Atamın həyat yoldaşı… – Şəhriyar del Gerani YAZIR

31 Avqust 2017 - 10:18

Atam tək qalmışdı. Bu təkliyin necəliyini dəqiq bilmirəm. Hərənin öz təkliyi olur. Amma atamın təkliyi mənə bir az tanış idi. O, əvvəlcə anamdan, sonra bacımdan, daha sonra məndən tək qalmış idi. Anam dünyadan köç edəndən təxminən 6 ay sonra tale elə gətirdi mən də İranda həbs olundum. Danışıram 2011 oktyabr, 2012 apreldən. Bu aralar atamın başı “qarışdı” bir qədər. Bir qədər dediyim, yəni mən həbsdən qayıdanda anamın il dönümü ərəfəsiydi artıq. Daha sonra hərbi xidmətə yollandım. Mən hərbi xidmətdə olanda böyük bacım da gəlin köçdü. Atam deyir, “qızı köçürtdük, gəldim evə. Bir siqaret yandırdım. Qəfil gördüm anan yox. Sonra gördüm qızlar da köçüb gedib. (Balaca bacım anamın sağlığında ailə qurmuşdu – Ş.d.G.) Adını çağırdım. Dedim, “ay Şəhriyar!” Özümdən asılı olmadı, eləcə adını çağırdım. Gördüm haray yoxdu. Bəs bu boyda ömür hara getdi? Divarlar üstümə gəldi sanki. Əlimi başıma tutub çıxdım həyətə, keçdim qonşu Tofiqgilə”.

Danışıram 2013 aprelindən. Mən hərbi xidmətdəydim. Atam yanıma gəlmiş idi. Səhv etmirəmsə, aprelin sonuncu həftəsi. Yox, səhv etmirəm, 27 aprel, 2013. Şənbə, görüş günü. Görüş bitdi. Bölüyə qayıdıb ştaba ərizə yazdım. Yazdım ki, “üzrlü səbəblərdən dolayı xahiş edirəm mənim məzuniyyətimi tezləşdirəsiniz”. Vaxtından qabaq məzuniyyətimi götürdüm. 1-10 may. Qərara almışdım artıq – atama həyat yoldaşı lazımdır. Məzuniyyətə qədər əmimlə danışdım, gərəkən işləri sahmanladı. Məzuniyyət başladı, gəldim rayona, atama həyat yoldaşı gətirdik.

Bacılarım məndən küsdü. Anlaşılandı. Həyat böyük gerçəkdir. Bu gerçəkliyin nağılı üçalmalı deyil. Oxumaqla, gəzməklə, öyrənməklə olmur, yaşantılar başqa mərhələdir. Nəzəri olaraq ən çətin situasiyalardan başını dik tutub “çıxa” bilərsən. Amma praktikaya gələndə belin bükülər, dişlərin tökülər, dizlərin yerə gələr. Əlbəttə yeni ailə qurmuş gənc qadınlar üçün ahıl yaşında tənha qalmış bir kişini anlamaq çətindir. Fikir vermişəm, bacılarım hələ də atamı bağışlamayıblar. Üstəlik qız övladlarının ata ideallaşdırması. Ümumiyyətlə isə Şərqdə insanı zülm “ucaldır”. Onlar da hamı kimi əzabkeş qəhrəman istəyirlər.

Onlar istəyirdilər atam ailə qurmasın, günü-gündən geriləsin, tək qalsın, beli bükülsün, sarsılsın, xəstə yatağına düşsün və bir gün qəhrəmancasına dünyaya əlvida desin. Amma mənə görə insanı yaşatmaq lazımdır. Ölən deyil, yaşayan qəhrəmandır. Doğrudur, bacılarım bunu dilə gətirməzlər. Amma altşüurdakı budur. Bunu hər ailə məclislərimizdə sezirəm. Keçən dəfə balaca bacım arvadı ölmüş və arvadından sonra ailə qurmamış, iki il sonra dörd dəfə ard-arda infarkt keçirib şikəst qalmış, daha sonra “razılaşdırılmış iynə” ilə öl(dürül)müş uzaq qohumumuzdan elə ağız dolusu danışırdı ki…

Hərdən düşünürəm. Düşünürəm ki, görəsən onların, yəni bacılarımın haqlı olduğu məqam hardadır? Deyəsən kişi-qadın düşüncə kəsişmələrinə gedib çıxır. Yəni bilmirəm necə olardı. Məsələn, atam deyil, anam düşsəydi analoji vəziyyətə, yenə də eyni addımı atardımmı? Görəsən anama da həyat yoldaşı axtarardımmı? Axı qadının da kişiyə ehtiyacı var. Həm də daha çox. Di gəl Qafqaz qadınları bu məsələni həll etmişlər. İkinci Dünya müharibəsində ərlərini itirmiş yüz minlərlə qadın sonrakı həyatlarını dul keçirmişlər. Burda başqa mental, coğrafi, bəlkə genetik səbəblər də var. Deyəsən bu, başqa mövzudur. Həm də mən bu mövzuya indi hazır deyiləm.

Atama həyat yoldaşı gətirdik. Məzuniyyətdən qayıtdım, hərbi xidməti başa vurdum. Zamanla bir çox nəsnələr aydınlandı. Birgəyaşayışın gətirdiyi məişət vərdişləri formalaşdı. Amma doğmalıq? Bu, dəhşətli bəşəri həqiqətdir. Sənə doğma olmayan, sənin sevginə adekvat olmayan birinə gözünün ağını yedizdirərsən dərmanı onda olsa, deyər, “Bu nədir? Turşdur, ağlamış gözü mənə niyə yedizdirirsən?” Bacılarıma tapşırmışam, həmişə mehriban danışın onunla. Hərdən zəng eləyin, nəsə soruşun, guya bilmirsiniz, ondan öyrənirsiniz. Ən adi məsələlərdə ünsiyyətdə olun. Deyəsən etmirlər.

Hər rayona getdiyimdə sarsılıram. O qadının, atamın həyat yoldaşının canfəşanlığı məni alt-üst edir. Səhər vaxtı:

– Şəhriyar, nə yeyəcəksən, nə hazırlayım?

– Heç nə, səhərlər yemirəm.

– Ay başına dönüm, elə şey olar? Elə bütün qüvvət səhər yeməyindədi dənə. Yumurtanı yağa vurum, yoxsa qaynadım? İstəyirsən boş qaynadım, duz-istiotla ye. Sosiska da var, istəyirsən sosiska qaynadım. Ya kolbasa-pendir? Pomidor-yumurta xoşlayansan, acı bibərlə bişirim ye. Hə?

Mən bezgin səslə:

– Yox e, çay içəcəm. Bir azdan yeyərəm.

– Onda şirin kökə bişirmişəm, sən sevdiyindən, kişmişli. Çayla ye bir dənəsin, mədəndə nəsə olsun.

Birtəhər razı salır. Çayı içdiyim yerdə gəlir:

– Bə günorta nə istəyirsən? Bayaq atana dedim iki dənə beçə kəsdi, içalatını qovurum? Beçəni soyutma eləyərəm, yaydı, yağlı yemək adamın ürəyinə dəyir. İçalatını da qovuraram yeyərsən. Hə? İstəyirsən dolma bişirim? Quzu əti də var. Kalafur eləyim bəlkə? Axşama da ördək gətizdirəcəm kənddən, plov dəmlərəm, ördəyi də basdırma edib qoyaram altına, dostlarını çağırarsan, yeyərsiz.

– Yox e, axşam kafedə olacıq, lazım deyil, özün nə istəyirsən bişir.

– Ay başına dönüm, kafedə nə bilirlər yemək bişirməyi? Hazırlayaram, zəng edərəm hazır olanda gəlib apararsan, harda istəsən yeyərsiz.

Birtəhər razı salır.

– Yaxşı, sən plovu dəmlə, gələrik.

– Dükan soku-zadı da alma, yaxşı kampot bağlamışam, nə istəsən, limon da vurmuşam, elə dadlı olub ki. Soyuducuya qoymuşam, qoy gətirim dadına bax.

Əlbəttə bütün bunlar ilk baxışdan adi görünə bilər. Amma inanın, böyük işlərdir. Ümumiyyətlə sevgi böyük fədakarlıqlarda deyil, xırda detallarda görünür. Məsələn, yatağımın yanındakı kətilin üstündə telefon, su, kitab, siqaret və külqabı olur. Yay vaxtı suyu dəyişər dəmbədəm, səriniylə əvəzlər. Külqabını isə zibilə atar, yuyar, qurulayıb gətirər. Baxın, külqabını atmaq normaldır. Amma sonra yumaq, qurulayıb gətirmək sevgidir. Köynəyin qırış olub-olmaması mənim üçün o qədər də önəmli deyil. Amma onun üçün faciədir. Bir dəfə qırış köynəklə çıxmışdım evdən. Məndən küsdü ki, “biabır elədin məni el-aləmin içində”. Maşın yuduzdurmağa ərinirəm, moykada gözləyəndə canım çıxır. Adətən kirli olur maşın. Nə vaxt rayonda oluram, görürəm mən yatanda maşını yuyub. Deyir, həyət-bacanı silib-süpürürdüm, gördüm tozludu, şampunlayıb yudum. Qoy təmiz olsun. Paltarlarımı yuyar, ütüləyər, səliqəylə düzər yanaşı. Corabımı da ütüləyir. Anamın şəklini çərçivəyə salıb divardan asmışıq. Dünən gördüm evdə təmizlik işləri aparır. Əşyaların tozunu alanda diqqət kəsildim. Üzüm televizora, arxam anamın divardan asılmış şəklinə. Qeyri-iradi çevrilib gözaltı baxırdım, sezdirmədən. Gördüm anamın şəklini çox ehtiyatla sildi. Hətta şəkli siləndə əlindəki dəsmalı çevirdi təmiz üzünə.

Atamla dostlaşmışıq çoxdan. Bir dəfə sözarası eşitdirdim ki, sən istəməsən də qadın istəyər, qadın üçün övlad keçilməz istəkdir, əgər bizə görə narahatlıq keçirirsə, de ki, narahat olmasın. Hətta mən istəyirəm də uşağınız olsun. Atam demişdi. Cavabı belə olub: “Yox, gecdi, biz elə bir-birimizin uşaqlarıyıq, üç uşaq bəsimizdi…”

Bir dostum danışırdı. Deyir: “Analığıma hərdən ana deyə müraciət edirəm ki, qoy atamın könlü xoş olsun”. Nə bilim, mən bacarmıram bunu. Nəinki bacarmaq, hətta lazımsız bilirəm. Hər kəs öz yerində gözəldir. Böyük bacım gəlmişdi bayaq. Danışırdıq. Deyir, gəlin (atamın həyat yoldaşını nəzərdə tutur – Ş.d.G.) səndən giley edirdi. Soruşdum, niyə?

– Nə bilim, deyir, Şəhriyar məni yad bilir, 4 ildir bu evdəyəm, hələ də hər dəfə bura gələndə alt paltarlarını özü yuyur çiməndə, mənə vermir. Mən ona neyləmişəm ki?

Qısa URL: http://www.elchi.az/?p=88798



Bakıda 6 aylıq körpə dölü tapıldı – Küçəyə atılıb ...

Bakıda küçədə 6 aylıq körpə dölü tapılıb. Elchi.az “Report”a istinadən xəbər ...
20 Noy - 19:01 / Bakıda 6 aylıq körpə dölü tapıldı – Küçəyə atılıb üçün şərhlər bağlıdır / Davamı »

Zığda sürüşmə sahəsi genişlənir ...

“Zığ sürüşmə sahəsində ümumilikdə aktivlik müşahidə edilir”. Elchi.Az xəbər verir ki, ...
20 Noy - 18:49 / Zığda sürüşmə sahəsi genişlənir üçün şərhlər bağlıdır / Davamı »

Gələcəkdən gəldiyini iddia edən adam — “Sizə xəbər gətir ...

Rusiyada bir nəfər 2021-ci ildən gəldiyini iddia edib. Elchi.Az Ölkə.Az-a istinadən ...
20 Noy - 18:29 / Gələcəkdən gəldiyini iddia edən adam — “Sizə xəbər gətirmişəm” üçün şərhlər bağlıdır / Davamı »

Əli Həsənov Brüsseldə Qarabağ məsələsini qaldırdı ...

Noyabrın 20-də Belçikanın paytaxtı Brüsseldə Azərbaycanın Diasporla İş üzrə Dövlət ...
20 Noy - 18:09 / Əli Həsənov Brüsseldə Qarabağ məsələsini qaldırdı üçün şərhlər bağlıdır / Davamı »

Zakir Həsənov cəbhədə təlimləri izlədi – FOTOLAR ...

Komanda-qərargah hərb oyunları çərçivəsində cəbhəboyu zonada yerləşən müxtəlif təlim poliqonlarında ...
20 Noy - 18:01 / Zakir Həsənov cəbhədə təlimləri izlədi – FOTOLAR üçün şərhlər bağlıdır / Davamı »

Nazirlikdən XƏBƏRDARLIQ: Azərbaycanda toz dumanı olacaq ...

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühit üzrə Milli ...
20 Noy - 17:48 / Nazirlikdən XƏBƏRDARLIQ: Azərbaycanda toz dumanı olacaq üçün şərhlər bağlıdır / Davamı »

Oruc Zalov: Azərbaycanda uşaq əməyindən istifadə edilir ...

“Bir çox ölkədən fərqli olaraq, Azərbaycanın hüquq-mühafizə orqanlarında azyaşlılar üzrə ...
20 Noy - 17:28 / Oruc Zalov: Azərbaycanda uşaq əməyindən istifadə edilir üçün şərhlər bağlıdır / Davamı »

Xəzərin statusu ilə bağlı nazirlər səviyyəsində yeni görüş keç ...

Dekabrın əvvəlində Rusiyada Xəzərin statusu ilə bağlı nazirlər səviyyəsində yeni ...
20 Noy - 17:08 / Xəzərin statusu ilə bağlı nazirlər səviyyəsində yeni görüş keçiriləcək üçün şərhlər bağlıdır / Davamı »

“YouTube”un mobil proqramında yeni funksiya istifadəyə veriləcək ...

“YouTube” servisinin mobil proqramının yeni versiyasının araşdırılması zamanı maraqlı detal ...
20 Noy - 16:47 / “YouTube”un mobil proqramında yeni funksiya istifadəyə veriləcək üçün şərhlər bağlıdır / Davamı »

Sürücülərə vacib xəbər – VİDEO ...

ASAN xidmətin sürücülər üçün yaratdığı xidmətlərdən biri olan Asanpay.az saytında elektron ...
20 Noy - 16:27 / Sürücülərə vacib xəbər – VİDEO üçün şərhlər bağlıdır / Davamı »

NATO-nun nümayəndə heyəti Azərbaycanda ...

Azərbaycan Silahlı Qüvvələrində NATO-nun Müttəfiq Transformasiya Komandanlığı Qərargahının ekspert qrupu ...
20 Noy - 16:07 / NATO-nun nümayəndə heyəti Azərbaycanda üçün şərhlər bağlıdır / Davamı »

Temperatur 7 dərəcə enəcək, qar yağacaq — XƏBƏRDARLIQ ...

Noyabrın 22-si gün ərzində Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin ...
20 Noy - 15:46 / Temperatur 7 dərəcə enəcək, qar yağacaq — XƏBƏRDARLIQ üçün şərhlər bağlıdır / Davamı »

Nazir: BMT Təhlükəsizlik Şurasının qətnamələri yerinə yetirilməy ...

“BMT Təhlükəsizlik Şurasının qətnamələrinin son tarixi yoxdur. Qətnamə yerinə yetirilməyənə ...
20 Noy - 15:26 / Nazir: BMT Təhlükəsizlik Şurasının qətnamələri yerinə yetirilməyənə qədər qüvvədədir üçün şərhlər bağlıdır / Davamı »

Rusiya XİN: Qarabağ münaqişəsinin həlli planı masa üzərindədir ...

“Diplomatiya Dağlıq Qarabağ münaqişəsinin hər iki tərəfi üçün məqbul olan ...
20 Noy - 15:06 / Rusiya XİN: Qarabağ münaqişəsinin həlli planı masa üzərindədir üçün şərhlər bağlıdır / Davamı »

Ramil Səfərovun həbsxana görüntüləri yayıldı – FOTO ...

Azərbaycan Silahlı Qüvvələrinin zabiti, Macarıstanda məhbus həyatı yaşamış Ramil Səfərov ...
20 Noy - 14:45 / Ramil Səfərovun həbsxana görüntüləri yayıldı – FOTO üçün şərhlər bağlıdır / Davamı »

Yeni yaradılan dövlət qurumunun əməkdaşlarının — MAAŞ SİYAHISI ...

Nazirlər Kabineti Mənəvi Dəyərlərin Təbliği Fondunun işçilərinin say həddinin müəyyən ...
20 Noy - 14:25 / Yeni yaradılan dövlət qurumunun əməkdaşlarının — MAAŞ SİYAHISI üçün şərhlər bağlıdır / Davamı »

Ermənistan müstəqil qərar qəbul edə bilmir — Prezidentin köməkç ...

“Bu gün dövlətlərin heç də hamısı müstəqil xarici siyasət aparmağa ...
20 Noy - 14:05 / Ermənistan müstəqil qərar qəbul edə bilmir — Prezidentin köməkçisi üçün şərhlər bağlıdır / Davamı »

Bakıda Azərbaycan və Rusiya XİN rəhbərlərinin görüşü keçirilir ...

Bakıda Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun rusiyalı həmkarı Sergey ...
20 Noy - 13:44 / Bakıda Azərbaycan və Rusiya XİN rəhbərlərinin görüşü keçirilir üçün şərhlər bağlıdır / Davamı »

Leyla Şıxlinskayaya dəyən ziyanın məbləği açıqlandı ...

Bakı Ağır Cinayətlər Məhkəməsində “Leyla Şıxlinskaya” klinikasının mənimsəmədə və vəzifə ...
20 Noy - 13:24 / Leyla Şıxlinskayaya dəyən ziyanın məbləği açıqlandı üçün şərhlər bağlıdır / Davamı »

Hakim vəkillik fəaliyyətinə başladı — FOTO ...

Bakı Ağır Cinayətlər Məhkəməsinin sabiq hakimi Eynulla Vəliyev vəkil kimi ...
20 Noy - 13:04 / Hakim vəkillik fəaliyyətinə başladı — FOTO üçün şərhlər bağlıdır / Davamı »

Bakıda zavodda partlayış — Ölən və yaralananlar var ...

Bakıda zavodda partlayış olub. Elchi.az-ın APA-ya istinadən məlumatına görə, hadisə ...
20 Noy - 12:52 / Bakıda zavodda partlayış — Ölən və yaralananlar var üçün şərhlər bağlıdır / Davamı »

FIFA-nın prezidenti və baş katibi Azərbaycana gəlir ...

FIFA prezidenti Canni İnfantino Azərbaycana səfər edəcək. AFFA-dan Elchi.az-a verilən ...
20 Noy - 12:43 / FIFA-nın prezidenti və baş katibi Azərbaycana gəlir üçün şərhlər bağlıdır / Davamı »

Sergey Lavrov: Rusiya və Azərbaycan strateji tərəfdaşdır ...

“Azərbaycanla Rusiya arasında diplomatik əlaqələr qurulduqdan sonra iki ölkənin münasibətlərində ...
20 Noy - 12:23 / Sergey Lavrov: Rusiya və Azərbaycan strateji tərəfdaşdır üçün şərhlər bağlıdır / Davamı »

Bulvarda faciə — Spirtli içki bir gəncin həyatına son qoydu ...

Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Elchi.az Lent.az-a istinadən ...
20 Noy - 12:03 / Bulvarda faciə — Spirtli içki bir gəncin həyatına son qoydu üçün şərhlər bağlıdır / Davamı »

İlham Əliyev: Övladlarımızın qanı yerdə qalmayacaq ...

Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Uşaqlarının IV Ümumrespublika Uşaq Forumunun ...
20 Noy - 11:42 / İlham Əliyev: Övladlarımızın qanı yerdə qalmayacaq üçün şərhlər bağlıdır / Davamı »

DİM vakant yerlərə qəbulun nəticələrini açıqladı ...

Dövlət İmtahan Mərkəzi (DİM) noyabrın 18-də dövlət qulluğunda inzibati vəzifələrin ...
20 Noy - 11:22 / DİM vakant yerlərə qəbulun nəticələrini açıqladı üçün şərhlər bağlıdır / Davamı »

Yeni ildə neçə gün istirahət edəcəyik? ...

Yeni il bayramına az qalıb. Elchi.az xəbər verir ki, yeni ...
20 Noy - 11:02 / Yeni ildə neçə gün istirahət edəcəyik? üçün şərhlər bağlıdır / Davamı »

Bu günə olan valyuta məzənnələri — RƏSMİ ...

Azərbaycan Mərkəzi Bankı 20 noyabr tarixinə valyuta məzənnələrini açıqlayıb. Mərkəzi ...
20 Noy - 10:41 / Bu günə olan valyuta məzənnələri — RƏSMİ üçün şərhlər bağlıdır / Davamı »

Qarakənd faciəsindən 26 il ötdü ...

Bu gün 1991-ci ildə Azərbaycan siyasi elitasının faciəvi ölümündən düz ...
20 Noy - 10:21 / Qarakənd faciəsindən 26 il ötdü üçün şərhlər bağlıdır / Davamı »

Cəbhədə gərginlik — Cəbhəboyu ərazilərimiz atəşə tutuldu ...

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da ...
20 Noy - 10:01 / Cəbhədə gərginlik — Cəbhəboyu ərazilərimiz atəşə tutuldu üçün şərhlər bağlıdır / Davamı »

Neft ucuzlaşır ...

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişir. Elchi.az xəbər verir ...
20 Noy - 09:40 / Neft ucuzlaşır üçün şərhlər bağlıdır / Davamı »

Bakıda 16 mərtəbəli binadan bahalı avtomobilin üzərinə paltaryuyan ...

Bakıda binadan avtomobilin üzərinə paltaryuyan maşın atıblar. Elchi.az Trend-ə istinadən ...
20 Noy - 09:20 / Bakıda 16 mərtəbəli binadan bahalı avtomobilin üzərinə paltaryuyan maşın atdılar — FOTO üçün şərhlər bağlıdır / Davamı »

Bakıda intihar hadisəsi — Qadın özünü binadan atdı ...

Bakıda qadın özünü beşinci mərtəbədən atıb. Elchi/az “Report”a istinadən  xəbər ...
20 Noy - 09:00 / Bakıda intihar hadisəsi — Qadın özünü binadan atdı üçün şərhlər bağlıdır / Davamı »

Azercell-in 4G xidmətləri bölgələrə yayılır ...

Ölkədə 4G xidmətini ilk dəfə abunəçilərinə təqdim edən və Azərbaycanın ...
19 Noy - 07:51 / Azercell-in 4G xidmətləri bölgələrə yayılır üçün şərhlər bağlıdır / Davamı »

Prezidentdən Aslan Aslanovla bağlı Sərəncam ...

Bu gün prezident İlham Əliyev Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal ...
19 Noy - 07:42 / Prezidentdən Aslan Aslanovla bağlı Sərəncam üçün şərhlər bağlıdır / Davamı »

Dolların yaxın 6 il üzrə məzənnəsi ilə bağlı — PROQNOZ ...

Analitiklər yaxın altı il ərzində dolların aqibəti barədə proqnoz veriblər. ...
17 Noy - 19:01 / Dolların yaxın 6 il üzrə məzənnəsi ilə bağlı — PROQNOZ üçün şərhlər bağlıdır / Davamı »

“WhatsApp”da səsli mesajların yeni funksiyası sınaqdan keçirilir ...

“WhatsApp” messencerinin yaradıcıları səsli mesajların yeni funksiyasını sınaqdan keçirirlər. Elchi.Az Lent.az-a ...
17 Noy - 18:49 / “WhatsApp”da səsli mesajların yeni funksiyası sınaqdan keçirilir üçün şərhlər bağlıdır / Davamı »

“Azərişıq”: Elektrik enerjisi təchizatında heç bir proble ...

Payız-qış mövsümündə abonentlərin elektrik enerjisi ilə təchizatında heç bir problem ...
17 Noy - 18:29 / “Azərişıq”: Elektrik enerjisi təchizatında heç bir problem olmayacaq üçün şərhlər bağlıdır / Davamı »

Lavrov Bakıya gəlir – Səfər proqramı ...

Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov 19-20 noyabr tarixlərində Azərbaycan Respublikasında ...
17 Noy - 18:09 / Lavrov Bakıya gəlir – Səfər proqramı üçün şərhlər bağlıdır / Davamı »

“Bakı Prosesi”nin 10-cu ildönümü qeyd ediləcək ...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Bakı Prosesi”nin 10-cu ildönümünün qeyd ...
17 Noy - 18:06 / “Bakı Prosesi”nin 10-cu ildönümü qeyd ediləcək üçün şərhlər bağlıdır / Davamı »

Yenə zəlzələ oldu — 4 bal gücündə ...

Azərbaycanın bəzi rayonlarında yenidən zəlzələ olub. Elchi.az xəbər verir ki, ...
17 Noy - 18:03 / Yenə zəlzələ oldu — 4 bal gücündə üçün şərhlər bağlıdır / Davamı »

“Facebook” “Sil” funksiyasını ləğv etdi ...

“Facebook” sosial şəbəkəsində yenilik olub. Elchi.Az Ölkə.Az-a istinadən xəbər verir ki, ...
17 Noy - 17:48 / “Facebook” “Sil” funksiyasını ləğv etdi üçün şərhlər bağlıdır / Davamı »

Prokurorluq orqanlarına əlavə səlahiyyət verildi ...

Milli Məclisin bu gün keçirilən plenar iclasında İnzibati Xətalar Məcəlləsində ...
17 Noy - 17:28 / Prokurorluq orqanlarına əlavə səlahiyyət verildi üçün şərhlər bağlıdır / Davamı »

Əməkdaşlıq komitəsinin iclası gələn il olacaq ...

“Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlıq üzrə sonuncu alt komitənin ...
17 Noy - 17:08 / Əməkdaşlıq komitəsinin iclası gələn il olacaq üçün şərhlər bağlıdır / Davamı »

Bakı Şəhər İcra Hakimiyyəti Əmlak Məsələləri Dövlət Komitəsin ...

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Əmlak Məsələləri Dövlət Komitəsinin yanında ...
17 Noy - 16:47 / Bakı Şəhər İcra Hakimiyyəti Əmlak Məsələləri Dövlət Komitəsini məhkəməyə verdi üçün şərhlər bağlıdır / Davamı »

Yeni nəsil şəxsiyyət vəsiqələrinin verilmə tarixi açıqlandı ...

Azərbaycanda vətəndaşlara yeni nəsil şəxsiyyət vəsiqələri 2019-cu ilin yanvarın 1-dən ...
17 Noy - 16:27 / Yeni nəsil şəxsiyyət vəsiqələrinin verilmə tarixi açıqlandı üçün şərhlər bağlıdır / Davamı »

Zimbabvedə hərbçilər Muqabenin məmurlarını həbs etdilər ...

Zimbabvedə hərbçilər prezident Robert Muqabenin yaxın ətrafına daxil olan bir ...
17 Noy - 16:07 / Zimbabvedə hərbçilər Muqabenin məmurlarını həbs etdilər üçün şərhlər bağlıdır / Davamı »

Sürücünün söhbətə görə cəzalandırılması aradan qaldırıldı ...

Azərbaycanda nəqliyyat vasitələrinin saxlanılması qaydasının pozulması ilə bağlı maddəyə dəyişiklik ...
17 Noy - 15:46 / Sürücünün söhbətə görə cəzalandırılması aradan qaldırıldı üçün şərhlər bağlıdır / Davamı »

Azərbaycanda “Rəşadət” ordeni təsis edildi ...

Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan silahlı qüvvələri üçün ...
17 Noy - 15:26 / Azərbaycanda “Rəşadət” ordeni təsis edildi üçün şərhlər bağlıdır / Davamı »

Müdafiə naziri müşavirə keçirdi ...

Noyabrın 17-də Mərkəzi Komanda Məntəqəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənovun ...
17 Noy - 15:06 / Müdafiə naziri müşavirə keçirdi üçün şərhlər bağlıdır / Davamı »
“Google Analytics” Göstəriciləri
generated by GADWP 

Redaktor: ƏLİ HƏZİQULİYEV


Telefon: (012) 510 8 317
Mobil: 050 205 10 99  
055-205 10 99  

Email: [email protected]
Giriş | Hazırladı "Qurdqanlı Design"