Əgər bir siyasətçi övladını, ailəsini siyasi alver predmetinə çevirirsə… – Əli Həsənov

18 Sentyabr 2018 - 18:32

“Ailəsini siyasi alver predmetinə çevirən Paşinyanın rəhbərlik etdiyi xalqı hansı fəlakətlər gözlədiyini ehtimal etmək çətin deyil”.

Elchi.az  Trendə istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi – şöbə müdiri Əli Həsənov “Facebook” səhifəsində yazıb.

Ə.Həsənov qeyd edib: “Hər bir xalqın taleyində önəmli rol oynamış, öz əməlləri ilə adını tarixə yazmış şəxsiyyətlər var. Ümummilli lider Heydər Əliyev bu dövləti məhv olmaq təhlükəsindən xilasetmə missiyasını öz üzərinə götürməklə, bütün zamanını, sağlamlığını Azərbaycan dövlətçiliyini qorumaq, qurmaq və inkişaf etdirmək kimi ali bir məqsədə həsr etməklə və bu vəzifəni layiqincə yerinə yetirməklə adını xalqımızın tarixinə qızıl hərflərlə yazdı. Heydər Əliyev haqq dünyasına gözü arxada qalmadan, rahat köçdü. Ona bu rahatlığı gördüyü işlərin və xalqı qarşısında xidmətlərinin sərhədsiz miqyası verirdi. Bir də ki, ulu öndər təməlini qoyduğu siyasətin gələcəkdə də davam edəcəyinə və Azərbaycanı yeni qələbələrə aparacağına əmin idi və son 15 ilin mənzərəsi də dahi şəxsiyyətin nə qədər düzgün düşündüyünü isbat etdi”.

O vurğulayıb ki, Prezident İlham Əliyev kiçik bir ölkəni dünya çapında nüfuzlu, sayılıb-seçilən, səsi eşidilən bir dövlətə, dünya qarşıdurma və terrorla üz-üzə olarkən dinamik inkişaf edən sabitlik adasına çevirməklə əsl siyasətçinin nəyə qadir olduğunu nümayiş etdirdi: “Bədxahlar “Azərbaycan çökür” deyərkən Azərbaycan daha möhtəşəm addımlarla irəlilədi, “hakimiyyətin sonudur” iddia edənlər hakimiyyətin gündən-günə gücləndiyini gördülər, “bu siyasətin sonu yoxdur” xülyası ilə yaşayanlar həmin siyasətin zəfərlərini sayıb qurtara bilmirlər…

Qarşı tərəfdə Azərbaycana meydan oxuyan siyasətçilərin aqibətinə baxın. Ter-Petrosyanı tarixə gömən Koçaryan-Sarkisyan mafiyasını “demokratik inqilab” adı altında küçədən siyasətə gəlmiş Paşinyan kimi bir populist layiq olduqları yerə göndərdi. İndi də barələrində cinayət işi qaldırılır, illərlə erməni xalqına qarşı törətdikləri cinayətlərin hesabı sorulur. Ancaq necə?”

Prezidentin köməkçisi bildirib ki, Paşinyan hakimiyyətə gələndə ermənilər eyforiyaya qapılaraq bunu bütün dünya qapılarının onların üzünə açılması, “demokratik” Ermənistanın Azərbaycan üzərində tam qələbəsi kimi anladılar: “İnvestisiyaların sel kimi axacağını, dünya liderlərinin bir-birinin ardınca Ermənistana səfər edəcəyini, Azərbaycan ərazilərinin işğalının qanuniləşdiriləcəyini zənn etdilər.

İndi erməni mətbuatı nə yazır? Paşinyan diktatora xas olan üsullarla öz opponentlərini əzməyə çalışır, ölkədə dərəbəylik və xaos hökm sürür, iqtisadiyyat tam iflas astanasındadır, xarici siyasətdə uğursuzluqlar bir-birini əvəz edir. Ermənistanın baş naziri beynəlxalq tədbirlərdə digər ölkələrin başçıları ilə selfi çəkdirməyi yerli ictimaiyyətə Ermənistanın “xarici siyasət uğuru” kimi sırımağa çalışır”.

Ə.Həsənov əlavə edib ki, Paşinyan hakimiyyətə gələndən sonra verdiyi vədlərlə törətdiyi əməllərin arasında yaranmış uçurumu populist bəyanatlarla və sərsəm addımlarla kompensasiya etməyə çalışır: “Bəyan edir ki, keçmiş hakimiyyətin oğurladığı sərvəti xalqa qaytarmaq uğrunda mübarizə aparır. Amma indi hamı başa düşür ki, o bu sərvətdən öz şəxsi payını istəyir. Paşinyan demokratik idarəçilikdən dəm vurur, amma Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyan ilə Xüsusi İstintaq Xidmətinin rəisi Sasun Xaçatryan arasında baş tutan telefon danışığı bu “demokratik” addımların konturlarını tam aydınlığı ilə cızır. Baş nazir ölkədə artıq hakimiyyətin medianın fəaliyyətinə müdaxilə etmək ənənəsinə son qoyulduğunu bəyan edir, bir gün sonra isə Ermənistanda gizli yazılan telefon danışığı haqqında məlumatı ilk yayanlardan biri olmuş “Yerevan.today” saytının redaksiyasında və baş redaktorun yaşadığı evdə axtarış aparılır.

Bir gün yuxudan ayılıb Azərbaycanı Dağlıq Qarabağdakı separatçı rejimlə danışıqlar aparmağa çağırır. Sabahı gün də sözlərini geri götürür. Dağlıq Qarabağ ətrafındakı 7 rayonu “DQR” ərazisi elan edir və bununla da beynəlxalq ictimaiyyəti, ATƏT-in Minsk qrupunun həmsədrlərinə hörmətsizliyini açıq büruzə verir. Komandasını rusofoblardan formalaşdırır, gündə bir neçə dəfə də Rusiya ilə müttəfiqliyə sadiqliyindən danışır. Artıq hamı başa düşür ki, Ermənistanın baş naziri tutduğu posta qeyri-adekvatdır, siyasətçi adına parodiyadır və onun barəsində “erməni radiosu”nun anekdotları artıq qısa zaman məsələsidir”.

PA rəsmisi deyib ki, əgər bir siyasətçi övladını, ailəsini siyasi alver predmetinə çevirirsə, onun rəhbərlik etdiyi xalqı hansı fəlakətlər gözlədiyini ehtimal etmək bir o qədər də çətin deyil: “DQR”-in “müstəqil dövlət olduğunu” və Azərbaycanın bu “dövlətlə” danışıqlar aparmasının zəruriliyini iddia edən baş nazirdən soruşulmalıdır ki, “sənin oğlun nəyə görə bu “müstəqil dövlətdə” hərbi xidmətdədir?” Əslində, bu addımı atmaqla o, nəinki işğal faktını təsdiqləyir, üstəlik, məhz Ermənistanın münaqişə tərəfi olduğunu etiraf edir. Hələ bir həyasızcasına Azərbaycan Prezidentinə öz övladını Qarabağa göndərməyi tövsiyə edir və bu addımı təmas xəttində atəşkəsin bərpa olunmasının qarantiyası kimi göstərməyə çalışır. Digər tərəfdən də Paşinyanın həyat yoldaşı Azərbaycan qadınlarına çağırış edərək münaqişənin dayandırılması və əsgər ölümlərinə son qoyulması üçün səy göstərmələrini istəyir. Amma baş nazir olan həyat yoldaşından soruşmur ki, axı Ermənistan vətəndaşı “müstəqil DQR”-də niyə ölməlidir?”

Onun sözlərinə görə, Paşinyan hakimiyyətinin məntiqsizliyi və ziddiyyəti o qədər dərindir ki, bunu xüsusi təhlil etməyə lüzum da qalmır: “Lakin anlaşılmayan özünü azərbaycanlı adlandıran bəzi bədxahların Paşinyanın səsinə səs verməsi, erməni dəyirmanına su tökməsidir. Xüsusilə də xaricə qaçmış bir çox antimilli insanların hərəkəti bəzən bütün əndazələri aşır. Bunlar gör Azərbaycan və onun dövlət simvollarına nə qədər sayğısız münasibət bəsləyir ki, hətta Ermənistan baş nazirinin ailə üzvləri ilə bağlı populist addımlarını belə, az qala “qəhrəmanlıq” nümunəsi kimi qələmə verir və Azərbaycan hakimiyyətini hədəf götürürlər”.

Ə.Həsənov qeyd edib ki, Azərbaycan Prezidentinin övladının hərbi xidmətə getməsi bütün cəmiyyət, gənclərimiz üçün yaxşı bir örnəkdir: “Bu gün doğma torpağı harada müdafiə etmək lazımdırsa, Heydər Əliyev orada da olacaq və ləyaqətlə, şərəflə Vətən qarşısında öz borcunu ödəyəcək. Buna heç kimin şübhəsi olmasın. Mövzunu manipulyasiya obyektinə çevirənlər isə fərari kimi xaricə üz tutanlar, özlərini Vətən təəssübkeşi kimi qələmə verib övladlarını hərbi xidmətdən yayındıranlardır. Mən əvvəllər paylaşdığım statuslardan birində ifadə etdiyim bir fikri yenə də təkrar edirəm: bu gün Azərbaycan dövlətinə və onun simvollarına, hakimiyyət nümayəndələrinə, cəmiyyət üzvlərinə qarşı qeyri-əxlaqi yollarla mübarizə aparıb çirkab yağdıranlar xarici ölkələrin müvafiq orqanları qarşısında xüsusi öhdəlik götürmüş ünsürlərdir. Belələri Azərbaycanın sərhədlərini keçdikdən sonra pasportlarını bəlli dairələrə təhvil verib xüsusi öhdəliklər götürür və sonra da öz dövlətlərinə qarşı çirkin mübarizəyə sövq edilirlər. Görünür, onlar üçün Qərb ölkələrinə sığınıb soroslar, gülbekyanlar, karapetyanların pulu ilə öz dövlətinə hücum çəkmək əlinə silah götürüb Vətəni müdafiə etməkdən daha şərəfli işdir. Sosial şəbəkələrdə gecə-gündüz məsuliyyətsiz və iyrənc statuslar paylaşmaqla populyarlıq qazanacaqlarını zənn edənlər, Paşinyanın oğlunun hərbi xidmət piarından belə, öz mənafeləri üçün yararlanmağı məqbul hesab edənlər bu yolla Azərbaycan cəmiyyətinin nifrətini qazanacaqlarına da şübhə etməməlidirlər. Zaman hər kəsə layiq olduğu yeri göstərib, göstərir və göstərəcəkdir”.

Qısa URL: http://www.elchi.az/?p=116264



Axşam saatlarında hava şəraiti dəyişkən buludlu olacaq ...

Bakının Səbail rayonunda Badamdar sürüşmə ərazisinin sol hissəsindəki torpaq qatında ...
18 Okt - 19:00 / Axşam saatlarında hava şəraiti dəyişkən buludlu olacaq üçün şərhlər bağlıdır / Davamı »

Azərbaycan Aİ ölkələrinə nar ixrac edə bilər ...

 Azərbaycan Avropa İttifaqına (Aİ) daxil olan 4 ölkəyə – Almaniya, ...
18 Okt - 18:44 / Azərbaycan Aİ ölkələrinə nar ixrac edə bilər üçün şərhlər bağlıdır / Davamı »

Azərbaycandakı ömürlük məhkumların STATİSTİKASI ...

Son 20 ildə Azərbaycanda ömürlük həbs cəzası alanların statistikası açıqlanıb. ...
18 Okt - 18:24 / Azərbaycandakı ömürlük məhkumların STATİSTİKASI üçün şərhlər bağlıdır / Davamı »

Nazirlər Kabinetinin iki şöbə müdiri vəzifəsində azad edildi ...

Nazirlər Kabinetinin iki şöbə müdiri işdən çıxarılıb. “Report” xəbər verir ...
18 Okt - 18:00 / Nazirlər Kabinetinin iki şöbə müdiri vəzifəsində azad edildi üçün şərhlər bağlıdır / Davamı »

Gəncə Şəhər Səhiyyə İdarəsinə yeni rəis təyin edildi ...

Gəncə Şəhər Səhiyyə İdarəsinə yeni rəis təyin edilib. Elchi.az  xəbər ...
18 Okt - 17:42 / Gəncə Şəhər Səhiyyə İdarəsinə yeni rəis təyin edildi üçün şərhlər bağlıdır / Davamı »

Çökən yol şirkət tərəfindən bərpa olunur ...

“Ötən gün paytaxtın Səməd Vurğun küçəsində yolun çökən hissəsinin bərpasına ...
18 Okt - 17:22 / Çökən yol şirkət tərəfindən bərpa olunur üçün şərhlər bağlıdır / Davamı »

Zakir Həsənov “Beynəlxalq Gələcək Qüvvələr Sərgisi 2018R ...

  Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti ...
18 Okt - 17:00 / Zakir Həsənov “Beynəlxalq Gələcək Qüvvələr Sərgisi 2018″də iştirak edir – FOTO üçün şərhlər bağlıdır / Davamı »

Gürcüstanda oğurlanmış 17 yaşlı azərbaycanlı qız tapılıb ...

Gürcüstanın Saqareco rayonunun Ləmbəli kəndində oktyabrın 12-də yaşadığı evindən oğurlanmış ...
18 Okt - 15:59 / Gürcüstanda oğurlanmış 17 yaşlı azərbaycanlı qız tapılıb üçün şərhlər bağlıdır / Davamı »

Sabaha gözlənilən hava şəraiti açıqlanıb ...

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.  Ekologiya və Təbii Sərvətlər ...
18 Okt - 15:39 / Sabaha gözlənilən hava şəraiti açıqlanıb üçün şərhlər bağlıdır / Davamı »

Azərbaycanda tarixi qoruqlar yeni idarəetmə modelinə keçəcək ...

“Azərbaycanda tarixi qoruqlar üçün yeni idarəetmə modeli hazırlanır”. “Report” xəbər ...
18 Okt - 15:19 / Azərbaycanda tarixi qoruqlar yeni idarəetmə modelinə keçəcək üçün şərhlər bağlıdır / Davamı »

Rüfət Aslanlının təkcə saatlara xərclədiyi pul milyon dolları keç ...

Keçmiş Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhbəri Rüfət Aslanlı istifadə etdiyi ...
18 Okt - 14:57 / Rüfət Aslanlının təkcə saatlara xərclədiyi pul milyon dolları keçir – FOTO üçün şərhlər bağlıdır / Davamı »

Növbəti üç gündə hava şəraitində mühüm dəyişiklik gözlənilmi ...

Azərbaycan ərazisində növbəti üç gün ərzində müşahidə olunacaq hava proqnozu açıqlanıb. ...
18 Okt - 14:37 / Növbəti üç gündə hava şəraitində mühüm dəyişiklik gözlənilmir – Proqnozlar Bürosu üçün şərhlər bağlıdır / Davamı »

Polşada azərbaycanlılar üçün “qaynar xətt” yaradılıb ...

Polşada Azərbaycanlı Gənclər Şurası tərəfindən bu ölkədə yaşayan və yeni ...
18 Okt - 14:17 / Polşada azərbaycanlılar üçün “qaynar xətt” yaradılıb üçün şərhlər bağlıdır / Davamı »

Azərbaycanın yeni turizm brendi təqdim olundu – FOTO ...

Dövlət Turizm Agentliyinin və Azərbaycan Turizm Bürosunun (Büro) təşkilatçılığı ilə ...
18 Okt - 13:56 / Azərbaycanın yeni turizm brendi təqdim olundu – FOTO üçün şərhlər bağlıdır / Davamı »

Cəlilabadda 2 nəfər uçqun altında qaldı, 1-i öldü ...

Cəlilabad rayonunda fəhlə tikinti sahəsində uçulan divarın altında qalıb ölüb. ...
18 Okt - 13:36 / Cəlilabadda 2 nəfər uçqun altında qaldı, 1-i öldü üçün şərhlər bağlıdır / Davamı »

Azərbaycanda dəhşətli QƏTL: Çoban dostunu öldürüb, ferma sahibini ...

Saatlıda dəhşətli cinayətin üstü açılıb. Elchi.az bildirir ki, Virtualaz.org-un Şirvan bürosunun ...
18 Okt - 13:16 / Azərbaycanda dəhşətli QƏTL: Çoban dostunu öldürüb, ferma sahibini isə yaraladı üçün şərhlər bağlıdır / Davamı »

Akif Çovdarovun cinayət işində zərərçəkmiş şirkət rəhbərinin h ...

Binəqədi Rayon Məhkəməsində “Yeni Yasamal” Mənzil-Tikinti Kooperativinin sədri Cahangir Alışov ...
18 Okt - 12:55 / Akif Çovdarovun cinayət işində zərərçəkmiş şirkət rəhbərinin həbs müddəti artırıldı üçün şərhlər bağlıdır / Davamı »

Amerikalıların yalnız 2 faizi Rusiyanı ABŞ-ın müttəfiqi sayır ...

Amerikalıların yalnız 2 faizi Rusiyanı ABŞ-ın müttəfiqi, əhalənin üçdə biri ...
18 Okt - 12:35 / Amerikalıların yalnız 2 faizi Rusiyanı ABŞ-ın müttəfiqi sayır üçün şərhlər bağlıdır / Davamı »

DTX-dan əməliyyat: Xarici casus həbs edildi ...

 Xarici ölkə vətəndaşı Hasanzada Bahram Nusrat oğlunun xarici xüsusi xidmət ...
18 Okt - 12:15 / DTX-dan əməliyyat: Xarici casus həbs edildi üçün şərhlər bağlıdır / Davamı »

Türkiyədə yol hərəkəti qaydaları sərtləşdirildi ...

Türkiyədə yol hərəkəti qaydaları sərtləşdirilib. Elchi.az Trend–ə istinadən xəbər verir ki, ...
18 Okt - 11:47 / Türkiyədə yol hərəkəti qaydaları sərtləşdirildi üçün şərhlər bağlıdır / Davamı »

BMT: 2040-cı ilədək orta ömür müddəti azalacaq ...

 2040-cı ilədək dünyanın bəzi ölkələrində orta ömür müddəti azalacaq. “Report” xarici ...
18 Okt - 11:27 / BMT: 2040-cı ilədək orta ömür müddəti azalacaq üçün şərhlər bağlıdır / Davamı »

Azərbaycanda hotellərin onlayn reytinqi qurulacaq ...

Azərbaycanı keyfiyyətli turizm brendi kimi dünyaya tanıtmaq üçün bacarıq lazımdır. ...
18 Okt - 11:07 / Azərbaycanda hotellərin onlayn reytinqi qurulacaq üçün şərhlər bağlıdır / Davamı »

Gələn ilin büdcə zərfi Milli Məclisə daxil olub ...

Azərbaycanın 2019-cu il üzrə büdcə zərfi Milli Məclisə (MM) daxil olub. ...
18 Okt - 10:44 / Gələn ilin büdcə zərfi Milli Məclisə daxil olub üçün şərhlər bağlıdır / Davamı »

Yasamal rayonunda su kəsiləcək ...

Bu gün Bakının Yasamal rayonuna içməli suyun verilişində məhdudiyyətlər olacaq. ...
18 Okt - 10:24 / Yasamal rayonunda su kəsiləcək üçün şərhlər bağlıdır / Davamı »

Mark Sukerberq “facebook”dakı vəzifəsini itirə bilər ...

 “Facebook” yaradıcısı Mark Sukerberq investorların təşəbbüsü ilə şirkətin direktorlar şurasının ...
18 Okt - 10:04 / Mark Sukerberq “facebook”dakı vəzifəsini itirə bilər üçün şərhlər bağlıdır / Davamı »

Türkmənistanın xarici işlər naziri Azərbaycana səfərə gəlib ...

Türkmənistanın xarici işlər naziri Rəşid Meredov Azərbaycana gəlib. Bu barədə ...
18 Okt - 09:42 / Türkmənistanın xarici işlər naziri Azərbaycana səfərə gəlib üçün şərhlər bağlıdır / Davamı »

Qərargah: Badamdar sürüşmə sahəsində gərginlik qalmaqdadır ...

 Badamdardakı sürüşmə zonasında monitorinqlər davam etdirilir. Bu barədə  Ekologiya və Təbii ...
18 Okt - 09:22 / Qərargah: Badamdar sürüşmə sahəsində gərginlik qalmaqdadır üçün şərhlər bağlıdır / Davamı »

Düşmən atəşkəsi 29 dəfə pozdu ...

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da ...
18 Okt - 09:00 / Düşmən atəşkəsi 29 dəfə pozdu üçün şərhlər bağlıdır / Davamı »

“Azərbaycanda qrip virusunun yayılması təhlükəsi yoxdur” – Baş ...

“Mövsümlə əlaqədar olaraq qrip və digər virus infeksiyalarının yayılması ehtimalı ...
17 Okt - 19:00 / “Azərbaycanda qrip virusunun yayılması təhlükəsi yoxdur” – Baş infeksionist üçün şərhlər bağlıdır / Davamı »

Bu il 45 minə yaxın şəxs işlə təmin olunub ...

2018-ci ilin yanvar-sentyabr aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ...
17 Okt - 18:44 / Bu il 45 minə yaxın şəxs işlə təmin olunub üçün şərhlər bağlıdır / Davamı »

Saakaşvili iş adamının qətlini sifariş verməkdə İTTİHAM OLUNDU ...

Gürcüstanın Baş Prokurorluğu keçmiş prezident Mixail Saakaşvilini müxalifətçi iş adamı ...
17 Okt - 18:24 / Saakaşvili iş adamının qətlini sifariş verməkdə İTTİHAM OLUNDU üçün şərhlər bağlıdır / Davamı »

Bayıl yamacındakı sürüşmə ilə bağlı qabaqlayıcı tədbirlər gö ...

Bakının Bayıl yamacında, Buxta küçəsindəki sürüşmə zonasında yaşayış təhlükəlidir. Elchi.az ...
17 Okt - 18:04 / Bayıl yamacındakı sürüşmə ilə bağlı qabaqlayıcı tədbirlər görüləcək üçün şərhlər bağlıdır / Davamı »

Ölkəyə silah-sursatla gələn Azərbaycan vətəndaşı gömrük postund ...

Azərbaycan gömrükçüləri psixotrop maddə və silah-sursatın gömrük nəzarətinə bəyan edilmədən ...
17 Okt - 17:44 / Ölkəyə silah-sursatla gələn Azərbaycan vətəndaşı gömrük postunda saxlanılıb üçün şərhlər bağlıdır / Davamı »

Yeni İl ərəfəsində əfv olmayacaq ...

Bu il Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı ...
17 Okt - 17:24 / Yeni İl ərəfəsində əfv olmayacaq üçün şərhlər bağlıdır / Davamı »

Paytaxt küçələrində 76 nöqtədə yağış barmaqlıqları quraşdır ...

Bakı şəhərinin küçə və prospektlərində yağıntılar zamanı yolun hərəkət hissəsinə ...
17 Okt - 17:00 / Paytaxt küçələrində 76 nöqtədə yağış barmaqlıqları quraşdırılacaq üçün şərhlər bağlıdır / Davamı »

DİN yeni şəxsiyyət vəsiqəsi ilə bağlı müraciət etdi ...

“Yeni nəsil şəxsiyyət vəsiqəsinin çipində göstərilən məlumatların oxunması üçün nəzərdə ...
17 Okt - 16:42 / DİN yeni şəxsiyyət vəsiqəsi ilə bağlı müraciət etdi üçün şərhlər bağlıdır / Davamı »

Ermənistan polisi Azərbaycan-Ermənistan sərhədində xidmət etmək ist ...

Ermənistanda Daxili Qoşunların polisləri Azərbaycan-Ermənistan sərhədində xidmət etmək istəmir. “Report” ...
17 Okt - 16:22 / Ermənistan polisi Azərbaycan-Ermənistan sərhədində xidmət etmək istəmir üçün şərhlər bağlıdır / Davamı »

Bayılda yenidən sürüşmə: Bir ev dağıldı, bir neçə evin divarlar ...

 Bu gün səhər saatlarında Səbail rayonu, Bayıl qəsəbəsinin Amfiteatr ərazisində ...
17 Okt - 15:59 / Bayılda yenidən sürüşmə: Bir ev dağıldı, bir neçə evin divarlarında çatlar yarandı üçün şərhlər bağlıdır / Davamı »

İrandan Azərbaycana gətirilən 17 ton zərərli kivi məhv edilib ...

Azərbaycana idxal olunan qida məhsullarına nəzarət tədbirləri çərçivəsində Azərbaycan Qida ...
17 Okt - 15:39 / İrandan Azərbaycana gətirilən 17 ton zərərli kivi məhv edilib üçün şərhlər bağlıdır / Davamı »

Bakıda kirayə götürdüyü “Gelandewagen”i “Şaqman”a çırpdı ...

Bakının Heydər Əliyev prospektində gecə saatlarında ağır yol-nəqliyyat hadisəsi baş ...
17 Okt - 15:19 / Bakıda kirayə götürdüyü “Gelandewagen”i “Şaqman”a çırpdı – VİDEO üçün şərhlər bağlıdır / Davamı »

Bakıda daha bir ərazidə sürüşmə: İstinad divarı uçdu ...

  Bakıda daha bir ərazidə sürüşmə prosesi baş verib. “Report” ...
17 Okt - 14:58 / Bakıda daha bir ərazidə sürüşmə: İstinad divarı uçdu üçün şərhlər bağlıdır / Davamı »

Faktiki hava açıqlandı ...

 Oktyabrın 16-sı axşamdan 17-si səhərədək müşahidə olunmuş faktiki hava açıqlanıb. ...
17 Okt - 14:38 / Faktiki hava açıqlandı üçün şərhlər bağlıdır / Davamı »

XİN başçısı: “Ermənistanın inkişafı mümkün deyil” ...

 “Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hətta əvvəlki rəhbərliklə (Ermənistanın – ...
17 Okt - 14:18 / XİN başçısı: “Ermənistanın inkişafı mümkün deyil” üçün şərhlər bağlıdır / Davamı »

Azərbaycan əhalinin elektrik enerjisi ilə təminatına görə dünyada 1 ...

 Azərbaycanda əhalinin elektrik enerjisi ilə təminat səviyyəsi 100%-dir.  “Report” xəbər ...
17 Okt - 13:47 / Azərbaycan əhalinin elektrik enerjisi ilə təminatına görə dünyada 1-cidir üçün şərhlər bağlıdır / Davamı »

Borclu şəxs qismində axtarışda olan 25 nəfər saxlanılıb ...

Oktyabr ayının 16-dan 17-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət ...
17 Okt - 13:22 / Borclu şəxs qismində axtarışda olan 25 nəfər saxlanılıb üçün şərhlər bağlıdır / Davamı »

Gürcüstanda prezidentlik uğrunda 25 namizəd mübarizə aparacaq ...

Gürcüstanda prezidentliyə namizədliyin geri götürülməsi ilə bağlı müddət başa çatıb. ...
17 Okt - 12:55 / Gürcüstanda prezidentlik uğrunda 25 namizəd mübarizə aparacaq üçün şərhlər bağlıdır / Davamı »

Türkiyədə dolların məzənnəsi 5,7 lirədən aşağı düşüb ...

 Bu gün səhər saatlarından Türkiyədə ABŞ dollarının məzənnəsi 5,7 lirədən ...
17 Okt - 12:35 / Türkiyədə dolların məzənnəsi 5,7 lirədən aşağı düşüb üçün şərhlər bağlıdır / Davamı »

Azərbaycan sentyabrda Ukraynadan 1 tona yaxın şəkər idxal edib ...

 Azərbaycan cari ilin sentyabr ayında Ukraynadan 0,888 ton (888 kq) ...
17 Okt - 12:15 / Azərbaycan sentyabrda Ukraynadan 1 tona yaxın şəkər idxal edib üçün şərhlər bağlıdır / Davamı »

UFC prezidenti Həbiblə bağlı qərarını açıqladı ...

Rusiyalı döyüşçü Həbib Nurməhəmmədov UFC himayəsi altında çıxış etməyə davam edəcək. Elchi.az ...
17 Okt - 11:47 / UFC prezidenti Həbiblə bağlı qərarını açıqladı üçün şərhlər bağlıdır / Davamı »

Fransa şirkəti bu il Azərbaycan üçün iki yük lokomotivi istehsal ed ...

Fransanın “Alstom” şirkəti bu il Qazaxıstanda 4 yük lokomotivi yığacaq. ...
17 Okt - 11:27 / Fransa şirkəti bu il Azərbaycan üçün iki yük lokomotivi istehsal edəcək üçün şərhlər bağlıdır / Davamı »
“Google Analytics” Göstəriciləri
generated by GADWP 

Redaktor: ƏLİ HƏZİQULİYEV


Telefon: (012) 510 8 317
Mobil: 050 205 10 99  
055-205 10 99  

Email: [email protected]
Giriş | Hazırladı "Qurdqanlı Design"