YSK (MSK) qərarı ilə İstanbulda 31 martda keçirilmiş bələdiyyə seçkilərinin nəticələrinin ləğvi Türkiyənin bir nömrəli gündəmi olub.
Mia.az xəbər verir ki, YSK-nın bu qərarı Türkiyənin sabiq baş naziri Əhməd Davudoğlunun da etirazına səbəb olub.
O, qərarın hüququn təməl prinsiplərinə və oturuşmuş sistemə zidd olduğunu bildirməklə yanaşı, xüsusi vurğulayıb ki, bu, ölkənin siyasi həıyatına böyük zərər verəcək: “Türk siyasi həyatının və demokratiyanın bütün əskiklərinə rəğmən, ən önəmli güc seçkinin etibarlılğı və qanuniliyidir. Ölkəmizi ən çətin anlardan, ən kritik böhranlardan çəkib çıxaran həmişə millətimizin seçkidə ortaya qoyduğu iradə olub. Bəhanə və gərəkçə nə olur olsun, 31 mart seçkisindən sonrasında yaşananlar və YSK-nın ləğv qərarı bu təməl dəyərlərimizin ciddi zədələnməsinə yol açdı.
Ədalətli, qanunlara uyğun seçkilər demokratiyanın olduğu qədər, ortaq aidyyatı düşüncəmizin də referans nöqtəsidir. YSK bu qərarı ilə təməl hüquqa da, düşüncələrmizə də zərər verməkdədir”.
Davudoğlu bildirib ki, siyasî hərəkətlər üçün ən böyük itki seçkilər deyil, cəmiyyətin vicdanında əxlaqi üstünlüyü itirməkdir: “İndi həll olunası vacib olan məsələlər budur: ölkəmizin adına yaraşan əxlaqlı, dürüst seçki prosesi aparmaq, gərginlik və qütbləşmələrdən uzaq duraraq, demokratik təməl prinsiplərimizin daha çox zədələnməsinə əngəl olmaqdır”.
Xatırladaq ki. YSK 31 mart seçkisinin nəticələrini ləğv edib.
Təkrar seçkilər isə iyunun 23-də keçiriləcək.
Onu da qeyd edək ki, AKP yenə Binəli Yıldırımla, CHP isə Əkrəm İmamoğlu ilə İstanbuldakı seçkidə mübarizə aparacaq.
“Rusiyanın köməyi ilə bir çox Qərb dəyərlərini mənimsəmişik”-Qüdrət Həsənquliyev
“Ədalətli, mülki, demokratik cəmiyyət, hüquq dövləti qurmaq üçün addım-addım irəli getməliyik” Ədalət, Hüquq, Demokratiya Partiyasının (ƏHD) sədri, millət vəkili Qüdrət...