıdır / Davamı »

“ABŞ Suriyadakı terror təşkilatlarını qanuniləşdirir” ...

Vaşinqtonun Suriyada “sərhəd təhlükəsizliyi qüvvələri” yaratmaq planı yolverilməzdir. APA-nın “RİA ...
15 Yan - 11:00 / “ABŞ Suriyadakı terror təşkilatlarını qanuniləşdirir” üçün şərhlər bağlıdır / Davamı »
“Google Analytics” Göstəriciləri
generated by GADWP 

Redaktor: ƏLİ HƏZİQULİYEV


Telefon: (012) 510 8 317
Mobil: 050 205 10 99  
055-205 10 99  

Email: [email protected]
Giriş | Hazırladı "Qurdqanlı Design"