2 hərbi qulluqçunun qar uçqununa düşməsi faktına görə cinayət işi başlandı

4

Müdafiə Nazirliyinin 2 hərbi qulluqçusunun martın 7-də qar uçqununa düşməsi faktı üzrə cinayət işi başlanıb.

Elchi.az  Trend-ə istinadən bildirir ki, fakta görə Gəncə Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 342.2-ci (qulluğa səhlənkar yanaşma ağır nəticələrə səbəb olduqda, habelə müharibə vaxtı və döyüş şəraitində törədildikdə) maddəsilə cinayət işi başlanıb.

Hələlik fakta görə saxlanılan yoxdur.

Xatırladaq ki, bu il martın 7-də Azərbaycan Ordusunun iki hərbi qulluqçusu – gizir Abdullayev Hafiz Məhəd oğlu və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Məmmədov Fərrux Fərman oğlu mövqe istiqamətində hərəkət edərkən qar uçqununa düşərək həlak olublar.