Bakıda narkotik aludəçisi olan gənc qəfildən ölüb.
2000-ci il təvəllüdlü Əkbər Əkbərov fevralın 20-də saat 23 radələrində 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsində vəfat edib.
Məhkəmə tibbi ekspertizası təyin olunub. İlkin araşdırma zamanı məlum olub ki, Ə. Əkbərov narkotik maddə istifadəçisidir və bununla bağlı 2019-cu ilin yanvar ayında Respublika Narkoloji Mərkəzində müalicə olunub.
Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.(qafqazinfo.az)