Yeni ombudsman kim olacaq?

13 Sentyabr 2017 - 09:00

Milli Məclis Elmira Süleymanovanın yerinə üç namizəddən birini seçməlidir

Sentyabrın 12-dən Milli Məclisin payız sessiyasının komitə iclasları başlayıb. İlk iş günü Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclası keçirilib. İclasda “Müdafiə haqqında”, “Korrupsiyaya qarşı mübarizə haqqında”, “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlara dəyişiklik layihələri müzakirə edilib.

Sentyabrın 14-də isə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçiriləcək.

Payız sessiyasında Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) seçkisi də keçiriləcək. Bu barədə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Tahir Kərimli bildirib.

Qeyd edək ki, Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanovanın səlahiyyət müddəti 2017-ci il mart ayının 5-də başa çatıb. “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) haqqında” Qanuna əsasən, müvəkkilin səlahiyyət müddəti bitdiyi gün yeni müvəkkil seçilmədikdə, o, səlahiyyətlərinin icrasını davam etdirir. Yeni ombudsman seçilmədiyindən Elmira Süleymanova fəaliyyətini hələ də davam etdirir.

Image result for Əlməmməd Nuriyev

Xatırladaq ki, Elmira Süleymanova iki dəfə – 2002 və 2010-cu illərdə ombudsman seçilib. Qanunvericiliyə görə, Azərbaycan Respublikasının Prezidenti Milli Məclisə yeni ombudsmanın seçilməsi üçün üç şəxsin namizədliyini təqdim edir. Milli Məclis 15 gün müddətində yeni müvəkkilin seçilməsi ilə bağlı müvafiq qərar qəbul edir.

Qanuna görə, iki dəfə ombudsman seçildiyi üçün E.Süleymanovanın üçüncü dəfə müvəkkil olmaq hüququ yoxdur. Bu baxımdan, yeni ombudsmanın kim olacağı maraq doğurur. İndiyə qədər daha çox Prezident Yanında Əfv Komissiyasının üzvü Əlməmməd Nuriyevin, deputatlar Əli Hüseynov və Elmira Axundovanın adı yeni ombudsman olacaq şəxslər kimi mediada hallanıb.

Image result for Deputat Fazil Mustafa

Deputat Fazil Mustafa “Yeni Müsavat”a bildirib ki, qanunvericilikdə dəyişiklik olmasa, Elmira Süleymanovanın səlahiyyət müddəti artırıla bilməz: “Əvvəllər ombudsman bir dəfə seçilə bilərdi. Sonradan isə qanunvercilikdə dəyişiklik oldu və ”bir dəfə” sözü götürüldü. İndi isə qanuna görə, iki dəfədən artıq ola bilməz. Eyni şəxsin iki dəfədən artıq ombudsman olması ancaq qanunda dəyişiklik edilərsə mümkündür”.

Bəs ombudsmanın səlahiyyətləri nələrdir? Ombudsman əfv, vətəndaşlıq, siyasi sığınacaq verilməsi məsələlərinin həlli ilə bağlı ölkə prezidentinə təkliflər verə bilər. İşgəncənin və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın və ya cəzanın qarşısını almaq məqsədilə o, saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə müntəzəm surətdə və ya zəruri saydığı istənilən halda baş çəkə bilər. 2015-ci ildə qanuna edilən dəyişiklikdən sonra Ombudsman Aparatının səlahiyyəti artırılıb. Belə ki, dəyişikliyə görə, aparatda milli preventiv qrup yaradılıb və bu qrup istənilən vaxt, maneəsiz və əvvəlcədən xəbərdarlıq etmədən polis bölmələrinə, müvəqqəti saxlama yerlərinə, istintaq təcridxanalarına, cəzaçəkmə müəssisələrinə, qanunsuz miqrantların saxlanılması mərkəzlərinə və saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi digər yerlərə daxil ola bilər. Qanuna görə, müvəkkil müstəqildir və yalnız Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına tabedir.

“Ombudsman haqqında” Konstitusiya Qanununun 19-cu maddəsinə əsasən, müvəkkilin, onun aparatının və regional mərkəzlərinin fəaliyyəti dövlət büdcəsi hesabına maliyyələşdirilir. Həmçinin müvəkkilin fəaliyyətinin maliyyələşdirilməsi üçün ayrılan illik vəsaitin tərkibində cari xərclərin məbləği əvvəlki maliyyə ilində bu məqsəd üçün nəzərdə tutulmuş məbləğdən az ola bilməz. Məlumat üçün bildirək ki, Ombudsman Aparatının rəhbəri 2025 manat maaş alır.

Bundan əlavə, Ombudsman Aparatına qadağan olunan hallar da var. Belə ki, İnsan hüquqları üzrə müvəkkil ölkə prezidentinin, Milli Məclisin deputatlarının və məhkəmə hakimlərinin fəaliyyətini yoxlaya bilməz. Şəxsin ikili vətəndaşlığı, başqa dövlətlər qarşısında öhdəliyi varsa, qanunvericilik, icra və məhkəmə hakimiyyəti sistemlərində qulluq edirsə, ödənişli fəaliyyəti varsa, fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq edilibsə, ağır və xüsusilə ağır cinayətlərə görə məhkum olunubsa, yaşı 30-dan aşağıdırsa, o, ombudsman ola bilməz. Ombudsman siyasi fəaliyyətlə məşğul ola və siyasi partiya üzvü ola, hər hansı qeyri-hökumət təşkilatının rəhbərliyində təmsil oluna bilməz. Əgər sadalanan namizəd kimi təqdim edilən şəxs bu vəzifələrdən hər hansı birini tutursa, müvəkkil seçildiyi təqdirdə həmin vəzifələrdən istefa verməlidir.

Qısa URL: http://www.elchi.az/?p=89611



“İDEAL”ın keçmiş baş direktoru barəsində cinayət işi açıldı ...

Məşhur parfumeriya və kosmetika mağazaları şəbəkəsi olan “İDEAL”ın keçmiş baş ...
22 Sen - 17:08 / “İDEAL”ın keçmiş baş direktoru barəsində cinayət işi açıldı üçün şərhlər bağlıdır / Davamı »

Azərbaycanın “qara siyahı”sından bir nəfərin adı çıxarıldı ...

  Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Maliyyə Monitorinqi Xidməti BMT ...
22 Sen - 16:47 / Azərbaycanın “qara siyahı”sından bir nəfərin adı çıxarıldı üçün şərhlər bağlıdır / Davamı »

Bakıda yataqxanada yanğın baş verib — Polis komandiri zəhərləndi ...

Daxili İşlər Nazirliyi Bakıda yataqxana binasında baş verən yanğınla bağlı ...
22 Sen - 16:27 / Bakıda yataqxanada yanğın baş verib — Polis komandiri zəhərləndi üçün şərhlər bağlıdır / Davamı »

Xırdalanda məktəbli itkin düşüb – FOTO ...

     Xırdalan şəhər sakini, 3 saylı məktəbin şagirdi Qafarov Ülvi ...
22 Sen - 16:07 / Xırdalanda məktəbli itkin düşüb – FOTO üçün şərhlər bağlıdır / Davamı »

Yeni modeldə qəbul imtahanlarının cavabları necə yoxlanılacaq? ̵ ...

Gələcəkdə imtahanların cavablarının yoxlanılması təkcə kompüterlə yox, ekspertlərin qiymətləndirilməsi ilə ...
22 Sen - 15:46 / Yeni modeldə qəbul imtahanlarının cavabları necə yoxlanılacaq? – Məleykə Abbaszadə açıqladı üçün şərhlər bağlıdır / Davamı »

Erməni deputatlar Bakını gəzəcəklər ...

Azərbaycanda səfərdə olan Ermənistan parlamentinin üzvləri Bakıda gəzintiyə çıxacaqlar. Elchi.az-ın ...
22 Sen - 15:26 / Erməni deputatlar Bakını gəzəcəklər üçün şərhlər bağlıdır / Davamı »

Erməni deputatın xahişinə nazir müavinindən — Tutarlı cavab ...

“Azərbaycana səfərimizlə bağlı yaradılan yüksək səviyyəli şərait və təhlükəsizlik tədbirləri ...
22 Sen - 15:06 / Erməni deputatın xahişinə nazir müavinindən — Tutarlı cavab üçün şərhlər bağlıdır / Davamı »

Polis Milli Şuranın mitinqi ilə bağlı xəbərdarlıq etdi ...

Bakı şəhər Baş Polis İdarəsi (BŞBPİ) Milli Şuranın sentyabrın 23-də ...
22 Sen - 14:45 / Polis Milli Şuranın mitinqi ilə bağlı xəbərdarlıq etdi üçün şərhlər bağlıdır / Davamı »

Qəbul imtahanlarında yeniliklərlə bağlı Məleykə Abbaszadədən — ...

2017-2018-ci tədris ilində ali məktəblərə qəbul imtahanlarında heç bir dəyişiklik ...
22 Sen - 14:25 / Qəbul imtahanlarında yeniliklərlə bağlı Məleykə Abbaszadədən — Açıqlama üçün şərhlər bağlıdır / Davamı »

Avtobus sürücüsü vəhşicəsinə döyən şəxs tutuldu — VİDEO ...

Bakı şəhərində avtobus sürücüsünü döyən şəxs saxlanılıb. Elchi.az xəbər verir ...
22 Sen - 14:05 / Avtobus sürücüsü vəhşicəsinə döyən şəxs tutuldu — VİDEO üçün şərhlər bağlıdır / Davamı »

Azərbaycanda 167569 müəllimdən 132 mini qadındır ...

     “Bütün cəmiyyətlərində olduğu kimi, Azərbaydanda da gender streotipləri mövcuddur. ...
22 Sen - 13:44 / Azərbaycanda 167569 müəllimdən 132 mini qadındır üçün şərhlər bağlıdır / Davamı »

Şimşək çaxacaq, dolu düşəcək – Xəbərdarlıq ...

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər ...
22 Sen - 13:24 / Şimşək çaxacaq, dolu düşəcək – Xəbərdarlıq üçün şərhlər bağlıdır / Davamı »

Azərbaycanlı “qanuni oğru”lara qarşı əməliyyat – 27 nəf ...

     Ukrayna polisi Kirovoqrad vilayətində yerləşən “Şaşlıçnıy” kafesində kriminal avtoritetlərə ...
22 Sen - 13:04 / Azərbaycanlı “qanuni oğru”lara qarşı əməliyyat – 27 nəfər tutuldu (FOTOlar) üçün şərhlər bağlıdır / Davamı »

Nazir müavini Bakıya gələn ermənilərə işğalçı olduqlarını xat ...

     “Avropa İttifaqı Şərq Tərəfdaşlarının gələcəyi münaqişə bölgələrində sülh və ...
22 Sen - 12:43 / Nazir müavini Bakıya gələn ermənilərə işğalçı olduqlarını xatırlatdı üçün şərhlər bağlıdır / Davamı »

NATO-nun Xüsusi Nümayəndəsi Azərbaycana gələcək ...

NATO Baş Katibinin Qafqaz və Mərkəzi Asiya üzrə Xüsusi Nümayəndəsi ...
22 Sen - 12:23 / NATO-nun Xüsusi Nümayəndəsi Azərbaycana gələcək üçün şərhlər bağlıdır / Davamı »

26 yaşlı kişi özünü asdı ...

Quba rayonunda intihar hadisəsi baş verib. “Report”un Şimal bürosu xəbər ...
22 Sen - 12:03 / 26 yaşlı kişi özünü asdı üçün şərhlər bağlıdır / Davamı »

Yasamalda yataqxana yandı – 10 nəfər təxliyyə olundu ...

Yasamal rayonunda yataqxana binasında yanğın olub. Elchi.az FHN-ə istinadən xəbər verir ...
22 Sen - 11:42 / Yasamalda yataqxana yandı – 10 nəfər təxliyyə olundu üçün şərhlər bağlıdır / Davamı »

Prezident Sənaye Parkının açılışında – Fotolar ...

Sentyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Balaxanı Sənaye Parkının ...
22 Sen - 11:38 / Prezident Sənaye Parkının açılışında – Fotolar üçün şərhlər bağlıdır / Davamı »

İcra Hakimiyyətinin avtomobili qəzaya düşdü ...

Mingəçevir şəhərində bir qadının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi ...
22 Sen - 11:22 / İcra Hakimiyyətinin avtomobili qəzaya düşdü üçün şərhlər bağlıdır / Davamı »

Qarabağ”- “Roma” oyununa 58 min bilet satılıb ...

     “Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsinin ilk ev oyununda qarşılaşacağı ...
22 Sen - 11:02 / Qarabağ”- “Roma” oyununa 58 min bilet satılıb üçün şərhlər bağlıdır / Davamı »

Bu günə olan valyuta məzənnələri — RƏSMİ ...

Azərbaycan Mərkəzi Bankı 22 sentyabr tarixinə valyuta məzənnələrini açıqlayıb.  Mərkəzi ...
22 Sen - 10:41 / Bu günə olan valyuta məzənnələri — RƏSMİ üçün şərhlər bağlıdır / Davamı »

Cəbhəboyu ərazilərimiz atəşə tutuldu ...

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs ...
22 Sen - 10:21 / Cəbhəboyu ərazilərimiz atəşə tutuldu üçün şərhlər bağlıdır / Davamı »

Azərbaycan nefti bahalaşdı ...

Azərbaycan nefti bahalaşıb. Elchi.az xəbər verir ki, “AzeriLight” markalı neftin 1 ...
22 Sen - 10:01 / Azərbaycan nefti bahalaşdı üçün şərhlər bağlıdır / Davamı »

Azərbaycanlı milyaderin şirkəti ləğv olunur ...

“Aznar” ləğv olunur  Oktyabrın 25-də “Aznar” QSC-nin səhmdarlarının növbədənkənar ümumi ...
22 Sen - 09:40 / Azərbaycanlı milyaderin şirkəti ləğv olunur üçün şərhlər bağlıdır / Davamı »

Azərbaycanda Məhərrəmlik başladı ...

Aşura günü isə oktyabrın 1-nə düşür. Bu gündən Məhərrəm ayı ...
22 Sen - 09:20 / Azərbaycanda Məhərrəmlik başladı üçün şərhlər bağlıdır / Davamı »

İŞİD-in işğalından azad edilən ərazilərdə tapılan azərbaycanlı ...

Suriyanın İŞİD-in işğalından azad edilən ərazilərində tapılan uşaqlar ölkəmizə qayıtdıqdan ...
22 Sen - 09:00 / İŞİD-in işğalından azad edilən ərazilərdə tapılan azərbaycanlı uşaqlarla bağlı AÇIQLAMA üçün şərhlər bağlıdır / Davamı »

Sumqayıtda reyd keçirildi — Qanunsuz sərnişin daşıyan avtobus sür ...

  Sumqayıt Şəhər Polis İdarəsi (ŞPİ) Dövlət Yol Polisi Şöbəsi ...
21 Sen - 19:00 / Sumqayıtda reyd keçirildi — Qanunsuz sərnişin daşıyan avtobus sürücüləri cəzalandırıldı üçün şərhlər bağlıdır / Davamı »

Nazirlər Kabinetində 2018-ci il üzrə dövlət büdcəsi müzakirə edil ...

Azərbaycanın baş naziri Artur Rasi-zadənin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ...
21 Sen - 18:29 / Nazirlər Kabinetində 2018-ci il üzrə dövlət büdcəsi müzakirə edildi üçün şərhlər bağlıdır / Davamı »

İŞİD-dən xilas edilən uşaqlar Azərbaycana gətiriləcək ...

“Bağdadda sığınacağa yerləşdirilmiş azərbaycanlı uşaqların ölkəyə qaytarılması üzərində iş aparılır”. ...
21 Sen - 18:09 / İŞİD-dən xilas edilən uşaqlar Azərbaycana gətiriləcək üçün şərhlər bağlıdır / Davamı »

Ordumuz yeni silahlardan atəş açdı — VİDEO ...

Azərbaycan prezidenti, Silahlı Qüvvələrin ali baş komandanı İlham Əliyevin təsdiq ...
21 Sen - 17:48 / Ordumuz yeni silahlardan atəş açdı — VİDEO üçün şərhlər bağlıdır / Davamı »

Mərkəzi Bank növbəti hərraca hazırlaşır ...

 Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə növbəti dəfə ...
21 Sen - 17:28 / Mərkəzi Bank növbəti hərraca hazırlaşır üçün şərhlər bağlıdır / Davamı »

Nazirlər Kabinetində iki yeni şöbə müdiri təyin edilib – Siya ...

Nazirlər Kabinetinin yol hərəkəti təhlükəsizliyi Komissiyasının üzvlərinin siyahısında dəyişiklik edilib. ...
21 Sen - 17:08 / Nazirlər Kabinetində iki yeni şöbə müdiri təyin edilib – Siyahıda dəyişiklik üçün şərhlər bağlıdır / Davamı »

Təhsil İdarəsinin müdiri aksiya keçirilən məktəbə getdi ...

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva valideynləri iki ...
21 Sen - 16:47 / Təhsil İdarəsinin müdiri aksiya keçirilən məktəbə getdi üçün şərhlər bağlıdır / Davamı »

Baş həkim işdən azad olundu — NAZİRİN ƏMRİ ...

Sabirabad rayon Mərkəzi Xəstəxanasının baş həkimi tutduğu vəzifədən azad olunub. ...
21 Sen - 16:27 / Baş həkim işdən azad olundu — NAZİRİN ƏMRİ üçün şərhlər bağlıdır / Davamı »

Bu il Azərbaycanla Aİ arasında saziş imzalanmayacaq ...

  “Hazırda Avropa İttifaqı ilə yeni saziş üzrə sənədin hansı ...
21 Sen - 16:07 / Bu il Azərbaycanla Aİ arasında saziş imzalanmayacaq üçün şərhlər bağlıdır / Davamı »

Manat hərracda ucuzlaşdı ...

Bu gün Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə ...
21 Sen - 15:45 / Manat hərracda ucuzlaşdı üçün şərhlər bağlıdır / Davamı »

Prezidentdən Elçin Quliyevlə bağlı — SƏRƏNCAM ...

Prezident İlham Əliyev Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyevlə ...
21 Sen - 15:33 / Prezidentdən Elçin Quliyevlə bağlı — SƏRƏNCAM üçün şərhlər bağlıdır / Davamı »

Sabahdan Məhərrəm ayı başlayır ...

Sabahdan hicri təqvimi ilə Məhərrəm ayı başlayır. “Report”un məlumatına görə, ...
21 Sen - 15:25 / Sabahdan Məhərrəm ayı başlayır üçün şərhlər bağlıdır / Davamı »

“Təfəkkür”ün 300 tələbəsi digər ali məktəblərə köçürül ...

     Bu günə kimi “Təfəkkür” Universitetinin 300-ə yaxın tələbəsi digər ...
21 Sen - 15:06 / “Təfəkkür”ün 300 tələbəsi digər ali məktəblərə köçürülüb – Nazirlik üçün şərhlər bağlıdır / Davamı »

Piyadanı öldürüb qaçan sürücü tutuldu ...

     Bakı şəhərində piyadanı vuraraq hadisə yerindən qaçan sürücü saxlanılıb. ...
21 Sen - 14:45 / Piyadanı öldürüb qaçan sürücü tutuldu üçün şərhlər bağlıdır / Davamı »

Arvadı və qızını döydü – Qumbara ilə hədələdi ...

Cəlilabad rayonunda evdən qumbara tapılıb. Daxili İşlər Nazirliyindən Elchi.az-a verilən məlumata ...
21 Sen - 14:25 / Arvadı və qızını döydü – Qumbara ilə hədələdi üçün şərhlər bağlıdır / Davamı »

Sabahın hava proqnozu açqlanıb ...

     Sentyabrın 22-də Bakı və Abşeron yarımadasında hava əsasən yağmursuz ...
21 Sen - 14:05 / Sabahın hava proqnozu açqlanıb üçün şərhlər bağlıdır / Davamı »

Allahşükür Paşazadə Türkiyəyə səfər edəcək ...

  Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə sentyabrın 23-də ...
21 Sen - 13:44 / Allahşükür Paşazadə Türkiyəyə səfər edəcək üçün şərhlər bağlıdır / Davamı »

Direktor işdən çıxarıldı ...

Bakı şəhəri, Sabunçu rayonunda yerləşən 213 saylı tam orta məktəbin ...
21 Sen - 13:24 / Direktor işdən çıxarıldı üçün şərhlər bağlıdır / Davamı »

MTN generalının məhkəməsində şahid ifadəsi — Polkovnikin ölümü ...

Bu gün Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin ...
21 Sen - 13:04 / MTN generalının məhkəməsində şahid ifadəsi — Polkovnikin ölümündə günahkarsan üçün şərhlər bağlıdır / Davamı »

Tanınmış jurnalistin vəziyyəti ağırdır ...

Tanınmış jurnalisti Azər Hüseynbala infarkt keçirib.  Elchi.az xəbər verir ki, ...
21 Sen - 12:43 / Tanınmış jurnalistin vəziyyəti ağırdır üçün şərhlər bağlıdır / Davamı »

Naməlum kişi meyiti tapıldı – Yanında qanlı şpris olub ...

Masallı rayonunda tapılan naməlum kişi meyitinin şəxsiyyəti müəyyənləşdirilib. “Report”un Cənub ...
21 Sen - 12:23 / Naməlum kişi meyiti tapıldı – Yanında qanlı şpris olub üçün şərhlər bağlıdır / Davamı »

İşdən çıxarılan vəzifəli şəxs axtarışa verildi ...

Müəllimlər İnstitutunun bağlanan Gəncə filialınının sabiq direktoru Ramiz Məmmədov axtarışa ...
21 Sen - 12:03 / İşdən çıxarılan vəzifəli şəxs axtarışa verildi üçün şərhlər bağlıdır / Davamı »

İlham Əliyevin 3 mesajı ...

Prezident Ilham Əliyev BMT tribunasındakı çıxışı ilə dünyanın diqqətini Azərbaycana ...
21 Sen - 11:55 / İlham Əliyevin 3 mesajı üçün şərhlər bağlıdır / Davamı »

Prezident Milli Məclisin qəbul etdiyi qanun dəyişikliyinə etiraz etdi ...

  1 76810:38 | Siyasət Azərbaycan Prezidenti İlham Əliyev Milli Məclisin ...
21 Sen - 11:53 / Prezident Milli Məclisin qəbul etdiyi qanun dəyişikliyinə etiraz etdi üçün şərhlər bağlıdır / Davamı »
“Google Analytics” Göstəriciləri
generated by GADWP 

Redaktor: ƏLİ HƏZİQULİYEV


Telefon: (012) 510 8 317
Mobil: 050 205 10 99  
055-205 10 99  

Email: [email protected]
Giriş | Hazırladı "Qurdqanlı Design"